(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ruslan Abışov: “Sevilya” ilə qarşılaşmaq istəyirik”

Ruslan Abışov: “Sevilya” ilə qarşılaşmaq istəyirik”

“Neftçi”nin kapitanı Ruslan Abışov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstan "Uypeşt”inə qarşı iyulun 12-də Bakıda keçirəcəkləri ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Müəyyən aradan sora ilk oyunumuzu oynayacağıq. Həyəcan var. Yeni baş məşqçimiz var, təzə oyunçular gəlib. "Neftçi” azarkeşləri bizdən daha yaxşı oyun gözləyəcəklər. Yaxşı hazırlıq keçmişik. Zədəli oyunçumuz yoxdur. Meydana kim çıxsa, var gücü ilə kömək edəcək. Rəqibimizin Macarıstanın ən köklü klublarından biri olmasına baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu bu rəqibi keçib, "Sevilya” kimi komandaya qarşı oynamaq istəyər.

- Komandanız yeni taktiki sxemdə oynayacaq. 4-3-3 düzülüşünə öyrəşə bilmisiniz?
- Sxem formal xarakter daşıyır. Əsas odur ki, komanda olaraq düzgün müdafiə olunub, yaxşı hücum quraq. Taktiki sxemin o qədər də yoxdur. Hər bir futbolçu 90 dəqiqə ərzində komandaya kömək etsə, heç bir problem olmayacaq.

- Rəqibin üstünlüyü və əsas mənfi halları hansıdır?
- Baş məşqçi ilə danışmışıq, təhlilər gedib. Ancaq sirr olaraq qalsa, yaxşıdır. Bildiyim qədərilə danışdıqlarımız Macarıstan mətbuatında da çıxacaq. 

- "Uypeşt”i keçsəniz, "Sevilya” ilə qarşılaşacaqsınız. Bu sizin motivasiyanızı azaltmır ki?
- İlk oyunlar həmişə çətin olur. İstəyirik ki, sabahkı oyunda yaxşı komanda olduğumuzu göstərib, yaxşı oyun göstərək. Qismət olacaqsa, "Sevilya”ya qarşı oynayarıq. Bu, hər bir futbolçunun karyerasında mühüm hadisə olar.

- Oyuna proqnozunuz?
- Demək çətindir. Amma yaxşı nəticə qazanmaq istəyirik. Sabah qol vurmaq istəyərdim. Fərqlənsəm, qələbə ilə birlikdə ikiqat sevinc olar. (Sportnet)


 
tarix: 11-07-2018 20:45


 
Xəbər lenti
26.09.2018

02:12   “Atletiko”dan darmadağın

01:25   “Monako” evdə uduzdu

01:00   “İnter” “Fiorentina”nı məğlub yola saldı

00:39   “Bavariya"dan ilk xal itkisi

00:02   Dadaşovdan het-trik

25.09.2018

23:42  “Neftçi” “Səbail”lə oyuna hazırlığı davam etdirir

22:36  “Qarabağ”la “Zirə”nin 13-cü dueli

19:23  Müəmmalı transferin təfərrüatı

18:36  Birinci Divizionda 5-ci turun hakim təyinatları

18:11  Yığmamızdan Moldova ilə heç-heçə

17:40  Bordinlə Qurbanov irəlilədi

16:54  “Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

16:41  “Qarabağ”da 2 yubiley

16:15  “Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

16:03  Yığmamızın oyunlarının başlama vaxtı açıqlandı

15:41  “Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

15:27  “Neftçi”: 8 ildən sonra ilk dəfə

14:38  “Qarabağ”ın rəqibi erməni futbolçusunu da itirdi

14:12  Qriqorçuk “Astana” ilə yollarını ayırıb?

13:38  “Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

13:20  Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

13:09  “Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

12:56  Messi Ronaldoya səs verib

12:46  “Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı

12:29  Abasovla Bordinə 1, “Sumqayıt”ın məşqçisinə 10 oyunluq cəza

11:54  Utkin Şeydayevin hərəkətini axmaqlıq sayır

11:00  “eTopaz”da günün canlı oyunları

10:44  Kamran Ağayev qaliblərə inanmırmış

10:30  Super Liqa klubunda yeni baş məşqçi

10:15  Elədi, “Gedin, sabah gələrsiz”!

10:00  “TOPAZ”DA BU GÜN

09:30  “Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

09:00  Qurban Qurbanov isminin 6 halı

01:14  FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12  İstanbul derbisində hərəyə 1 qol, 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az