(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Bordin kimi hədəfə gətirir?

Bordin kimi hədəfə gətirir?

Roberto Bordin pis başladı. Onun ilk müsahibəsindəcə rəhbərliyi hədəf göstərməsi mövsüm boyu xatırlanacaq.

Transferlərə qarışmadığını söyləyən italiyalı “Futbolinfo”ya eksklüziv müsahibəsində bir gün öncə dediklərini malalamağa çalışdı. Amma qatar artıq gedib. O, yeni oyunçuların alınmamasına, ciddi transferlərin reallaşmamasına görə rəhbərliyi səbəbkar göstərib.

Bildiyimizə görə, “Neftçi” daha 2 legionerlə güclənəcək. Lakin onların Bordinin istəyi olduğu, yoxsa rəhbərlik tərəfindən alındığı sirr olaraq qalır. Müsahibəsində “Messini istəyirdik, pulumuz çatmadı” ifadəsi təsadüfi deyil. Bordin yenə rəhbərliyi pis vəziyyətdə qoyur və istədiyi oyunçuların alınmamasına işarə vurur.

Zənnimizcə, “Neftçi”nin heyəti əhəmiyyətli dərəcədə güclənib. Soni Mustivarın da saxlandığını nəzərə alsaq, komandanın özəyi qorunub, Dario Federiko və Baqali Dabonun timsalında yaxşı transferlər edilib. Slavko Braliç, Rəşad Eyubov və Tural Axundovu da unutmaq olmaz. Daha 2 oyunçu ilə heyət komplektləşəcək.

Rəhbərlik bəlkə də Bordinin istədiyi bahalı oyunçu transferlərindən qaçmaqla doğru addım atır, lakin məşqçiyə sabahkı uğursuzluğa görə bəhanə də vermək olmaz. Özüylə köməkçi də gətirməyən Roberto sabah rahatlıqla istəklərinin yerinə yetirilmədiyini deyə bilər. İkiillik müqavilənin gətirdiyi rahatlıqla o, hər şey edər. İşin başlanğıcında rəhbərliyi azarkeşlərin önünə bu şəkildə atırsa, sabah dilindən hər cür ittiham çıxar.

Klubun idman direktoru Ceyhun Sultanovun transfer məsələlərində səlahiyyət sahibi olduğu ortadadı. Amma ona da sual var: aylardı Avropanı gəzən sabiq futbolçunun işinin bəhrəsi hanı? Dabo, Dario, “Sumqayıt”dan gələnlər bu fəaliyyətin nəticəsi deyil axı.

Hələ vaxt var, “Neftçi”nin yeni transferlərini gözləyirik. Ceyhun bəy seleksiya işinin nəticəsini ortaya qoyacaqsa, Bordinin istəkləri nəzərə alınmamış olacaq, yox məhz məşqçinin arzuladığı futbolçular alınacaqsa, deməli, idman direktoru bu aylar ərzində yalnız Braliçi kəşf edə bilib.

Ümid edək ki, Bordinin məlum açıqlaması anlaşılmazlığın nəticəsidi. Əks halda, mövsüm boyu klubdaxili gərginliyə şahid olacağıq. Rəhbərliklə məşqçi bir hədəfə vurmadısa,uğurdan danışmaq yersizdi.

CAVAD


 
tarix: 21-06-2018 10:15


 
Xəbər lenti
19.08.2018

15:29   Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35   “Qalatasaray”dan daha bir transfer

14:09   Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31   UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19   Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01   Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31   Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00   Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31   Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Paşayevin klubundan ilk məğlubiyyət

09:00   “Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az