(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İdman mətbuatı bu gün – VI yazı

İdman mətbuatı bu gün – VI yazı

 
Mediayla münasibətlərin tənzimlənməsi, onlara münasibət daha çox AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin üzərinə düşən məsuliyyətdi. Bu qurumunn rəhbəri vəzifəsində çalışarkən Mikayıl Nərimanoğlu əksəriyyətin qınaq obyekti idi. Əsas işini unudub, həm də “Kəpəz”də Müşahidə Şurasının sədr müavini, dolayısı ilə AFFA-nın ayırdığı maliyyəyə nəzarətçi olan Mikayıl bəy jurnalistləri tamam unutmuşdu. Başı Gəncə klubunun büdcəsini dağıtmağa, oğurluğa qarışmışdı. O, dimdiyindən ilişdi və futbol təsərrüfatından birdəfəlik rədd edildi. Əslində, haqqında cinayət işi açılmalıydı, amma görünür, qamarladıqlarından himayədarlarına da pay ötürdüyü üçün sakitcə yola salındı.
 
Nərimanoğlunu əvəz edən Firuz Abdullaya görə çox sevinmişdik. Daim jurnalistlərin əhatəsində olan, camiəni tanıyan biri kimi, o, AFFA rəhbərliyini təbliğatı qurmağın vacibliyinə inandırmalı idi. Lakin vəzifə bu insanı da dəyişib, deyəsən. “Səbail”də, “CBC Sport”da, müxtəlif komitələrdə özünə əlavə iş yerləri təmin edincə, Mikayıl bəyə rəhmət oxutdurur dəyərli həmkarımız.
 
AFFA-nın baş katibi Elxan Məmmədov Firuz bəy vəzifəyə təyin olunarkən mediaya fərqli münasibət olacağını, Mikayıl bəyin səhvlərinin təkrarlanmayacağını demişdi. Hətta yeni departament rəhbərindən mediayla bağlı konsepsiya gözlədiyini demişdi. Həmin vədin bir ili tamamlanır, ortada isə heç nə yoxdu – Firuz Abdullanın konsepsiyası özünü qorumaqdan, mediayla məsafəni bir az da gen tutmaqdan və Media Komitəsi layihəsinin üzərindən xətt çəkməkdən ibarət imiş.
 
İndi Firuz bəy əsl məmur kimi davranır. İndi o, AFFA-dan maliyyələşən klublar üçün “boz kardinal”dı, onlara mətbuat katiblərinin, mətbuatla münasibətlərin strategiyasının müəyyənləşməsində əsas söz sahibidi. Departamentində çalışan işçilər isə fərqli qazanc mənbələri ilə təmin edilib – biri Futzal Federasiyasında, digəri “Səbail”də, qalanları da monopoliyalarında olan müxtəlif sahələrdə maaşının üstünə maaş gətirir. Bu da ümidlər bəslədiyimiz departament rəhbərinin yeni konsepsiyası.
 
Firuz bəy “CBC Sport”da da gözə görünməyən idarəçidi. AFFA-nın layihəsi olan, SOCAR-dan maliyyələşən bu telekanal sifarişlər əsasında fəaliyyət göstərir. Burada Elxan Məmmədovun və onun monopoliyasında olan klublar və qurumlar haqda sağlam tənqid də görə bilməzsən. Baş katibin sifarişləri öz fəaliyyəti görünməyən rəhbər Volkan Üstə diqtə edir. Hətta hansı oyunda kimin şərhçi olması, kimin hansı verilişdə görünməsi də ümumi nəzarətdədi. Mediayla bağlı konsepsiya bu olsun gərək...
 
Həmkarımız həm də katibin katibi kimi davranır. Ona hansısa məsələylə bağlı müraciət edəndə adətən “Elxan Məmmədov ölkədə yoxdu, gəlsin, dəqiqləşdirim” deyə cavab verir. Baş katib işdə olanda da ondan fikir öyrənmədən nəsə deyə bilmir. Halbuki mətbuat xidmətinin öz mövqeyi, bütün suallara cavab verəcək bacarığa və ixtiyara sahib olmalıdı. Firuz bəysə özünü AFFA-nın yox, Məmmədovun mətbuat katibi kimi aparır. Halbuki o, departament rəhbəridi, nüfuz sahibi olmalı, kimdənsə asılı vəziyyətdə fəaliyyət göstərməməlidi.
 
