(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ramin Musayev: “PFL-in nailiyyətləri bəzi insanların xoşuna gəlmir”

Ramin Musayev: “PFL-in nailiyyətləri bəzi insanların xoşuna gəlmir”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Apasport”a müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir: 

- Bu gün PFL-in 10 ili tamam olur. Bu münasibətlə sizi təbrik edirik. 10 illik fəaliyyətinizi necə dəyərləndirərdiniz?
- Təşəkkür edirəm. Bu gün sizin də bayramınızdı, bu münasibətlə təbrik edirəm. Mənim üçün üçqat bayramdı. Həm Azərbaycan Polisi Günü, həm PFL-in yaranma günü, həm də özümə yaxın dost bildiyim idman jurnalistlərinin günüdü.

O ki qaldı fəaliyyətimizə, uzun-uzadı danışmaq özündənrazılıq hesab oluna bilər. Amma reytinq cədvəlindəki irəliləyiş göz qabağındadı. Peşəkar Futbol Liqası AFFA prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə yaradılmış bir idarədi. Bu qurum məhz onun futbola olan diqqəti nəticəsində yaradıldı. İlk dəfə də mənə həvalə olundu. AFFA prezidentinə söz verdim ki, burda olduğum müddətdə keçirdiyim çempionatın ədalətli olmasına çalışacam. Şükürlər olsun ki, verdiyim sözün üstündə dura bilirəm. Bəlkə də, bunu deməli deyiləm, ancaq söyləyənlər də çox azdı. Bizim nailiyyətlərimiz bəzi insanların xoşuna gəlmir. Yəqin ki, bu, paxıllıq əlamətidi. Bura bizim şəxsi qurumumuz deyil, hər şey Azərbaycan futbolu naminədi. Heç bir diqqətsizlik bizi ruhdan salmır. Növbəti seçkilərə qədər öz bacarığımızı ortaya qoymalıyıq. Gördüyümüz işlər, xüsusən də, reytinq cədvəlində özünü doğrultdu. Çalışacağıq ki, həmin səviyyəni daha da artıraq.

- Çempionatımız PFL-in təşkilatçılığı ilə keçirildikdən sonra UEFA reytinqində yüksəliş yarandı, klublarımız avrokubokların qrup mərhələlərində iştirak etdi. Bütün bunlarda sizin əməyiniz nə qədərdi?
- İlk dəfə “Neftçi” avrokuboklarda qrup mərhələsində vəsiqə qazandı. Ardından “Qarabağ” bunu təkrarladı, “Qəbələ” rekorda imza atdı. Bütün bunlar bizim keçirdiyimiz çempionatın vaxtına düşüb. Deyə bilərlər ki, bunda PFL-in əziyyəti yoxdu. Mən də sual verirəm ki, əgər PFL-in əziyyəti yoxdusa, bizdən əvvəl bunlar niyə olmurdu? Klublarımız bir mərhələ keçəndə hamımız bayram edirdik, ikinci mərhələni keçəndə isə deyirdik ki, rekorda imza atdıq. Ancaq indi pley-off mərhələsini uğur saymırıq, düşünürük ki, bu da azdı. Ən vacibi odu ki, bizim dönəmimizdə Çempionlar Liqasının himni Azərbaycan stadionunda səsləndi. Bu, böyük hadisədi. Bundan sonra da çempionatımızın ədalətli keçirilməsinə və yaddaqalan yeniliklər ortaya çıxarmağa xüsusi önəm verəcəyik.

- PFL-siz çempionatla PFL-li çempionatı necə müqayisə edə bilərsiniz?
- PFL yaradıldıqdan sonra SSRİ dönəmində olan əvəzedicilərin çempionatını bərpa etdik. Bəzən klublarımızdan narazılıq olur ki, əvəzedici heyət nəyə lazımdı? Amma heç nə yaddan çıxmır. Əvəzedicilərin çempionatının yaradılması bizə nə verdi? Kifayət qədər gənc futbolçular üzə çıxdı. Bu gün Azərbaycan millisində çıxış edən futbolçuların 60-70%-i əvəzedicilərdən çıxıb və bu səviyyəyə yüksəlib. Əgər əvəzedici heyət olmasaydı, Premyer Liqada zədələnən futbolçu bərpa dövründən sonranı, həmçinin cəzalı duruma düşən oyunçu həmin dönəmi boş keçirəcəkdi. Futbolçu oynamasa, “artıra” bilməz. Əvəzedici heyət Premyer Liqada çalışan məşqçilərə kömək üçün yaradıldı. Bu da özünü doğrultdu

- 10 il ərzində ən böyük qazancınız nə oldu?
- Bəzi qonşu ölkələrdən fərqli, Azərbaycanda Çempionlar Liqasının himni səslənildi. Əliyar Ağayev heç kimin ağlına gəlməyən səviyyəyə, I kateqoriyaya yüksəldi. Əliyar da çempionatımızda “bişmiş” hakimdi. AFFA və PFL tərəfindən hakimlərə olan diqqət-qayğının nəticəsi göz önündədi.

- Doğru və yanlış hesab etdiyiniz qərarlar hansılar oldu?
- Yanlış hesab etdiyim keçən il əvəzedici heyətin əsas komandadan bir gün sonra oynaması qərarıdı. Mən bununla razılaşmadım. Ancaq səs çoxluğu ilə belə addıma əl atdıq. Bu, səhv qərar oldu. Yaxşı oldu ki, bu il iclasda görüşdük və etiraf etdilər ki, əvəzedicilər əsas komandadan bir gün əvvəl oynasa yaxşıdı.

Yadda qalan çox şey var. Mən PFL-dən əvvəl klubda çalışırdım. Hər klub da ürəyi istəyən topla oynayırdı. Bu da peşəkar futbolçuları öz oyununu göstərmək imkanından məhrum edirdi. Ancaq PFL yaranandan sonra qərara aldıq ki, bütün çempionat eyni topla oynanılmalıdı. Vaxt var idi ki, klublara şar kimi top verirdilər. Futbolçular da deyirdilər ki, zərbə vururduq, top havada beş yerə qatlanır, istədiyimiz oyunu göstərə bilmirik. Bununla bağlı qərarımız da peşəkarlığa doğru atılmış növbəti addım idi.

- Mübarizə və rəqabət baxımından hansı mövsümü xüsusi fərqləndirərdiniz?
- Açığı, fərqləndirmək çox çətindi. Hər mövsümün öz şirinliyi və çətinliyi var. Buna görə də, ayıra bilmirəm. Hələ yola davam edirik.


 
tarix: 02-07-2018 15:45


 
Xəbər lenti
23.09.2018

20:00   “Keşlə” “Sumqayıt”a uduzur - YENİLƏNİR

19:29   Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00   “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36   Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11   Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24   Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15   Abasovun pis vərdişi

11:54   Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37   “Zirə” xala layiq olsa da...

11:27   Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az