(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İdman mətbuatı bu gün – II yazı

İdman mətbuatı bu gün – II yazı

 
Dövlət səviyyəsində mətbuata qayğı göstərildiyi, KİVDF vasitəsi ilə maliyyə dəstəyi verildiyi bir vaxtda əsasən elektron KİV-dən ibarət olan idman jurnalistikası bərbad durumdadı. Saytların 90 faizi 2-3 işçidən artıq kollektiv saxlaya bilmir, redaksiyalar bağlanıb. Belə miskin durumda bu sahənin inkişafı mümkün deyil. Qarşıdan isə məsul yarışlar – Avropa Liqasının finalı, Bakıda keçiriləcək AVRO-2020-nin qrup oyunları gəlir.
 
Bu yarışları həm də ona görə qəbul edirik ki, ölkəmizin tanınmasında, təbliğatında rol oynasın. Bəs, bu təbliğatı kim aparacaq? Məlumatı olanlar bilir ki, redaksiya şəraitində yetişməyən, müxtəlif kurslara, seminarlara qatılmayan, təcrübəlilərin, peşəkarların yanında məktəb keçməyən gənclər sosial mətbuatda status yazan sıradan vətəndaşlardan fərqli deyil. İşi həm də maarifləndirmək olan mətbuatı belə təcrübəsiz gənclərin ümidinə qoymaq olmaz. AFFA-ya, klublara mətbuat nümayəndələrinin savadsız insanlardan ibarət olması sərf edir - belələrini aldatmaq daha asandı. Elə ona görə də güclü mətbuat heç kimə sərf etmir.
 
Hamı qazancını əməyi sayəsində əldə edir. Mətbuatın isə belə şansı yoxdu. İşləməli və maliyyəsiz qalmalısan, maliyyə olmadıqda isə davam etmək, yaşamaq mümkün deyil. Qazanc gətirəcək azad reklam bazarı yoxdursa, yazı yazmaq, araşdırma aparmaq, təhlillə məşğul olmaq, xəbər istehsal etmək sizif əməyidi. Faydasız, mənasız əməklə yalnız dilənçi kimi yaşamaq mümkündü. Bizim AFFA-dakı, klubdakı “dostlar”ımıza da dilənçilər lazımdı. Onları ələ almaq, istifadə etmək, asılı salmaq üçün.
 
Əyilənlər bir müddət çörəkpuluna dolanıb, sonradan sıradan çıxarılır, mətin dayananlar isə ehtiyacla sınağa çəkilir, bezdirilir, küsdürülür və kənara atılır. Manevr edərək dayanan, minimumla maksimuma çalışan həmkarlarımız da yalnız bugününü düşünmək məcburiyyətindədi, onlar jurnalistikanın inkişafı naminə heç nə edə, davamçılar yetişdirə, sağlam təbliqat qura bilmir.
 
Vəziyyətdən çıxış üçün müxtəlif yollar var. Əvvəla, dövlət qağyısı əvvəl-axır elektron KİV-də də özünü göstərməlidi. Qəzet jurnalistikasını zorla yaşatmağa çalışmaqdansa, texnoloji yeniliklərlə barışmalı, daha sürətli, daha diqqətçəkən, daha əhatəli internet mediaya diqqət artırılmalıdı. Amma bu, AFFA-nın baş katibi Elxan Məmmədovun yalançı qayğısı kimi olmamalıdı. O vaxt elektron KİV-ə dəstək adı ilə idman mətbuatını bir araya toplayan Məmmədov sonradan bütün jurnalistləri özündən asılı salmaq üçün formatı dəyişdi, perspektivli layihəni uğursuz puldağıtma makinasına çevirdi.
 
Bu, uzun prosesdi. Mətbuat Şurası ayılana kimi AFFA, klublar müəyyən işlər görməlidi. Bunu minnət üçün yox, həm də öz təbliğatlarını qurmaq, top oyununa azarkeşlərin, ictimaiyyətin diqqətini çəkmək üçün etməlidilər. Axı futbola neft pullarından müəyyən miqdar ayrılıb və o, bütün təbəqələrə bölüşdürməlidi. Televizorun işləməsi üçün elektrik enerjisinə pul sərf edilir, lakin heç kim ona antenna da qoşmağı lazım bilmir. Həmin antenna isə mətbuatdı – futbolun özü qədər vacib sahə.
 
Həmkarımız Elçin Cəlilovun fikrincə, redaksiya olmadan ciddi KİV olmaq mümkün deyil: “Nә zaman ki bizim saytın ofisi var idi, "xam material" götürüb, istәdiyimiz kimi formalaşdıra bilirdik. Vә bu gün aparıcı telekanallarda bizim redaksiyada ilk addımlarını atanlar çalışır. Bizimçün şәrait olmalıdır ki, peşәkar fәaliyyәtimiz daha çox faydalı olsun”.
 