Həmkarımız Elçin Cəlilov AFFA-nın mәtbuat xidmәtinin işindən razı deyil: “Mətbuat xidmətinin işi - bu ifadәnin tәsdiqi üçün ortada real islahatlar/nәticәlәr görmәliyik. Mikayıl Nәrimanoğlunun bu postda islahatlarını görmәdik. Biz nәyisә qabartmasaq, tәşәbbüs olmurdu. Onun mәlum gedişindәn sonra o posta tәyin olunan Firuz Abdullanın isә fәrqlilik gәtirib-gәtirmәyәcәyini elә tәyinat әrәfәsindә AFFA-nın baş katibi Elxan Mәmmәdovdan soruşmuşduq. O, bildirmişdi ki,  Nәrimanoğlu çox ciddi sәhvlәr buraxmışdı, daha belә olmayacaq vә s. Hәtta inamlı tәrzdә bildirdi ki, Firuz Abdullanın media ilә münasibәtlәri daha yaxşıdır vә o, tezliklә yeni konsepsiya hazırlayacaq. Mәnim dә Firuz Abdullayla münasibәtim camiәmizdәkilәrә yaxsı mәlumdur. Ona hörmәtim böyük olub vә olacaq da. Ancaq özüylә iki dәfә geniş söhbәtimizdә bildirmişәm, islahatlar olmalıdı vә bunun mәsuliyyәtini dәrk etmәlidi. 8 ay keçib. Bu müddәtdә dәyişiklik hiss edәn olubmu? Әksinә, Media Komitәsinin taleyi ritorik sual altına düşüb. Başqa hansısa yenilik dә yoxdu vә yaxın perspektivdә görünmür. Öz camiәmizdә belә bir sohbәt var: Mikayıl Nәrimanoğlu haqda istәdiyimizi yazırdıq. Ancaq indi daha çox gözlәmә mövqeyindәyik. Vә hәr bir seyin dә sonu olur. Belә yanlış tәfәkkür var: AFFA niyә etmәlidi? Kökündәn absurddur. İzahı isә mütlәq olacaq”.
 
İlkin Vaqifoğlu da daim soyuq münasibət görənlərdəndi: “Saytımız 2012-ci ildən fəaliyyət göstərir və bu müddətdə AFFA-dan isti münasibət gördüyümüzü deyə bilmərəm. AFFA-nın bəlli bir dostları var və əməkdaşlıqda üstünlüyü onlara verirlər. Mənim onlara heç bir etirazım yoxdu, sadəcə, bu qədər diqqətdən kənarda qalmağımızı da qəbul etmirəm. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev şəxsiyyətdi. Onun insaniyyəti hesabına media ilə PFL-in münasibətləri normaldı. Şahgəldiyev iş yerini dəyişsə, PFL-lə KİV arasında probemlərin yaranacağını və dərinləşəcəyini əminliklə söyləyərdim. “Neftçi”nin əvvəlki və indiki press-atteşesinin, eləcə də “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”ın mətbuat xidmətlərinin normal çalışdığını qeyd edərdim. Qaldı Mikayıl Nərimanoğlu ilə Firuz Abdullaya, onlar arasında müqayisəni doğru hesab etmirəm. Mikayıl müəllim 10 ildən artıq müddətdə bu postu tutdu və müəyyən işlər gördü. Bu gün də mənim ona böyük hörmətim var. Dəyərli insandı, onun haqda hansısa mənfi yazı, yaxud xəbər mənim Nərimanoğluna münasibətimi dəyişə bilməz. Firuz Abdullanı isə mən “Het-Trik”dən tanıyıram, bir yerdə çalışmışıq. Bacarıqlı və məsuliyyətli kadrdı. O, ağır bir məsuliyyətin altına girib. Fikrimcə, AFFA-nın media ilə iş və əlaqələr məsələsində bəzi dəyişiklər etməlidi. Belə getməz. Məndən ötrü mətbuatda heç kim avtoritet deyil və kimsə düşünürsə ki, onun sözü hamı üçün keçərli olacaq, öz payıma deyirəm ki, yanılır. Firuz bəy MK ilə bağlı yeniliyə nail olsa, böyük iş görmüş olar”.
 
