(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq” - Amodio

“Özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq” - Amodio

Lüksemburqun "Proqres" klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Özünüzü Qəbələdə necə hiss edirsiniz?
- Yeməklərinizi bəyəndiyim üçün mənə heç bir problem yoxdur. Avrokuboklarda bütün oyunlar vacibdir. Mərhələ keçmək üçün çalışacağıq.

- Əsas hücumçunuz Karapetyan Qəbələyə gəlməyib. O da gəlməməyinin səbəbini türk futbolçunuz Mətinlə əlaqələndirib. Mətin ona nə deyib?

Bu sualı Lüksemburq təmsilçisinin idman direktoru Tomas Jiljeman cavablandırıb.

- Bu çox həssas mövzudur. Ona görə də özüm cavab vermək istəyirəm. Sizə, azarkeşlərə hörmət əlaməti olaraq ötən mövsüm 59 qol vuran erməni futbolçumuzu bura gətirmədik. Bu sırf hörmət və feir-pleylə bağlı məsələdir.

- Ötən il "Reyncers”i mübarizədən kənarlaşdırmışdınız. Şotlandiya klubu ilə "Qəbələ” arasında nə fərq var? Hansı daha çətin rəqibdir?
- "Reyncers” daha məşhur komanda ola bilər. Amma biz bura mərhələ adlamaq üçün gəlmişik. Bunun üçün nə lazımdırsa, edəcəyik.

- Özünüzə çox əminsiniz. "Proqres”in "Qəbələ”dən hansı üstünlükləri var?
- Biz özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq. "Qəbələ”nin necə komanda olduğunu da bilirik. Amma yenidən tarix yazmaq istəyiriksə, burada 18 döyüşçünün olması vacibdir. "Qəbələ”nin heyətində çox dəyişikliklər olub. Baş məşqçi və bir çox futbolçular komandadan gedib.

- Bu sizin şanslarınızı artırır?
- Hər rəqibə hörmətlə yanaşırıq. Baş məşqçi və bir neçə yaxşı oyunçularının getdiyini bilirik. Amma bununla belə icarədə olan oyunçularının komandaya dönməsini, bir yarımmüdafiəçi, bir yaxşı hücumçu aldıqlarını da bilirik. Onlar favoritdir. Lakin bizim də şansımız var. 24 saatlıq yolu rəqibi izləməyə görə gəlməmişik. (Report)


 
tarix: 11-07-2018 20:40


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az