(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İdman mətbuatı bu gün – IV yazı

İdman mətbuatı bu gün – IV yazı

 
Təbii ki, futbolun inkişafının, təbliğinin əsas təşəbbüskarı AFFA olmalıdı. Bu qurum isə hansısa inkişafa nail ola bilməyib,ona görə də təbliğat yadlarına düşmür. Nəsə iş görülməlidi ki, onu təbliğ etmək də lazım gəlsin. Mətbuat güclənsə, ilk növbədə bu qurumun eyibləri ortaya çıxacaq, jurnalistlərin bərbad təşkil olunan Region Liqasını,uşaq çempionatlarını izləmək, işıqlandırmaq şansı artacaq. Bu yarılarda isə daha çox neqativ hallar diqqət çəkir və onların xəlvətdə qalması AFFA üçün daha sərfəlidi.
 
Elə bu cür münasibətin nəticəsidi ki, Bakıda keçirilən 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsində 2-3 jurnalist olurdu, oyunlar işıqlandırılmırdı. Eyni problem bizi qarşıdakı yarışlarda da gözləyir. Avropa Liqasının finalında, bir qrupunun oyunları Bakıda keçiriləcək növbəti qitə çempionatında daha biabırçı mənzərə izləyəcəyik. Hətta həmin vaxt hansısa büdcə ayrılacaqsa da, pullar havaya sovrulacaq. Çünki mətbuat iflic olub, lazımi kadrlar, onların yetişdirilməsi üçün imkan yoxdu.
 
Ümumiyyətlə, klublar, AFFA mətbuatla əməkdaşlıq etməlidimi? Etməlidisə, niyə? Etməməlidisə, niyə? Mətbuat necə dolanmalıdı? Bunun üçün münbit şərait yoxdusa, nə etməli?
 
Amal Abuşov sistemsizlikdən gileylənir: “Azərbaycan dünyanın bir parçasıdı. Deməli, bütün dünyada mətbuat necə dolanırsa, bizdə də elə dolanmalıdı. Təəssüf ki, bizdə bu sahədə hələ də oturuşmuş sistem yoxdu. Şəxsən mən bu il tam 10 ildir ki, aktiv jurnalist fəaliyyəti ilə məşğul oluram. Amma daim paralel olaraq başqa işin də qulupundan yapışmağa məcburam ki, dolanışığımı təmin edə bilim. Yaxşı yazar olmaq, fəal işləmək hələ yaxşı pul qazanmaq demək deyil. Dəfələrlə deyilib, reklam bazarı azad olmalıdı. Böyük şirkətlər aparıcı sayt və qəzetlərlə, hətta tanınmış qələm sahibləri ilə sağlam şəkildə, norlam reklam qaydaları çərçivəsində əməkdaşlıq etməlidi. Bizdə bu yoxdu. Redaktorlar, sıravı jurnalistlər məcburdular ki, klublarla, yaxud da AFFA və digər federasiyalarla aşkar, yaxud da gizlin şəkildə əməkdaşlıq etsinlər. Vəziyyət elədi ki, heç kimi qınamaq olmur. Hamının ailəsi, uşağı, maddi tələbləri var və minimal şəkildə bunu təmin etməyə çalışır. Hazırkı şəraitdə mətbuat AFFA və klublarla əməkdaşlıq etməyə məcburdu. Klublar da bu sahədə iki hissəyə bölünüblər. Birinci qrup sırf maddi maraqlar yox, əməkdaşlıq maraqları çərçivəsində mətbuatla reklam müqavilələri bağlayır. İkinci qrup isə gizlincə bu işi görür və kiçik məsrəflərlə klubdakı böyük maxinasıyaları gizlətmək, mətbuatın bir qrupunu özündən asılı vəziyyətə salmaq məqsədi güdür. Bəli, kənar şirkətlərin futbola, idman mətbuatına marağı olsa və onlar reklam müqavilələri təklif etsələr, mətbuat daha müstəqil olar, AFFA və klublarla əməkdaşlıq etməz. Yaxud da daha sərbəst şəkildə əməkdaşlıq edərlər, diqtə olunan şərtləri qəbul etməzlər. Şəxsən mənimlə və Sport7.az saytı ilə bağlı belə bir problem yoxdu, ola da bilməz. Amma çox dəqiq bilgilərə sahibəm ki, hansı şərtlər diqtə olunur. Vəziyyət getdikcə də pisləşir. Dost saydığımız həmkarların xətrinə dəyə biləcəyimdən ehtiyat edirəm və çox da dərinə getmək istəmirəm”.
 
