(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Uypeşt”in 2 futbolçusu Bakıya buraxılmadı

“Uypeşt”in 2 futbolçusu Bakıya buraxılmadı

“Neftçi” ilə keçirəcəyi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn Macarıstanın “Uypeşt” klubunun 2 futbolçusu problemlə üzləşib. 

Futbolinfo.az xəbər verir ki, komandanın malili yarımmüdafiəçisi Diallo Alassan və nigeriyalı hücumçusu Obinna Emmanuel Nvobodoya Bakı Hava Limanında viza verilməyib. Bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcəklər. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. 

Bundan başqa "Uypeşt"i çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Bu səbəbdən, Budapeştdən yerli vaxtla saat 9:30-da yola çıxan heyət Heydər Əliyev hava limanına saat 18:40-da çatıb. "Uypeşt" aeroport yaxınlığındakı "Şeraton Baku" otelində məskunlaşıb. 

Bakıya gec çatdıqlarından, budapeştlilər "Dalğa Arena"da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub. 

Bütün çətinliklərə və yorğunluğa rəğmən, "Uypeşt"in futbolçusu Daniel Nad bugünkü qarşılaşmada daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib. O, Bakı barədə ilkin təəssüratlarının müsbət olduğunu da vurğulayıb: "Yol çox yorucu oldu, xeyli yol sərf etdik və yorulduq. Bununla belə, bütün çətinliklərin öhdəsindən gəlməliyik. Ən yaxşı formanı yığmaq üçün mümkün olan hər şeyi edəcəyik. İlkin təəssüratlarımız yaxşıdı. Bizi təmiz və gözəl ətraf mühit qarşıladı. Otel əladı. Elə bir yerdəyik ki, şərait bizə dincəlməyə və böyük günə hazırlaşmağa imkan verir". 

Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq (Report).


 
tarix: 12-07-2018 03:32


 
Xəbər lenti
24.01.2019

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az