qaynar xətt
“Azərbaycanı asanlıqla keçəcəyimizi düşünməməliyik”
“Üç yoldaşlıq görüşü keçirdik və hamısında müsbət nəticə əldə etdik. Komandamın daha çox şey bacardığını gördüm”.
Futbolinfo.az xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib.
Kosovo Futbol Federasiyasının rəsmi saytına açıqlama verən 67 yaşlı mütəxəssis Millətlər Liqasındakı şanslarını dəyərləndirib.
Rəqiblərə hörmətlə yanaşdıqlarını deyən Şalland yenə də komandasının güclü olduğunu düşünür: “Düzdü, bütün oyunçuları izləyə bilmədim. Valon Berişa zədəli idi. Ümid edirəm ki, digərlərini də tezliklə iş başında görəcəyik. Millətlər Liqasındakı rəqiblərimizin zəif olduğunu düşünmürəm. Əlbəttə ki, çoxlu problemlərlə üzləşəcəyik. Ancaq futbolçularıma güvənirəm və müsbət nəticələr qazanacağımıza inanıram”.
Bu ildən Kosovo yığmasını çalışdıran mütəxəssis Millətlər Liqasındakı rəqiblərə yuxarıdan aşağı baxmayacaqlarını vurğulayıb: “Beynimdə seçmə mərhələdəki Kosovo formalaşdırmışam. Ancaq digər tərəfdən daha güclü komanda olmaq üçün çox çalışmalıyıq. Ayağımızı yerə möhkəm çırpmalı, Azərbaycan, Farer adaları və Maltanı asanlıqla keçəcəyimizi düşünməməliyik. Hədəfə çatmaq fədakarlıq, zəhmət tələb edir. Mənim və məşqçilər heyətinin işi gələcək üçün güclü nəsil hazırlamaqdı. U-19 və U-21 yığmalarının baş məşqçiləri ilə müntəzəm əlaqədəyəm. Çünki ortada Kosovonun gələcəyi var”.
Qeyd edək ki, Millətlər Liqasının D liqasında Azərbaycan, Farer adaları və Malta ilə eyni qrupda yer alan Kosovo ilk oyununu sentyabrın 7-də millimizə qarşı keçirəcək. (Apasport)
09:41 “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO
09:20 “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO
09:00 Klublar Komitəsinin sədri kim olsun?
02:12 PSJ 3 xalı 5 qolla qazandı
01:57 MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu
23:03 Avroliqada ilk 1/8 finalçı bəlli oldu
19:56 “Qarabağ” “Sabah” üçün hazırlığa başladı
18:33 Emil Balayevdən inamlı oyun - VİDEO
18:16 “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu
18:08 Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib
17:53 “Sumqayıt”ın üzrxahlığı
17:01 Klublar Komitəsinin iclasının vaxtı açıqlandı
16:41 “İkinci hissədə bir qədər arxayınlaşdıq”
16:11 “Kəpəz”ə gedən yol” təqdim olundu
15:55 Maluda rəsmən İsveçrə klubunda
15:16 Kumanın yeni iş yeri məlum oldu
14:48 “Yuventus”da ciddi itki
13:46 Messi İnyestaya çatdı
13:24 Lisenziyalaşdırma qrupu UEFA seminarında
13:09 Millimizin rəqibi üçün Trinidad Tobaqo
12:42 Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”
12:21 Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”
12:01 “Hələ də şansımız qalır”
11:54 Kovaç heç-heçədən məmnundu
11:47 “Rubin” Balayevə qol vura bilmədi
11:37 Valverde azarkeşlərdən dəstək gözləyir
11:29 Klopp nəticədən razı deyil
11:15 “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi
11:00 Millimiz Avropa çempionatının sonuncu səbətində
10:48 Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”
10:43 Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
10:32 Riberi 100-ə çatdı
10:26 Suares sonuncu dəfə 2015-də qol vurub
10:17 “Yuventus” hücumçusunu satdı
10:03 Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?