(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İdman mətbuatı bu gün – V yazı

İdman mətbuatı bu gün – V yazı

 
AFFA-nın yaratdığı Media Komitəsinin iflası günün reallığıdı. Bu, baş katib Elxan Məmmədovun yarımçıq qalan neçənci layihəsidi. İndi assosiasiyada jurnalistlər üçün şans yaratdıqları, amma onların bundan istifadə edilmədiyi düşüncəsindədilər. Qismən haqlıdılar, lakin bu işin planlaması doğru deyildi. Üstəlik, bu format düzgün seçilməmişdi, sadəcə, pul paylanılır, demək olar,hamıya müəyyən vəsait ödənilirdi. Qarşılığında hansısa iş, layihə yox idi. Xəbər lentini doldurmaq xatirinə yazılanlar gözdən pərdə asmaq üçün idi, hansısa problemin qabardılmasına, həllinə, nəticə çıxarılmasına səbəb olmurdu.
 
AFFA İcraiyyə Komitəsinin 2018-də baş tutmuş 2 iclasında Media Komitəsi ilə bağlı müzakirələr olub. Qərara salınmasa da, martdakı tədbirdə komitənin fəaliyyətinin davamı üçün katibliyin növbəti iclasadək araşdırma aparması, yeni formatı müəyyənləşdirməsi lazım bilinmişdi. Üzərindən daha bir iclas keçdi və ortada heç nə yoxdu. 6 aydı hansısa maliyyə ayrılmır, komitənin İdarə Heyəti ümidlə AFFA-dan cavab gözləyir. Bu müddətdə maliyyə ayrılması dayandırılıb, sədrlik müddəti bitən Mahir Rüstəmli də, üzvlər də gözlədilir.
 
Təkcə bu fakt AFFA-nın mətbuata nə qədər “həssas” olduğunun göstəricisidi. Kimlərsə nəyəsə ümid etdiyi, kimlərsə də, ötən 2 ildəki “xatirələrə” görə susur.
 
Elə vəziyyət yaradılıb ki, “Futbol+” qəzetinin baş redaktoru, Media Komitəsinin ilk və son sədri Mahir Rüstəmli də çətin vəziyyətdə qalıb. Onun ölkə mətbuatına bir ay əvvəl verdiyi açıqlama indi də aktualdı: “Media Komitəsinin İdarə Heyəti özünə aid olan işləri görüb. Təkliflər paketini hazırlayıb, AFFA-ya təqdim etmişik. Top indi meydanın AFFA-ya, Elxan Məmmədova aid hissəsindədi. Onlar cavab verməlidilər ki, Media Komitəsi yaşayacaq, ya yaşamayacaq, bu təkliflərdən hansılar nəzərə alınacaq. Onların bizdən istədiklərini vermişik. Bundan sonra AFFA-nın qapısına düşüb, onlara yalvarası deyiləm ki, Media Komitəsi barədə qərar verin. Bu barədə onların özləri də düşünməlidi ki, bütün idman mediası bu gecikmədən narazıdı. Təəssüf ki, bu barədə hələ heç bir cavab yoxdu. Bu məsələ ilə bağlı bir neçə dəfə onlara müraciət etmişəm. Şəxsən Firuz Abdullaya (AFFA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri) müraciət etmişəm ki, Elxan Məmmədov vasitəsilə bu məsələyə aydınlıq gətirsin. Lakin deyir ki, heç bir yeni xəbər yoxdu. Əvvəlcədən də razılıq belə idi ki, biz təkliflər paketini hazırlayıb, təqdim edəcəyik. Onlar da bu təkliflərdən hansının nəzərə alınıb, hansının alınmayacağını, seçkinin vaxtını bizə bildirəcəklər. Mən də bilirəm, proseslər ləngiyir. Aprel, may ayları boşuna getdi. Artıq iyunun 6-dı. Proses hara gedir, düzü, özüm də bilmirəm”.
 
İndi isə iyuldu, ilin yarısı boşuna gedib, lakin hətta komitənin fəaliyyətini dayandırdığı barədə də məlumat yoxdu. Hamı havadan asılı vəziyyətdə qalıb.
 
