(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
İdman mətbuatı bu gün – VII yazı

İdman mətbuatı bu gün – VII yazı

 
AFFA təbliğat maşını kimi “CBC Sport”a arxalanar. Bütün güc bu kanala qoyulub. Lakin əvvəldə qeyd etdiyimiz kimi, bu kanalın rəhbəri Volkan Üst sadəcə, fiqurdu.
 
Volkan Üst kimdi? Əslində, heç kim. Bəlkə də maraqlı karyerası olub, hardasa, nəsə iş görüb, amma Azərbaycana ancaq havayı pul qazanmağa gəlib. Bizimkilərə də onun adı yox, əcnəbi olması lazımdı – kənardan gələn daha sanballı, daha möhtərəm görünür.
 
“CBC Sport” türkiyəli televiziyonçunun vaxtında hansısa keyfiyyət dəyişikliyinə nail olubmu? Əsla. “İdman Azərbaycan”a öküz yarışlarını verdiyi üçün lağ edən Elxan Məmmədovun kadrı həmin yarışlardan fərqlənməyən, tamaşaçı kütləsi çox məhdud dairəni əhatə edən sumo yarışlarına üstünlük verir. Nə ciddi müəllif proqramları var, nə maraqlı reportaj, nə analitik verilişlər, nə də qeyri-adi nəsə. Sıradan bir kanaldı, Məmmədovun kurasiyasında olan qadın futbolunu təbliğ edir, “Mançester Yunayted” məktəbini və s.
 
İlk vaxtlar hər şey yaxşı idi. Türkiyədən gələn səyyar briqadaların sayəsində oyunların çəkilişi yüksək səviyyədə təşkil olunur, zövq verirdi. Lakin zaman keçdikcə bəlli oldu ki, bu, hansısa rəhbərin əməyi deyil, hər şeyi maliyyə həll edir. SOCAR telekanalın ancaq pulyemə aparatı olduğunu görüb, büdcəni azaltdı, onunla da hər şey adiləşdi. “CBC Sport”un indi təşkil etdiyi yayım 90-cı illərdə AzTV-nin çəkdiklərindən çox da keyfiyyətli deyil.
 
Bəs, nəyə görə Volkan bəy bu postda saxlanılır? Onun aldığı 15 min dollar aylıq maaş izafi xərc deyilmi? Hansısa bacarığı olsa, buna göz yummaq olar. Amma elə “CBC Sport”un özündə bu dəqiqə Şəmsəddin Abbasov, Rüstəm Əfsərli, Elnur Məmmədlinin simasında elə əməkdaşlar var ki, Üstdən daha bacarıqlı, daha kreativdilər. Hə, eyibləri azərbaycanlı olmalarındadı, biz isə öz insanımıza dəyər vermirik, gərək başımızın üstündə havayı yeyən Volkan kimilər olsun.
 
Volkan bəyin hansısa bacarığından, yüksək keyfiyyətli işindən heç danışmaq olmur. Bu adamın hətta Türkiyədə də heç bir nüfuzu yoxdur, əks halda, hansısa əlaqələr qura, əməkdaşlıq edə, mübadilə xarakterli süjetlər, reportajlar hazırlatdır bilərdi. O isə avrokubok mövsümündə klubların, millinin matçları vaxtında AFFA-nın qapısını kəsib, səfərə çıxmaq üçün boyun bükür, mikrofon tutur, özünü rəhbərə layiq olmayan şəkildə rəzil edir.
 
Volkan bəy əmr quludu – o, AFFA-dan gələn sifarişləri dəqiqliyi ilə yerinə yetirməklə iş başındadı. Əsas işi 18-20 dəfə az maaş alan daha istedadlı azərbaycanlı kadrlar görür, Üst isə bağladığı müqavilənin kölgəsində xumarlanır. Sözəbaxan, üzüyoladı, 15 min dollarına görə hər şeyə razıdı. Ona “CBC Sport”un inkişafı yox, ağalarının rahatlığı maraqlıdı.
 
“CBC Sport”un yaranmasında, işin təşkilində birbaşa rol oynayan İlham Rüstəmov yadınızdadı? Rusiyada yaşayan həmyerlimiz televiziya sahəsində daha peşəkar, daha bacarıqlı idi. O, yerli kadrların inkişafı üçün də əmək sərf edirdi. Lakin telekanaldan çox erkən ayrıldı, çünki əmrlərə uymurdu, tamaşaçını, jurnalistikanı düşünürdü, işinin fədaisi idi.
 
Özümüzdə də bacarıqlı kadrlar az deyil. Sırf idman sahəsindən danışırıqsa, Asif Bağırov, Mehman Rəsulov, Altay Əliyev, Elnur Əşrəfoğlu kimi daha təcrübəli simalar var. Bu siyahıya Şakir Eminbəylini də əlavə edə bilərik. “Qarabağ” üçün bir sıra maraqlı layihələr təşkil edən bu telejurnalist istedadına qiymət verilməyən insanlardandı. Halbuki “CBC Sport” da elə onun layihəsidi, vaxtilə Elxan Məmmədova təqdim etdiyi təklif başqalarının əliylə, onların özünə uyğun şəkildə dəyərləndirilir. Şakir bəy isə bu layihəni daha maraqlı, daha səviyyəli planlaşdırırdı.
 
