(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bordin: “Hələlik məndən ilk matçdan yaxşı nəticə istəyiblər”

Bordin: “Hələlik məndən ilk matçdan yaxşı nəticə istəyiblər”

“Oyundan və nəticədən çox razıyıq. Futbolçularımız qoldan sonra özlərinə gələ bildilər. Ardıcıl fərqlənməklə oyunu çevirə bildik”.

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Macarıstan “Uypeşt”i üzərində 3:1 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransında deyib:

53 yaşlı italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- 3:1 hesablə qələbə növbəti mərhələyə neçə faiz zəmanət verir?
- Futbolda zəmanət olmur. Qələbəyə şad olsaq da, sabahdan cavab matçına hazırlaşacağıq.

- İlk 10 dəqiqədə komandanıza nə olmuşdu?
- Həmin müddətdə də hücum etdik. İlk qoldan əvvəl 2 fürsətimiz oldu. Əsas yekun nəticədir.

- Baqali Dabo komandanı hesabı önə keçirəndən sonra Karikarini meydana buraxmaq fikrindən daşındınız və Braliçi daxil etdiniz. Müdafiəni gücləndirmək istəyiniz nə ilə bağlıdır?
- Bu normaldır. Hesab 1:1 olanda Karikarini buraxmaq istəyirdim. Lakin önə keçdiyimizi görüb, müdafiəçi daxil etdim. Məqsəd müdafiə olunmaq və rəqibi əks-hücumlarda yaxalamaq idi. Bunu da bacardıq və 3-cü qolu vurduq.

- Qələbədən sonra əvvəlcə azarkeşlərin, sonra ailə üzvlərinizin yanına getdiniz. Qələbəni kimə həsr edərdiniz?
- İlk olaraq qolu öz komandamızla, azarkeşlərlə qeyd etdim. Sonra ailəmin yanında getdim. Bu, yersiz sualdır. Bütün futbolçularla birgə azarkeşlərin yanına getdim. Seçim qarşısında qoymaq düzgün deyil.

- "Neftçi"nin əvvəllər də problemli yeri mərkəz müdafiəçisi idi. İlk qolu da onların səhvindən buraxdıq. Bu problem nə zaman həllini tapacaq?
- Qapımıza doğru neçə zərbə gördünüz? Düzdür, qol zamanı rəqibi tuta bilmədik. Rəqibin 7 - 8 qol şansı olsa, sizi başa düşərdim. Komanda şəklində yaxşı müdafiə olunduq. Bu gün gördük ki, arxa xəttə problemimiz yoxdur. Müdafiəçilərin çıxışından razıyam. Fiziki cəhətdən yaxşı durumdayıq. Rəhman Hacıyevi taktiki sxemi dəyişmək üçün əvəzlədim.

- Bugünkü "Neftçi" görmək istədiyiniz komandanızın neçə faizidir?
- Fikrimcə, yaxşı başladıq. Oyunçuların xarakterindən razı qaldım. Matçı lehimizə çevirdik. Qarşıda hələ inkişaf etmək üçün vaxt var. İndiki durumdan razıyam.

- Qarşınıza hansı hədəf qoyulub?
- Hələlik məndən ilk matçdan yaxşı nəticə istəyiblər. "Sevilya" barədə danışmamışıq.

- Səlahət Ağayevin müdafiəçinin ötürdüyü topu əlinə götürməsi peşəkarlığa sığmır. Bu barədə nə deyə bilərsiniz?
- Sabah onları zəncirləyəcəm (gülür). Biz qalib gəlmişik. Uduzmamışıq ki, böyük səhvlərdən danışaq. Bunu qeyri-peşəkarlıq yox, anlaşılmazlıq adlandırardım. Belə hallar olur. Xahiş edirəm, müsbət şeylərdən danışaq. Rəqibin iki oyunçusunun gəlməməsinin onlar üçün ciddi problem olduğunu düşünmürəm. Sabahdan qələbəni incələyəcəyik.

- Cavab matçından nə gözləyirsiniz?
- Çox çətin oyun olacaq. Azarkeşləri onları dəstəkləyəcəklər. Amma biz üstün durumdayıq. Çünki 3:1 hesabı ilə qalib gəlmişik. Azarkeşlərimiz bizimlədir. Onlara təşəkkür edirəm. (Report)


 
tarix: 13-07-2018 00:17


 
Xəbər lenti
21.11.2018

09:30   Braziliya, İtaliya və Fransaya 1 qol bəs etdi

09:00   Boş ümidlər, gözlənilən sonluq

02:54   Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

02:18   Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

01:57   Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

01:35   Millimiz Millətlər Liqası ilə bağlı ümidləri Kosovoda “basdırdı”

20.11.2018

20:50  Vüqar Məmməd: “Yekun istədiyimiz kimi oldu”

19:02  “Sumqayıt” “Zirə” ilə oyun üçün hazırlığa start verdi

18:55  Yığmamız Lixtenşteyni darmadağın edib, elit-raunda yüksəldi

17:56  Ruslan Abışov məşqlərə başladı

15:50  “Beşiktaş”ın futbolçusu sıradan çıxdı

15:31  Mərakeş avropalılarla bir yerdə?

15:25  “Azərbaycandan güclü idik”

14:59  PSJ-də ayrılıq

14:32  Çeferinin ideyası var

14:26  İbrahimoviç “Milan”a bir az da yaxınlaşdı

14:17  “Dembele ciddi olmalıdır”

14:07  Müller 100-ə çatdı

13:34  Mbappe və Asensio

13:22  “Topaz": Priştina, Qlazqo və Stokholmda final matçları

13:15  Millimizin pley-offdakı potensial rəqibi bilindi

13:10  UEFA-dan yeni siqnallar: “Səbail” də qumara qurşanıb?

12:46  "Neftçi" qvineyalını yola saldı

12:27  Yığmamıza qol vurdu, qələbəni şərh etdi

12:08  Gürcüstan – Avropanın 40-cı komandası

12:01  Almaniya - Hollandiya matçında 4 qol - VİDEO

11:44  Gürcüstan Qazaxıstanı da məğlub etdi - VİDEO

11:29  Birinci Divizionda 11-ci turun hakim təyinatları

11:19  Əliyar Ağayev Millətlər Liqasında oyun idarə etdi

11:00  “Bu oyunda 2:1 hesabı ilə qalib gələcəyik” – Kosovolu futbolçu proqnoz verdi

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  İslandiya Qətərlə “sülh bağladı”, Halldorsson...

09:30  Slavçevli Bolqarıstan da Millətlər Liqasında mübarizəni dayandırdı

09:00  Priştina gözləntisi

01:44  Hollandiya, Norveç və Makedoniya da növbəti mərhələdə!

00:01  Super Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az