(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA-dakı işbazların “Macron” oyunu: 3 klub təslim oldu

AFFA-dakı işbazların “Macron” oyunu: 3 klub təslim oldu

“Nike” sıradan çıxmır, sadəcə, yerini eyni xəttin təklif etdiyi başqa bir məhsula təhvil verir. “Macron” bizim üçün yeni addı, amma...
 
Dünən “Səbail” 2018/19 mövsümü üçün texniki tərəfdaşını elan etdi. Məlum oldu ki, “Macron” şirkəti qarşıdakı mövsümdə paytaxt təmsilçisinin bütün komandalarını idman geyimləri ilə təmin edəcək.
 
İtaliyanın ən köklü geyim şirkətlərindən biri olan “Macron”un əsası 1971-ci ildə qoyulub. Qurumun baş gərargahı Bolonya şəhərində yerləşir.
 
Futbolumuzda İtaliya rüzgarının güclənməsinin isə səbəbləri var. Almanlarla əməkdaşlığın öləzidiyi bir vaxtda indi də digər Avropa ölkəsinə meyl artır. Ölkə futbolunun inkişafını düşünmədən dövlət büdcəsini Berti Foqtsa, Bernard Lippertə, Hans-Yürgen Gedəyə dağıdanlar artıq estafeti başqasına təhvil verir. AFFA-da, SOCAR-da alman futbolunun tərəfdarı olan bir qrup söz sahibi milliləşən, amma indi lazımsız bilinən bir çox futbolçuya görə də etimadı itirdilər.
 
İndi də fürsəti boşa verməyən digər qrup fəallaşıb. AFFA-da nə iş gördüyü bilinməyən, amma daim yaxşı qazanan və dolanan Elxan Tağızadənin təmsil olunduğu dəstə futbol bazarında təşəbbüsü ələ alıb. İtaliya futbolunun azarkeşi olan bu qrup bütün sahələrə nüfuz edib. Roberto di Matteonu milli komandaya baş məşqçi gətirmək istəyən, yalnız ölkə başçısının Qurban Qurbanov seçimindən sonra arzusu gözündə qalan dəstə sonra da belə cəhdlərlə yadda qaldı. Canni de Byazi, Andrea Stramaççioni və başqalarını futbolumuza calaq etmək istəyən bu şəxslər, nəhayət, Roberto Bordini “Neftçi”yə bəyəndirə bildilər.
 
İndi isə bazar böyüyür və “Macron”un Azərbaycan bazarında görünməsi təasdüf deyil. Təkcə “Səbail” bu firmaya müraciət etsəydi, bunu təsadüf kimi qiymətləndirər, klubun marketinq addımı kimi qəbul edərdik. İş ondadı ki, bu mövsümdən “Sabah” və “Sumqayıt” da “Macron” geyəcək. Deməli, bu, təsadüf deyil, hansısa qrupun monopolist həmləsidi.
 
Təbii ki, ötən mövsüm “Nike” geyən “Səbail”in firma dəyişikliyi başqa cür də başa düşülə bilər. Axı, “Nike”ı ölkəmizə AFFA-nın baş katibi Elxan Məmmədovun himayəsində olan adamlar gətirmişdi. O zaman bunu katibə qarşı addım saya bilərikmi?
 
Araşdırdıqda məlum olur ki, bu, yalnız görüntüdü. Çünki hər 2 firmanın geyimlərini eyni dəstə ölkəmizə gətirir. “Nike”la bağlı söz-söhbət çoxaldığından, eyni zamanda bu brend daha bahalı olduğundan, “Sumqayıt”, “Sabah”, “Səbail” kimi nisbətən aşağı büdcəli klublar üçün “Macron” təşkil edilib.
 
İndi gördünüzmü, Elxan Məmmədov klubları öz monopoliyasına daxil etməklə əslində, hansı məqsədi güdür? Pul dövlətdən gedir, qazon biznesi, geyim biznesi, ketrinq biznesi və s. və i. – bütün bunları isə katibin dostları təşkil edir. Klubların seçim etmək, daha ucuz və sərfəli varianta üstünlük vermək kimi şansı yoxdur. Katib və dostları nəyi israr edəcəksə, klublardakı qulbeçələr də “baş üstə” deyib, razılaşacaq. Pul SOCAR-dan gedir, qazanansa bir qrup işbazdı. Bazar olsun!..
 
AĞA

 
tarix: 09-07-2018 09:00


 
Xəbər lenti
23.09.2018

19:35   “Sumqayıt” “Keşlə”yə cavab verdi - YENİLƏNİR

19:29   Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00   “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36   Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11   Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24   Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15   Abasovun pis vərdişi

11:54   Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37   “Zirə” xala layiq olsa da...

11:27   Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az