(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Qarabağ”ın qapıçısına Messi qol vura bilməyibsə, biz vurarıq”

“Qarabağ”ın qapıçısına Messi qol vura bilməyibsə, biz vurarıq”

“Qarabağ”la oyunlarda şanslar bərabərdi”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Olimpiya”nın yarımmüdafiəçisi Matiç Çrniç deyib. Sloveniya mətbuatına müsahibə verən Lyublyana klubunun yeni transferi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la bu gün keçiriləcək oyun barədə danışıb. O, Azərbaycan çempionunu cütün favoriti hesab edir: 

“Əslində, maliyyə durumuna görə onlarla müqayisə oluna bilmərik. Ancaq futbolda nəticə ilə bağlı hansısa qayda yoxdu. Hər şey meydanda həll olur. Kimin formada, daha çox enerjiyə sahib olması önəmlidi. Lyublyanada duelin birinci hissəsinin keçiriləcəyini bilirik. Çünki Bakıda bizi cavab görüşü gözləyir. Bu üzdən də “Stojitse”də ağıllı futbol sərgiləməliyik”.

İslandiya millisinin əsas qapıçısı Hannes Tur Halldorssonun “Qarabağ”a transferinə toxunan 26 yaşlı hücumameylli oyunçu maraqlı fikir səsləndirib. Görünür, Çrniç Halldorsson bugünkü qarşılaşmada iştirak etməyəcəyindən xəbərsizdi: “Halldorssonu transfer etməsi onu göstərir ki, “Qarabağ” ambisiyalı klubdu və avrokuboklara ciddi yanaşır. Büdcələri bu cür transferlər həyata keçirməyə imkan verir. Ancaq biz rəqibi dayandırmağa çalışacağıq. Messi ona qol vurmayıbsa, biz vurarıq (gülür)”.

Xorvatiyanın “Riyeka” klubundan transfer olunan Çrniç xorvatların dünya çempionatındakı çıxışına da münasibət bildirib. O, bugünkü qarşılaşmanın mundialın yarımfinal görüşü ilə eyni vaxtda keçirilməsinə üzüldüyünü etiraf edib: “Açığı, bizim oyunumuzun dünya çempionatının yarımfinal mərhələsindəki Xorvatiya – İngiltərə görüşü ilə eyni vaxtda keçirilməsi üzücü oldu. Heç nə olmaz, həmin matçın təkrarına baxarıq. Və ya finalı gözləyərik. Ancaq Xorvatiyanın yarımfinala qədər irəliləməsi bizi çox sevindirir. Bu komandanın İngiltərəni məğlub etməsi və finalda da qalib gələrək dünya çempionu olmasını arzulayıram”. (Apasport)

Qeyd edək ki, bu gün keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.


 
tarix: 11-07-2018 14:55


 
Xəbər lenti
19.07.2018

09:45   “Qəbələ”nin Lüksemburq sınağı - YENİLƏNİR

09:31   Vaqner da Silva: “Bu, məni narahat etmir”

09:15   “Keşlə” “Baltsan”a qarşı - YENİLƏNİR

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az