Beləliklə, daha yaxşı işlər görmək mümkün olduğu halda, AFFA nəzarətində olan “CBC Sport”u ölkə futbolunun təbliğat maşınına çevirə bilmir, onu SOCAR-ın maliyyəsini dağıtmaq imkanı kimi dəyərləndirir. 1,5-2 milyon manatlıq illik büdcənin qarşılığında ortada heç nə yoxdu. İşbacarmaz Volkan bəyin aldığı maaşla isə az qala bütün elektron KİV-in problemlərini həll etmək mümkündü. Vaxtilə AFFA-nın rəsmi orqanı kimi fəaliyyət göstərən “Futbol dünyası”nın illik büdcəsi indi bir adama verilir. Eyni zamanda Media Media Komitəsinin 3 illik büdcəsi kabinet bəyi olan Üstə xərclənir. Dəyərmi?
 
Tanınan jurnalist Asif Bağırov bu telekanalın siyasətini başa düşmür: “CBC Sport”a rəhbəri bir dəfə Rusiyadan gətirib qoydular, bir xeyri olmadı. İndi gətirib türkiyəli qoyublar. Yenə eyni şey. Bir xeyri yoxdusa, elə azərbaycanlı qoy da. Yəni Azərbaycanda televiziyanı idarə edə biləcək bir nəfər yoxdu? Bizdə televiziyanı bilən yetərincə adam, televiziyaçı var. Bu faktdan qaçmaq mümkün deyil. Volkan Üstün üstün bir cəhətini görməmişəm. Bəlkə o kanalı çox izləmədiyim üçün bilmirəm, amma gərək kanalda bir şey olsun ki, ona baxmağa cəhd göstərim”.
 
Sənan Abdullayev özü də televiziya sahəsində çalışdığından etika xətrinə "CBC Sport"la bağlı geniş danışmaq istəmir, amma müəyyən fikirləri var: “Əslində, burada durum çox sadə və aydındı. Telekanal AFFA-nındı və oradan idarə olunduğunu heç Elxan Məmmədov da gizlətmir. Bununla razılaşmayan İlya (İlham) Rüstəmov kimi çıxıb gedir, razılaşan da oturub çörəyini qazanır. Yəni bu işin başına keçirsənsə, deməli, işinin nədən və kimlərdən asılı olduğunu dərk edirsən. Ümumilikdə "CBCSport" indiki durumundan asılı olmayaraq, Azərbaycan idmanın başına gəlmiş ən gözəl hadisələrdən biridi. Məhz bu kanalın sayəsində "İdman Azərbaycan" tamaşaçısına hörmət qoymağa başladı. Məcburiyyətdən daha keyfiyyətli yayım və fərqli verilişlərə cəhd elədi. "İdman Azərbaycan"ın imkanları ilə Marsdan da canlı yayım eləmək olardı və indi də olar. Amma yəqin ora ilk insan ayağının dəyməyini gözləyirlər ki, xəta-bəla olub-olmadığına əmin olsunlar. Təbii ki, yerli mütəxəssis ola bilərdi. Ancaq bir şeyi xüsusi qeyd edim ki, futbol matçlarının yayımını bacaracaq heyət ölkəmizdə elə də çox deyil. Bu da bu sahənin indiyədək böyük ölçüdə AzTV tərəfindən nəzarəti ilə bağlıdı. Odur ki, sırf yayım məsələsində "CBCSport"un ilk vaxtlarda əcnəbilərdən istifadəsinə normal baxıram”.
 
Elçin Cəlilov kanalın fəaliyyətindən razı deyil: "CBC Sport"un fәaliyyәt konsepsiyası formatda özünü büruzә vermir. Kanal çoxdandı o tempdә inkişaf etmir. Yeni kanal adәtәn, böyük yarışların yayım hüququnu almaqla diqqәt cәlb elәmәyә çalışır. Ancaq bu kanal nüfuzlu futbol yarışlarının yayımından kәnardadı. Yaradıcı yük arzulanan hәddә deyil. Pәrakәndә, müәyyәn fәrdlәrin sıçrayışları sayәsindә mövcudiyyәti maraq oyadan bir kanaldı. Volkan Üst isә kanalın rәhbәri kimi hansı yaradıcı vә maddi fayda qazandırıb, müzakirәyә ehtiyac var. Ümumiyyәtlә, bu kanalın müstәqil mövqeyinә ciddi şübhәlәrim yaranıb. İnanaq ki, kәnardan baxsalar, sezәrlәr”.
 
Mehman Rəsulovun fikirləri də maraqlıdı: “CBC Sport” telekanalında işini bilən bacarıqlı dostlarımız çalışır. Düşünürəm ki, zamanla daha yaxşı olacaq. Konkret telekanal rəhbərinin kim olması mənim fikrimcə, vacib deyil. Əsas ortaya qoyulan işdir. Təbii ki, bu, maksiumum deyil. Amma zamanla o da olacaq”.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 05-07-2018 13:04


 
Xəbər lenti
19.07.2018

09:15   “Keşlə” “Baltsan”a qarşı - YENİLƏNİR

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az