Elçin Cəlilov da əməkdaşlığın vacib olduğunu düşünür: “İndiyәdәk media ilә әmәkdaşlıq elәmiş klublara baxın - әsasәn, böyük klublardı. Ciddi idarә olunan klublar dәrk edir ki, futbol/idman hökumәtin sosial layihәsidi, dotasiyalar hesabına fәaliyyәtdәdi. Belәdә, büdcәdәn maliyyәlәşәn klublar media ilә әmәkdaşlığa hәtta borcludu. Oturuşmuş KİV-lәrlә әmәkdaşlıq hәm dә kiçik vә orta sahibkarlığa dәstәk demәkdi. Bunu etmәyәn klubların mövcud sahәdә maariflәnmәyә ehtiyacı var”.
 
Aydin Bağırov eyni mövqeni bölüşür: “Tək futbol və idmanda deyil, bütün sahələrdə ictimai-siyasi qurumlar media ilə əməkdaşlıq etməlidi və edir də. Bunda problem görmürəm. Çünki hər kəs mediada özü barədə müsbət imicin formalaşmasını istəyir və buna görə də onlar əməkdaşlığa məcburdular”.
 
İlkin Vaqifoğlu da oxşar fikirdədi: “İstər klublar, istərsə də AFFA mətbuatla əməkdaşlıq etməlidi. Məsələyə peşəkar münasibətlər müstəvisində yanaşsaq, bu, onların borcu deyil, Azərbaycan reallığını əsas götürsək, bu, onların borcudu. Hazırda normal reklam bazarı yoxdu. Buna şərait yaradılmayıb. Ümumi götürəndə, idman KİV-nin vəziyyəti çox pisdi. Əksər elektron media orqanları bir neçə klubun aylıq reklam ödəmələrindən asılı haldadı. Onlardan biri əməkdaşlığa son qoysa, həmin media orqanları qısa müddət sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. İki-üç saytı saymasaq, heç bir mətbuat vasitəsinin sabit maliyyə mənbəyi yoxdu. Biz hazırda mətbuatın necə dolanması haqda danışırıq və müzakirə ediriksə, deməli, bu, artıq problemin varlığından və ciddiliyindən xəbər verir”.
 
“Real” TV-nin əməkdaşı Mehman Rəsulov vaxtilə klubda çalışdığından vəziyyətlə daha yaxından tanışdı: “Bu gün bütün dünyada bu tip məsələlər işin marketinq tərəfinə bağlanır. Yəni telekanal hər hansı yarışı yayımlayırsa, burada marağı olmalıdı. Bura təkcə auditoriyanın marağı aid deyil. Xarici kanalları izləmək üçün bir ətək pul xərcləyirik. Bəs yerli kanallara? Qəribəyik ümumiyyətlə. Xarici klubların formasını alırıq, matçlarına bilet alırıq və s. Təkcə özümüzə münasibət fərqlidir. Nə klublar (zəif də olsa) məhsullarını sata bilir, nə də telekanallar. Havayı pendir isə yalnız tələdə olur. Bugün bir çox idman saytları da ofis olmadan fəaliyyət göstərir. Min bir çətinliklə. Pul olan yerdə qarşılıqlı maraqlar olmalıdı. Heç kim heç bir mətbu orqana xeyriyyəçilik etməyəcək. Qarşılıqlı maraqlar da peşəkar səviyyədə olmalıdı, şəxsi münasibətlər üzərində qururlmamalıdı”.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 04-07-2018 11:40


 
Xəbər lenti
21.02.2019

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az