Ceyhun Əliyev (sport24.az) eyni fikirdədi: “Həqiqətən baş redaktorlar görmüş, redaksiyada bu çətin peşənin sirlərini öyrənmiş jurnalist üçün bu gün səhər tezdən evini tərk edərək iş yerinə yollanması həlledici rol oynamayacaq. Faydalı iş əmsalı uzağı 5-10 faiz azalacaq. Ancaq biz həyatı tutub durmayacağıq. Yerimizə yeni nəsil hazırlamağa borcluyuq. Gənc nəsli yetişdirmək üçünsə mütləq və mütləq redaksiya olmalıdı! Detallı şəkildə bu zərurəti açmaq çox yer tutar. Ancaq çiynimizdəki təcrübəyə əsasən deyə bilərəm ki, redaksiyasız yeni nəsil yetişdirmək mümkün deyil!”
 
Ceyhun Rzayev də ofissiz jurnalistikanın inkişaf etmədiyi fikri ilə razıdı: “İnkişaf etsə də, proses ləng gedər. Əfsuslar olsun, bu gün idman saytlarının əksəriyyəti iqtisadi çətinliyə görə redaksiya kirayələyə bilmir”.
 
Bəs, vəziyyətdən çıxmaq üçün eletron KİV-lə bağlı tənzimləyə ehtiyac varmı? Aydın Bağrovun fikrincə, mütləq olmalıdı: “Buna birmənalı olaraq ehtiyac var. Amma bunu kim edəcək və hansı formada? Bununla əlaqədar təşəbbüslər ictimai-siyasi saytlarla da bağlı tez-tez səslənir. Hələlik yekdil bir fikrə gəlinməyib. Konkret idman mediasına gəlincə, indiki halda əməkdaşlıq birinci növbədə hansısa saytın hədə-qorxusu ilə deyil, onların ictimai mövqeyi tənzimlənməlidi”.
 
Ceyhun Əliyevin konkret təklifi var: “Attestasiya Komitəsi (AK) yaradılmalı və yalnız bu qurumun verdiyi sertifikat nəticəsində elektron KİV fəaliyyət göstərmək hüququ əldə etməlidi. Eyni zamanda, sertifikatlar fərqləndirilməli, KİV-lər təsnifatlara bölünməlidi. Bunun qanuni forma alması üçün Milli Məclisdə (MM) qərar qəbul edilməlidi. Lakin sözügedən sertifikatları verəcək AK üzvləri həqiqətən də müəyyən edilmiş sahənin insanları olmalıdı. Məsələn, ömrünü mədəniyyət sahəsinə həsr etmiş lap ən güclü qələm sahibinin idman mediasını dəyərləndirməsini qeyri-məqbul hesab edirəm. Ancaq elektron KİV qarşısına sərt şərt qoyulursa, bunun maddi tərəfləri də qarşılanmalıdı. Çünki sponsorsuz fəaliyyət göstərən elektron KİV-lər (mən yalnız idman sahəsini nəzərdə tuta bilərəm, çünki digərləri barədə ətraflı informasiyam yoxdu) olduqca asılı durumdadı. Söhbət təkcə birbaşa maliyyə ayırmaları ilə də yekunlaşmamalıdı. Bundan əlavə yetrincə budaqlar var ki, həmin tələbatlar da ödənilməlidi. Attestasiya məsələsinə qayıtdıqda, həqiqətən MM-də müzakirəyə çıxarılacaqsa, KİV (müstəqil) təmsilçilərinin iştirakı bu yığıncaqlarda mütləqdi!”
 
Amal Abuşov elektron KİV-də tənzimləmənin gərəkliliyini lazım bilir və misal göstərir: “Bu yaxınlarda dövlət büdcəsindən 33 qəzetə ciddi miqdarda pul ayrıldı. Kimdi o qəzetləri oxuyan? Siyahıda elə qəzetlər var ki, təkcə redaktorundan ibarədi. Nə əməkdaşı var, nə oxucusu, nə də öz beyin məhsulu. Mən səhərlər işə metroyla gedirəm. Əvvəllər qəzet oxuyanların sayı çox idi. İndi yox dərəcəsindədi. Əvəzində insanlar informasiyanı internetdən, saytlardan alırlar. Deməli, sosial sifarişi eşitmək, elektron KİV-ə diqqət və maliyyə ayırmağın zamanı çatıb. Hətta keçib belə”.
 
Elçin Cəlilov da bu məsələyə görə narahatdı. Amma o, bunun son çəxəş yolu olduğunu düşünmür: “Elektron KİV-lә bağlı qanunvericilik mexanizmi olmaması da ciddi problemdi. Ancaq әmin deyilәm ki, bu bosluq aradan qaldırılsa, idman mediasının elektron kәsimi movcud maddi problemlәri arxada qoya bilәcәk”.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 03-07-2018 18:15


 
Xəbər lenti
21.02.2019

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az