(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Riçard Almeyda niyə “Astana”nı seçib? - Səbəbləri açıqladı

Riçard Almeyda niyə “Astana”nı seçib? - Səbəbləri açıqladı

“Qarabağ”la yollarını ayıran və Qazaxıstanın “Astana” klubuna transfer olunan Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda bu keçidi ilə əlaqədar sözügedən ölkənin mətbuatına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Riçard, Azərbaycanda hamı əmin idi ki, bu yay Avropanın ciddi klublarından birinə keçəcəksiz. Ən pis halda isə ərəblərin yanına, pul dalınca. Ancaq "Astana"nı seçdiniz. Niyə?
- Bir neçə klubdan təklifi vardı, ancaq ailəmlə birgə qərara aldıq ki, "Astana"ya getmək lazımdı. Çünki bu klub həmişə öz ölkəsində çempionluq və Çempionlar Liqasının, yaxud Avropa Liqasının pley-offa çıxmaq uğrunda mübarizə aparır. Və hər il avrokuboklarda qrup mərhələsində çıxış edir.

- “Astana”nın dəvətində sizi konkret nə maraqlandırdı?
- Məni öz komandalarında real görmək istəmələri və bel bağlamaları. Burada olmağım üçün bütün səylər göstərildi. Buna görə də bura gəlməyi qərara aldım.

- Bəzi azərbaycanlı jurnalistlər kimi, hesab etmirsiz ki, sizin üçün "Astana" yerində addımlamaqdı? Sizcə, Qazaxıstan çempionunun sıralarına gəlmək peşəkar karyeranızda irəliyə doğru real addımdı?
- Həyatda hansı qərar qəbul etməyimdən asılı olmayaraq, həmişə irəli gedirəm. Daim irəliyə hərəkət edirəm. Ancaq ən əsası, ailəm həmişə yanımdadı və məni hər şeydə dəstəkləyir. Şadam ki, "Astana"ya gəlmişəm.

- Roman Qriqorçuku yaxşı tanıyırsız?
- Azərbaycanda onun komandasına qarşı çox oynamışam. Bu mütəxəssisi şəxsən tanımırdım, ancaq həmişə bilmişəm ki, çox yaxşı insandı. Bundan əlavə də əla məşqçidi. Keçidimdə o da rol oynadı ki, Roman Qriqorçuk necə işlədiyimi artıq bilirdi.

- Qazaxıstan, "Astana"yla bağlı ilkin təəssüratlarınız necədi?
- Çox yaxşı. Bura gəldiyim gündən hamı mənə yaxşı münasibət göstərib. Bundan əlavə, burada çox yaxşı infrastruktur var ki, klubun oyunçularına təqdim olunur. 

- Azərbaycanda mövsüm mayda bitib, Qazaxıstanda isə ən qızğın vaxtıdı. Bərpa olunmağa və güc toplamağa imkan tapmısız? Hazırkı funksional vəziyyətinizi necə dəyərləndirərdiz?
- Əslində, yüz faiz hazır deyiləm. Çünki problemlərim vardı ki, onlar mənə məşq etməyə imkan vermirdi. Ancaq hər gün fiziki hazırlığımı yaxşılaşdırıram, çox çalışıram. 

- Azərbaycan yığmasıyla Astanadakı yoldaşlıq görüşündə niyə oynamadız? Oyunu görmüsüz?
- Ona görə oynamırdım ki, topuğaltı su yığılmışdı. Matçı izləməyə imkanım olmadı, çünki həmin vaxt təyyarədə idim. Braziliyaya istirahətə gedirdim.

- "Astana"nın son matçlarını görmüsüz? Komandada öz rolunuzu necə görürsüz?
- Son 3 qarşılaşmanı görmüşəm. Rolum ondan ibarətdi ki, komanda yoldaşlarıma kömək edim. Əla futbolçularımız var. Mən də məqsədə çatmaq naminə işləməyə gəlmişəm. 

- "Astana" gələn həftə Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa çıxacaq. Bu matçlar üçün sifariş olunacaqsız?
- Fikrimcə, hə.

- "Astana" azarkeşlərinə nəsə demək istəyirsiz?
- Onları inandırmaq istərdim ki, işləməyi sevən insanam və həmişə kollektivin maraqlarını şəxsi maraqlardan üstün tuturam. Birgə yaxşı nəticələr əldə edə bilərik.


 
tarix: 07-07-2018 14:20


 
Xəbər lenti
19.07.2018

09:31   Vaqner da Silva: “Bu, məni narahat etmir”

09:15   “Keşlə” “Baltsan”a qarşı - YENİLƏNİR

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az