(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Sənan Qurbanov: “Adımıza yaraşmayan futbol oynadıq”

Sənan Qurbanov: “Adımıza yaraşmayan futbol oynadıq”

“Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuna evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis öncə matçı şərh edib:

- İlk öncə azarkeşlərimizdən üzr istəyirəm - həm öz adımdan, həm də komandam. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır siqnal oldu. Düzəlməyən bir şey yoxdur, komanda şəklində bu yükün altından çıxa biləcəyik.

- Səfərdə necə taktika seçəcəksiniz?
- Evimizdə 2 top vurublarsa, biz də bunu etməliyik. İndi isti-isti taktika haqda bir şey deyə bilmərəm. İntizamlı futbol oynamaq şərtilə qol və ya qollar vurmaqla çalışacağıq.

- Bu gün "Qəbələ" ağır təsir bağışladı, temp yox idi. Komandanız sanki qorxaq oynadı. Meydan sahibi kimi irəli getmədiniz...
- Rəqibin qapanacağını bilirdik. Oyunçularımıza sürətli futbol tapşırmışdım. Bu, hər zaman alınmır. Bəli, bu gün meydanda sürət yox idi. Futbolçularımız rahat top itkilərinə yol verdilər.

- İlk 45 dəqiqədə rəqibin necə oynadığını gördünüz. Fasilədə dərhal niyə oyununuzda dəyişikliklər, əvəzləmələr etmədiniz?
- Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orda top almalı idik. Sonradan məcburən cinahlardan hücum qurmağa çalışdıq. Təmkin Xəlilzadə oyuna pis girmədi.

- Yeni transferlərdən ümidlərinizi doğrultmayanlar oldumu?
- Onların potensiallarına bələdik və bunu görərək komandaya götürmüşük. Bilirdik ki, qısa müddətdə fontan olmayacaq. Top qəbulundakı səhvlərdən narazı qaldım. Bu, vaxt ərzində yoluna düşəcək.

- Raif Əliyev hücumda oynamalı idi. Onun bu qədər geri çəkilməyi yarımmüdafiənin zəif oynamağının nəticəsi idi, yoxsa belə tapşırıq vermişdiniz?
- Rauf tək hücumçumuz idi. Onun arxasında Asif Məmmədov idi, ikinci hücumçu kimi oynayırdı. Rauf geri çəkilmişdisə, digər ön xətdə oynayanlar o zonaya getməli idi. Videotəkrardan sonra hər şeyi analiz edəcəyik.

- İkinci hissədə sol cinahdan hücumlar gördük. Rəqib də bunu bildi. Buna uyğun taktikanız olmalı idi ki, oyunu çevirə biləsiniz...
- Hər bir rəqibin boş zonaları vardı və ordan hücumlar qurmaq istəyiridk. Sadə top itkiləri varsa, heç bir futboldan danışmaq olmaz. Bu zaman daha çox müdafiə olunmalısan. Rəqib bizim səhvlərdən qol vurdu. Bunlar isə elementar xətalar idi. İkinci oyunda daha yaxşı "Qəbələ" görə biləcəksiniz. Bunu indidən sizə söz verə bilərəm. (Report)


 
tarix: 12-07-2018 23:12


 
Xəbər lenti
19.02.2019

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az