(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kamran Quliyev: “Bu, futbolçuların bizə jestidi”

Kamran Quliyev: “Bu, futbolçuların bizə jestidi”

“Oyun xeyli isti hava şəraitində keçdi. Qapımızda erkən qol gördük. Lakin komandamız toparlana və qollarını sıralaya bildi. Hansısa futbolçunu qeyd etmək istəməzdim. Bütün komanda yaxşı oynadı. Biz sevinirik". 

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi" klubunun prezidenti Kamran Quliyev evdə Macarıstan "Uypeşt"ini 3:1 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərə müsahibəsində deyib. K.Quliyev digər sualları da cavablandırıb:
 
- Belə nəticəni gözləyirdiniz?
- Bəli, gözləyirdik. Yaxşı olardı ki, qapımızda qol görməyək. Amma hesab edirəm ki, bu, birinci addımdır. İkinci addımı bir həftə sonra Budapeştdə atmağa çalışacağıq. Macarıstan paytaxtında bizi daha çətin oyun gözləyəcək. Rəqib komandanın iki futbolçusu viza problemi ilə əlaqədar Bakıya gələ bilməmişdi. Onlar cavab görüşündə oynaya biləcəklər. Bizə qarşı daha istəkli və azarkeş dəstəyinə malik komanda çıxacaq. İnanmaq istərdik ki, öz oyunumuz sayəsində bu mərhələni keçə biləcəyik. 
 
- İsti hava şəraitinin "Neftçi"nin xeyrinə olduğunu düşünmürsünüz? 
- Fizioterapevt olsaydım, sizə daha dəqiqini deyərdim. Bizim komandada da xarici futbolçular var. Ola bilsin, onlar belə hava şəraitinə öyrəşməyiblər. Burada əsas üstünlüyümüz azarkeşlərimiz idi. 
 
- Sizcə, qələbədə əsas rolu kim oynadı? 
- Azarkeşlər! Belə deyək, havanın temperaturu 36 dərəcə idisə, azarkeşlər onu 45 dərəcə etdilər (gülür). Azakeşlərə, komandaya, klubumuzun bütün əməkdaşlarına və siz jurnalistlərə təşəkkürümü bildirirəm. Belə hava şəraitində bura gəlmisiniz, oyunumuzu işıqlandırırsınız. Buna çox sevinirəm. Bu gün tam bayram demək olmasa da, şad günümüzdür.
 
- Demək olarmı ki, "Neftçi" qayıtdı?
- Bunu 3-4 aydan sonra soruşarsınız, deyə bilərəm. Həmin vaxt məndən soruşmayacaqsınız, "Neftçi"nin qayıdıb-qayıtmadığını özünüz görəcəksiniz. Amma inanmaq istərdim ki, biz düzgün yoldayıq. 
 
- Oyundan sonra klubunuzun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə birgə paltardəyişmə otağına daxil oldunuz və böyük səs-küy oldu. Komandaya mükafat verildimi? 
- Çingiz Abdullayev, Müşahidə Şurasının bütün üzvləri burada idi. Komandamız mükafat barədə çox danışmaq istəmədi. Futbolçular bizdən mükafatı mərhələ adlayacağımız təqdirdə istəyiblər. Bu, futbolçuların bizə jestidir. Komandanın necə oynayacağını heç kim bilmir. Amma kollektivdaxili ab-havanın belə olması bizim qazancımızdır. 
 
- Transferlər bitdi, yoxsa hələ davam edəcək?
- Baxarıq. Baş məşqçi, texniki heyətlə görüşümüz olacaq. Ondan sonra daha dəqiq nə isə deyə bilərik. Ola bilər ki, komandaya heç bir yeni futbolçu gəlməsin. Çünki hər mövqedə əvəzedici var. Baxarıq. 
 
- Yeni transferlərdən nə dərəcədə razı qaldınız?
- Qoran Paratski hələ 90 dəqiqə oynamağa hazır deyil. Amma sonadək mübarizə apardı. Onun həmyerlisi Slavko Braliç meydana daxil olduqdan sonra müdafiə xətti daha da keçilməz, möhkəm oldu. Dario Frederikonun çıxışını özünüz gördünüz, mən əlavə şərh etmək istəmirəm. Baqali Daboya isə sadəcə əhsən! Digərlərindən kimisə unutmuşamsa, inciməsinlər. Yeni oyunçular öz yerində, amma öz futbolçularımızın da bizə necə kömək etdiklərini gördünüz. Bacardığımız qədər ötən mövsümkü sütunu - Səlahət Ağayev, Ruslan Abışov, Anton Krivotsyuk, Emin Mahmudov, Rəhman Hacıyev, Namiq Ələsgərov və s.. Onların da qələbədə çox böyük payları var. (Sportnet)


 
tarix: 13-07-2018 00:48


 
Xəbər lenti
23.09.2018

19:55   “Keşlə” “Sumqayıt”a uduzur - YENİLƏNİR

19:29   Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00   “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36   Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11   Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24   Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15   Abasovun pis vərdişi

11:54   Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37   “Zirə” xala layiq olsa da...

11:27   Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az