(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İdman mətbuatı bu gün – III yazı

İdman mətbuatı bu gün – III yazı

 
Mediaya kortəbii şəkildə maliyyə ayırmaq da doğru deyil. Ciddi layihələr müəyyənləşməli, təbliğat aparılmalıdı. Kimisə susdurmaq, neqativ əməlləri tənqid etməmək üçün ayrılan vəsait heç kimə lazım deyil.
 
Öncə klublardan başlayaq. Məsələn, “Səbail” kimi varlığının səbəbi bilinməyən kluba bu il 1,7 milyon manat əlavə vəsait ayrıldı. Ötən mövsüm “Kəpəz”ə verilən pul bütünlüklə AFFA rəhbərliyinin himayəsində olan Bayıl təmsilçisinə çatacaq. Bu komandanın əvvəlki büdcəsi də yerində qaldığından, “gəmiqayıranlar” indi daha güclü olmalıdı.
 
Amma bu işlər yeni məşqçi gətirməklə, bahalı yerli oyunçuları transfer etməklə, 5-6 əcnəbi üçün yüzminlər xərcləməklə bitmir. Bəs, yalnız 2-3 klubdan aldığı ianə ilə dolanan jurnalistlər nəyə görə Bayıla gedib reportaj hazırlamalı, müsahibə almalı, mətbuat konfranslarında iştirak etməlidi? Biz piar etməliyik ki, kimlərsə lüks həyat yaşasın, daha çox büdcə tələb etsin?
 
Hazırladığımız material bizə qazanc gətirsəydi, yazdıqlarımızın qarşılığını oxucudan hansısa şəkildə ala bilsəydik, lap elə onlar mətbuatı çox oxuduğu üçün hansısa şirkət, firma reklam təklifi ilə çıxış etsəydi, buna razı olardıq. Reallıq isə odur ki, jurnalistlərə hamballıq qalır, klub rəhbərləri dövlətin pulunu dağıtmaqla qəhrəmanlıq etdiklərini düşünürlər.
 
“Səbail” ölkə futbolu üçün hansısa iş görsəydi, yeni nəsil yetişdirsəydi, tribunala onminləri yığıb, camaatın asudə vaxtını səmərəli keçirməsinə töhfə versəydi, yenə də mətbuat bu əziyyətə qatlaşardı. Lakin 200-250 qohum-əqrəba üçün oynanılan futbolu biz niyə təbliğ etməliyik?
 
Həm də unutmayaq ki, “Səbail” maraqların toqquşduğu, hərənin maliyyəni bir yana çəkdiyi klubdu. Burada Tamerlan Abdullayevin qeyri-rəsmi hakimiyyətinə AFFA-dan Elxan Məmmədovun göndərdiyi Ramin Həsənov və Firuz Abdulla kimi şəxslər nəzarət edir. Bu insanlar klubu 2 qrupa bölərək öz nüfuz dairələrini müəyyənləşdiriblər. Hamının öz maaşını güddüyü, imkan daxilində daha çox qazanmaq istədiyi bir mühitdə ortaya qoyulması mümkün olmayan futbolu jurnalistlər niyə təbliğ etməlidi?
 
Ümumiyyətlə, “Səbail” mətbuata ən az diqqət ayıran komandadı. Bayıl təmsilçisi özü AFFA rəhbərliyinin şəxsi komandasıdı, son vaxtlara kimi Müşahidə Şurasının sədri assosiasiya prezidentinin oğlu idi. Klubun bazası beynəlxalq futbol təşkilatlarının ianəsi hesbına təmir edilib və AFFA-ya məxsusdu. Bir növ başqaları şərit yaradıb, “Səbail” isə hazırına qonub. Əvəzində mətbuatdan havayı təbliğat gözləyirlər. Jurnalistika onlar üçün o qədər önəmsizdi ki, bugünədək klub saytını istifadəyə verə bilməyiblər. Cüzi məbləğə başa gələn rəsmi sayt 1 ildən çoxdu “dünyaya gələ bilmir”. Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova AFFA-da da işlədiyindən, başı qarışıq olur, klubla bağlı bilgiləri yalnız ona zəng vuranda ala bilirik.
 
Eyni sözləri “Sumqayıt”a da şamil etmək olar. Hələ də futbolçu satışıyla, oyunçu transferlərindən aldığı faizlərlə cibini dolduran Riad Rəfiyevin gəlişi də vəziyyəti dəyişməyib. Klub prezidenti “obyekt”inə yalnız özünü və yaxınlarını dolandırmaq fürsəti kimi baxır. Dolayısı ilə dövlət büdcəsindən çıxan vəsait yalnız mətbuata çox görülür.
 
“Sabah” hələ debütantdı, onların media siyasətinin necə olacağı bəlli deyil. Ümid edirik, Azərbaycan futboluna yeni nəfəs gətirərlər. Bu klubda 3 həmkarımız çalışır və onlar təbliğatın gücünü də, faydasını da bilirlər. Yəqin ki, şinelindən çıxdıqları mətbuatın durumunu da.
 
“Zirə”, “Keşlə” kimi klubların rəhbərliyi də eyni cür düşünür. Ona görə də hətta nəticələrin yaxşı olması da heç vaxt bu klublar haqda müsbət rəy formalaşmasına səbəb ola bilməz. Təbliğatı düşünmürsənsə, ortaya hansısa layihə qoymursansa, deməli, məqsədin yalnız dövlətdən qaynaqlanan büdcəni hansısa formada həzm-rabedən keçirməkdi.
 
Bir daha təkrarlayırıq ki, mətbuat dilənçi deyil. Kimsə jurnalistlərin susması naminə pul ayırmaq lazım olduğunu düşünürsə, demək təfəkkürü o qədər “inkişaf edib”. Mediadan təbliğat maşını kimi yararlanmaq lazımdı. Bu şansdan istifadə etmirsənsə, deməli, ya təbliğ edilməli məhsulun, ya da bu reallığı qəbul edəcək beynin yoxdu.
 
Bu sözlərin məcmusunu Peşəkar Futbol Liqasına da aid etməliyik. Əvvəllər müxtəlif tədbirlər keçirən, ayın oyunçusunu seçən və s. işlər görən qurum indi sanki yalnız püşk atmaq, bir də mükafatlandırma mərasimi keçirməklə məşğuldu. Arabir təşkil edilən rayon səfərləri təqdirəlayiq olsa da, kifayət etmir. Çünki çempionatın işıqlandırılması, azarkeşlərin stadiona cəlb edilməsi klublar kimi PFL üçün də prioritet məqsəd olmalıdı. Bəs, bu qurum nə edir? Faktiki heç nə!
 
Hazırda mətbuatla əməkdaşlıq edən 3 klub var. “Qarabağ” və “Qəbələ” idman jurnalistikasının ayaqda qalmasının əsas səbəbkarlarıdı və zənnimizcə, bunun faydasını da görürlər. Bu klubların imici digərləri ilə müqayisədə daha yaxşıdı və qarşılıqlı hörmət görürlər. “Neftçi” az büdcə ayırsa da, əhatə dairəsi geniş olmasa da, müəyyən seçimləri var.
 
Lakin təəssüf ki, bu klublar da əməkdaşlıq müqaviləsi çərçivəsində ödədikləri vəsaiti mətbuata kömək kimi gözdən çıxarır. Halbuki onlar da reklam pullarını müxtəlif layihələrə yönəltməli, iş görməli, təbliğata çalışmalıdılar.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 04-07-2018 09:00


 
Xəbər lenti
21.02.2019

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az