(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Viqnyeviç: “Neftçi”nin yaxşı komanda olduğunu bilirdim”

Viqnyeviç: “Neftçi”nin yaxşı komanda olduğunu bilirdim”

“Neftçi"ni təbrik edirəm. Öz oyunçularıma bu şərtlərdə mübarizə apardıqları üçün təşəkkür edirəm. Oyundan əvvəl rəqib barədə məlumat toplamışdım və Avropa Liqasının qrup mərhələsində çıxış etdiklərini bilirdim".

Futbolinfo.az xəbər verir ki, bunu Macarıstanın "Uypeşt" komandasının baş məşqçisi Neboyşa Viqnyeviç UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Neftçi" ilə ilk matçdan sonra təşkil etdiyi mətbuat konfransında söyləyib.

50 yaşlı serbiyalı mütəxəssis "Dalğa Arena"da 1:3 hesablı məğlubiyyətin onlar üçün gözlənilməz olduğuni söyləyib: "Oyunun əvvəllərində hesabı açdıq və çox xoşbəxt idim. İnanırdım ki, qələbə qazanacağıq. Lakin bundan sonra "Neftçi" topa sahib olmağa başladı və onlara 3 qolu hədiyyə etdik. Buna görə çox təəssüf edirəm. Cavab görüşündə daha yaxşı nəticə qazancağımıza ümid edirəm. Bərabərlikdən sonra da rəqib topa sahib idi. Bu da bizə problem yaradırdı. Yenə deyirəm, rəqibin yaxşı komanda olduğunu bilirdim. Viza probleminə görə Bakıya buraxılmayan futbolçularımıza görə biz - rəhbərlik məsuliyyət daşıyırıq".

Baş məşqçi kiçik tutumlu təyyarə ilə Bakıya gələnə qədər iki dəfə yanacaq doldurmaq üçün eniş etməli olduqlarına və bu səbəbdən yubanaraq, məşq edə bilməməklərinə də toxunub: "Burada 5 ildi işləyirəm. Hər klub "Neftçi" kimi imkanlı deyil. Burda işlədiyim üçün qürur duyuram və hər şey məni qane edir. Bu, bizim problemdir və artıq geridə qaldı. Cavab matçında Bakıya gətirə bilmədiyimiz iki oyunçu da oynayacaq. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik.

Viqnyeviç "Neftçi"nin heyətində Rəhman Hacıyev, Namik Ələsgərov, Dario Frederiko və Baqali Dabonun oyununu qeyd edib: "Rəhman daha yüksək səviyyədə oynamağa layiqdir. Daboya özümüz şərait yaratdıq". (Report)


 
tarix: 12-07-2018 23:55


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az