Komitədə heç vaxt təmsil olunmayan Amal Abuşov üçün Media Komitəsi ağrılı mövzudu: “İlk gündən bu komitənin Elxan Məmmədovun maraqlarına xidmət edəcəyini, mətbuatı ələbaxan duruma salmağı və parçalamağı hədəflədiyini demişdim. Bütün həmkarlarıma müraciət etdim. Dedim ki, oyuna getməyin. Bəli, AFFA milyonları göyə sovurur, işbazlar ciddi paralar qazanır. Mətbuata dəstək olmaq, pul ayırmaq onların borcu idi. Necə ki, MK yaranmamışdan da, sonradan da özlərinə yaxın bildiklərinə maliyyə ötürürlər, əvəzində onlarla bağlı öhdəçilikləri var. Yenə deyirəm, vəziyyət elədi ki, heç kimi qınamaq olmur. Mənim də kiminsə xətrinə dəymək fikrim yoxdu. Mən ilk gündən təklif etdim ki, idman mətbuatı Elxan Məmmədovun təklif etdiyi vaxtda və məkanda yox, ayrıca müstəqil şəkildə toplansın. Şərtləri biz müəyyənləşdirək və baş katibin qarşısına hazırlıqlı gedək. Amma saqqalımız olmadı, sözümüz keçmədi. Sonradan başverənlər də göstərdi ki, biz haqlı imişik. Elxan Məmmədovun qarşısına kəmiyyətlə yox, keyfiyyətlə çıxmaq lazım idi. Yavaş-yavaş sular duruldu, ciddi qələm sahibləri komitədən uzaqlaşmağa başladılar. Komitənin içində olmadığımdan proseslər barədə dəqiq məlumatım yoxdu. Ona görə də geniş şərh verməyim düzgün çıxmaz. İstənilən halda, bu qurumun fəaliyyətini bərpa etməsini, həmkarlarımın işlərinin qaydasına düşməsini arzulayıram. Amma Media Komitəsi mətbuatı bölücü, ayrımçılıq edəsi,  “filankəslər bizimlə deyilsə, onlar yoxdular” prinsipləri ilə hərəkət edən təşkilat olmamalıdı. Əksinə, mətbuatı birləşdirməyə, gücləndirməyə, irəli aparmağa çalışmalıdı. Zaman da sübut etdi ki, indiyə qədər yürüdülən siyasət yanlış imiş”.
 
İlkin Vaqifoğlu isə bu ideyanı dəstəkləyənlərdəndi: “Elxan Məmmədov gec də olsa, bu addımı atdı və baş katib ötən 2 il ərzində KİV-ə pis-yaxşı dəstək verməyə çalışdı. MK-ni  ideya olaraq mütərəqqi hesab etsəm də, deməzdim ki, komitə bu illərdə tam səmərəli fəaliyyət göstərdi. İki seçki keçirilib və mən heç birində namizədliyimi irəli sürməmişəm. Çünki hələ ilk seçkidən əvvəl görürdüm ki, komitəyə seçilmək uğrunda hansı “oyunlar” gedir. MK bu tərkibdə və formatda yoluna davam edə bilməz. Layihələrin seçilməsi və bölüşdürülməsində dəfələrlə ayrı-seçkiliyə, tərəfkeşliyə yol verildi. Kim kimlə yaxındı, kim kimlə qohumdu… Belə hallara bir daha yol verilməməlidi. AFFA digər komitlərin tərkibini özü müəyyənləşdirdiyi kimi, MK ilə bağlı eyni addımı atmalıdı. Onsuz da, ölkədə az-çox normal işləyən, ən azından buna çalışan 5-10 sayt var, AFFA-nın geniş seçim imkanının olduğunu düşünmürəm. Komitənin fəaliyyəti donub. Fikrimcə, bu, baş katibin MK-nin ötən illərdəki fəaliyyətindən narazılığının nəticəsidi. Elxan Məmmədov təcili və qəti qərar verməlidi. AFFA media ilə münasibətlərə yenidən baxırsa, qoy baxsın. Bu prosesin nə qədər tez başa çatması birinci növbədə AFFA-nın özünə lazımdı. Nədənsə baş katibdən bir tərpəniş görmürəm. Qeyri-müəyyənliyin uzanmasının onun və AFFA-nın ziyanına işləyəcəyini bilməsini istərdim. Məlumunuz olsun ki sportinfo.az MK-nin layihələrindən ən az yararlanan saytlardan biridi. Bunu ona görə xatırladıram ki, MK-nin mövcud olub-olmaması bizim üçün bir o qədər fərq eləmir. Medianın ümumi durumundan çıxış edərək, AFFA-nın saytların maliyyələşdirilməsində iştirakının vacibliyi üzərində dayanıram”.
 