Senan Abdullayevin müqayisəsi maraqlıdı: “Məncə, biz ən azı indiki dönəmdə onları yanaşı qoya bilmərik. Dalınca danışmaq kimi çıxmasın, Nərimanoğlu çoxdan məmur qiyafəsində idi. Yəni, katib hissəsi qalmışdı, mətbuat tərəfi yox. Məhz sonda da o məmur sevdası başına oyuna açdı, biabır oldu. Firuz isə medianın içində olan adam idi, indi də elədi. Gələcəkdə özünü qoruya biləcəyini, yoxsa sələfi kimi havalara uyacağını zaman göstərəcək. O ki qaldı AFFA-nın mətbuat xidmətinin işinə, bu qurum klublar saxlamaq üçün xərclədiyi pulun 1 faizini o şöbəyə ayırsa, ən azından rəzil durumdan qurtularlar. Təsəvvür edin, millinin oyunlarından videolar yerləşdirilir. Mənim 2004-cü ildə bir telefonum var idi. Onunla çəksəm, onların qoyduqlarından daha keyfiyyətli olar. Ləvazimatları yoxdu. Millinin oyunlarından açıqlamalar qoyulanda ancaq yazılı media düşünülür. Bəs yaxşı biz nə edək? Demək olar, bütün klublarda mətbuat xidmətinə məcburi bir şöbə kimi baxılır. Əksəriyyətinin normal ləvazimatları yoxdu. Halbuki klub üçün qəpik-quruşdu. Olanların da bəziləri canlarına əziyyət vermirlər”.
 
Komanda.az-ın rəhbəri Rəşad Ergün isə narazı deyil: “AFFA və PFL-in mətbuat xidmətlərinin işindən narazılığımız yoxdu. Mikayil Nərimanoğlunun media qurumları arasinda ayrı-seckilik etdiyi vaxtlar olurdu və bunu onun ozunə bir necə dəfə demişdim. Firuz Abdulla ilə isə elə bir problem yasamamisiq”.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 05-07-2018 09:00


 
Xəbər lenti
22.11.2018

13:40   Təbliğat kampaniyasına qohumlar da qoşuldu

13:24   Xudiyev Almeydanın komandasının oyununa təyinat aldı

12:46   Azarkeşlər istefa istəyir – birləşdilər!

12:04   Ansi Aqolli: “Onun bu cür davranışı normal hal deyil”

11:33   Qurbanovla Bordin irəlilədi

11:00   Millimizin forvardı klubuna zədəli qayıtdı

10:30   Lopeteqi ABŞ millisində?

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   “Bavariya” Levandovskini itirdi

21.11.2018

19:33  FİFA rəsmisi saxlanıldı

18:28  Bakıda VAR sistemindən istifadə olunacaq

17:30  İkardi ilə Dibala millidə qol hesabını açdı

16:55  Millətlər Liqasında növbəti mövsümün təqvimi

16:27  Milli komandada baş məşqçi istefası

15:07  Topaz Premyer Liqasında 12-ci tur: tarixə səyahət

14:46  Ruslan Abışov: “Tələsmək istəmirəm”

14:27  20 ildi uduzduğumuz oyun

13:46  Millətlər Liqasının ən yaxşıları açıqlandı

13:21  PSJ-də Neymar şoku

12:56  “Beşiktaş” “Sumqayıt”ın futbolçusunu transfer etdi

12:32  “Qəbələ”nin futbolçusu ücün 10-cu oyun

12:18  “Payız turniri” keçiriləcək

12:07  “TOPAZ"DA BU GÜN: 24 canlı, 3 "təkli" oyun

11:54  168 gündən sonra uduzduq

11:48  Mustivar oynadı, Gerye yox

11:41  "Hesab daha da böyük ola bilərdi"

11:32  Maksim Medvedev: “Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var”

11:26  Almeyda Avropada hamını qabaqladı

11:21  Pley-offun ilkin cütləri

11:12  “Rəqiblər güclü deyildi”

11:02  Qara Qarayev: “Özümüzə gələndə çox gec idi”

10:51  Avro-2020-nin seçmə mərhələsinin səbətləri

10:30  “Keşlə”nin futbolçusu Serbiyada darmadağına üzüldü

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Braziliya, İtaliya və Fransaya 1 qol bəs etdi

09:00  Boş ümidlər, gözlənilən sonluq

02:54  Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

02:18  Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

01:57  Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az