(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Daha çox öz çatışmazlıqlarımız üzərində çalışmalıyıq”

Qurban Qurbanov: “Daha çox öz çatışmazlıqlarımız üzərində çalışmalıyıq”

“Qarabağ" klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutan "Qəbələ" – "Proqres" oyunun fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Öncə "Olimpiya” ilə oyun haqda danışmağınızı istərdik. Rəqib necə komanda idi?
-"Olimpiya” yaxşı komandadır. Demək olar, ilk mərhələdə qarşılaşdığımız ən güclü rəqibdir. Ümumiyyətlə, klub olaraq çox inkişaf edib. Oyun çox çətin idi. Minimal hesablı qələbə o demək deyil ki, cavab oyunu bizim üçün asan olacaq. Fərdi xarakterli yaxşı oyunçuları var. Komandanın özünəməxsus oyun üslubu var. Həmçinin, məşqçiləri yenidir və çox istəklidirlər.

Biz daha çox öz çatışmazlıqlarımız üzərində çalışmalıyıq. Bəzi problemlərimiz var. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar.

- Yeni transfer olunan oyunçular necə təsir bağışladı?
- Onların işgüzarlığından razıyam. Çox istəklidirlər, işlərinə peşəkar yanaşırlar. Amma oyun baxımından təkcə onlarda yox, bütün futbolçularda çatışmazlıqlar var. Tam adaptasiya olmaları üçün bir neçə oyuna ehtiyac var. Elə oyunçu var ki, fiziki hazırlığı tam qaydasında deyil. Buna baxmayaraq, mənim üçün ən önəmli olan futbolçuların peşəkarlığıdır ki, bu da onlarda var.

- "Qarabağ" Çempionlar Liqasına bir hücumçu ilə yollanıb. Mərhələni keçsəniz, hücumçu transferini sürətləndirəcəksiniz?
- Demək olar ki, ən çox axtardığımız oyunçu hücum mövqeyinədir. Buna çox vaxt sərf edirik. 3-4 variantımız oldu, demək olar ki, alınmışdı. Amma son anda razılıq əldə olunmadı. Bu gün yenə axtarışdayıq, variantlar var, danışıqlar aparırıq. Hücumçu transferini hər zaman açıqlaya bilərik.

- Variantlardan birinin də Yaponiyanın "Şaqan Tosu" klubundan ayrılan İborranın olduğu deyilir.
- Ola bilər. Bu variant da var.

- Klubların oyunu milli komandaya hazırlıq baxımından vacibdir. "Qəbələ"nin ilk hissədəki oyununu nəzərə alsaq, nə görə bildiniz?
- Hər iki komanda ehtiyatlı futbol sərgiləyir. Bu mənə tanışdır: dünən biz də ehtiyatlı oynayırdıq. Çünki ilk oyunda rəqibi daha yaxından tanımağa çalışırsan. Hiss olunur ki, oyunun intizamı qaydasındadır. Hava da çox istidir. Belə havada futbolçulardan maksimumu tələb etmək düzgün olmaz. Bugünkü oyun hələ heç nə demir. Hazırlıqdan 3-4 oyun sonra futbolçu tam idman formasını bərpa edir.

- Hansı kompenent oldu ki, məhz Qəbələyə gəlməyi üstün tutdunuz. Düzü, biz sizi uzun yoldan sonra Bakıda, "Neftçi”nin oyununda gözləyirdik.
- Bir neçə kompenent var. Rauf Əliyevi canlı izləmək istəyirdim. Bundan başqa, digər oyunçular var. Mənim üçün də hansı futbolçunun meydanda olacağı maraqlı idi. Həm də "Qəbələ”yə azarkeşlik etməyə gəlmişəm.

- Siz nizam-intizama önəm verən məşqçisiniz. Qara Qarayevin qırmızı vərəqə almasına münasibətiniz necədir?
- Hər iki sarı vərəqə adi oyun epziodu idi. İkinci sarı vərəqədən sonra xəbərdarlıq etdim. Hakim rəqibə qırmızı vərəqə verməsəydi, Qaranı da cəzalandırmayacaqdı.

- Sonuncu sualımız dünya çempionatı ilə bağlıdır: Fransa, yoxsa Xorvatiya?
- İmkan olsa, hər iki komandaya kubok verərdim. Ancaq bizə oyunu izləmək qalır. Hər iki komanda kuboku qazanmağa layiqdir. Amma düşünürəm ki, Xorvatiya çox istəklidir. Final çox maraqlı olacaq. (Report)


 
tarix: 12-07-2018 23:22


 
Xəbər lenti
19.02.2019

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az