Ceyhun Əliyev Media Komitəsinin özülünün yanlış qoyulduğu qənaətindədi: “Doğrudu, yaradıldığı ildə sport24.az yox idi, lakin idman KİV-ində çalışırdım və hadisələrin gedişatını yaxından izləyirdim. Eyni fikri 2 ildən sonra da təkrarlayıram: sabah şərti olaraq sport25,sSport26, sport27.az saytları açsam və hər birinə hansısa jurnalisti rəhbər təyin etsəm, bir müddətdən sonra Media Komitəsindən layihə adı altında aylıq 400-500 manat vəsait qoparacam. Təqribən 1 ay öncə vaxtilə MK-nın idarə heyətində yer almış həmkar-dostlardan birinə daha bir iradımı bildirdim. Söhbət MK vasitəsi ilə KİV təmsilçilərinin ölkə xaricinə aparılmalarından gedir. Onun “dedik, hamıya şans tanıyaq, yoxlayaq, bəlkə uğurlu işləyəcək” deməsini qəbul etmədim. Çünki jurnalist ölkə xaricində Azərbaycanın simasıdı. Evinin içindəki peşəkar bacarığı bəlli olduğu halda, onun “hasarın o tayı”nda nə işi? Zənnimcə, “MK niyə fəaliyyətsizdi” sualının cavabı da məhz bundadı ki, fəaliyyət göstərdiyi dövrdə əlahiddə çəkiyə sahib ola bilməyib. “Niyə ola bilməyib” sualına cavab vermək üçün hadisələrin lap daxilində - İdarə Heyətində olmaq gərəkdi ki, konkret rəy bildirim. Çünki “ağacın iki başı var”: bir başda MK-nın banisi olan AFFA özünü haqlı hesab edir, digər tərəfdə də MK-nın İdarə Heyətində təmsil olunmuş həmkarlar”.
 
Göründüyü kimi, komitənin yaradılması, sonradan fəaliyyətinin dondurulması medianı ikiyə bölməyə kifayət edib. Elə təşəbbüskarların niyyəti də bu idi.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 04-07-2018 17:02


 
Xəbər lenti
20.09.2018

01:25   A Seriyasının təxirə salınmış oyununda heç-heçə

00:57   ÇL: “Real” qələbəylə, MS məğlubiyyətlə başladı

19.09.2018

23:56  “Qarabağ”la oyunda favorit olduğumuzu düşünmək düzgün olmaz”

22:32  Qurbanov: “Üstünlük onların tərəfindədi, çünki...”

20:16  “Qarabağ” - “Arsenal” matçı 50 manata!

19:54  Musayev vurnuxur, Məmmədov izləyir

19:11  Milli oyunçusundan tərbiyəsizlik: 0:7-yə görə…

17:55  Azərbaycan millisi ilk oyunda məğlub oldu

17:48  “Qarabağ”ı məğlub etmək istəyirik”

16:53  “Zirə” ilə “Neftçi”nin 13-cü dueli

16:14  Emin üçün 55 dəqiqə və 3 xal

15:29  “Arsenal”ın 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

14:35  “Çelsi”dən 5 illik imza

13:38  “Beşiktaş”ın hücumçusu rəsmən BƏƏ klubunda

13:16  “Qarabağ”ın Lissabon səfəri - VİDEO

12:56  Berluskoni İtaliyada klub aldı

12:38  “Yuventus”un futbolçusuna ağır cəza

12:03  Serezo üçün dərs

11:57  ÇL: İlk oyun günündə vurulan qollar - VİDEO

11:25  Azərbaycan millisi bu gün ilk oyununa çıxır

11:04  “eTopaz”da günün canlı oyunları

10:57  Vaqner meydan oxudu: “Qurban Qurbanovun casusu deyiləm”

10:49  Rafinyanın erkən qol arzusu

10:44  Morato üçün təhlükəli komanda

10:39  "Qarabağ"ın adı böyük olmasa da..." - "Sportinq"in yarımmüdafiəçisi

10:30  İker Kasilyas ÇL-də yeni rekorda imza atdı

10:00  “TOPAZ”DA BU GÜN

09:32  Messidən yeni rekord

00:57  ÇL: “Qalatasaray”dan darmadağın, “Liverpul”dan qələbə

00:26  PFL-dən müsabiqə

00:15  “Qarabağ"ın zədəlilərindən son xəbər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az