(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Cırtdanlar”ın bayramı: “Neftçi” matəmə imkan vermədi

“Cırtdanlar”ın bayramı: “Neftçi” matəmə imkan vermədi

Nə “Neftçi” arxayınlaşsın, nə “Qəbələ” ümidini üzsün. Hələ heç nə bitməyib, heç nə həll olunmayıb. Bircə “Keşlə” ümidsiz görünür, möcüzə baş verməsə, başqa şeylər baş verəcək...
 
Ruhsuz komandanın aqibəti
“Qəbələ”nin məğlubiyyətini biabırçılıq saymaq olar. Oyun ərzində 3 ciddi hücum edib, 2 qol vuran “Proqres”i ev oyununda üstələməmək fiaskodu. “Reyncers”dən sitat gətrənlər, başqa bəhanə fikirləşənlər ola bilər, amma istənilən halda, Lüksemburq klubu keçilməlidi.
 
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundakı 0:2 məğlubiyyət Sənan Qurbanovun baş məşqçi kimi rəsmi debütünü korladı. Lakin bu oyunu təkcə çalışdırıcı yox, bütün komanda uduzdu. Dişsiz, solğun oynayan “qırmızı-qaralar” qapalı müdafiəni aça bilməyincə əks-hücumlarda cəzalandı.
 
“Qəbələ”nin problemi heyətlə bağlıdı. Heyətdə düz-əməlli legioner yoxdu, yerlilər isə ya veteranlar, ya da özünü sübut etməyən cavanlardı. Komandanın iştirak ərizəsinə baxanda da aydın olur ki, ciddi heyət çatışmazlığı var və rəhbərlik kluba diqqəti artırmasa, Premyer Liqada da qapazaltı kollektiv görəcəyik. Roman Qriqorçuk bu səbədən getdi, hətta onun qalması da heç nəyi dəyişməyəcəkdi.
 
Daha güclü əcnəbilərin alınmaması bir yana, Filip Ozobiç, Baqali Dabo kimi aparıcı oyunçuların saxlanmaması dünənki fiaskonun siqnalı idi. Bu, həmin oyunçulardı ki, biri “Qarabağ”da qələbə sevinci yaşadı, digəri “Neftçi”ni zəfərə daşıdı. Büdcə ciddi şəkildə azaldılıb və 5-10 minlik sıradan oyunçularla uğura ümid etmək ağılsızlıqdı. Düzdü, hətta indiki heyət də “Proqres”i keçməyə borcludu, lakin bu, reallaşsa da, davamı gəlməyəcək.
 
“Qəbələ”nin səhvini düzəltmək şansı var. Rəqibin etdiyini Lüksemburqda bacarmaq lazımdı. Evdə daha açıq oynaması gözlənilən “Proqres”i yenmək mümkündü. Bunun üçün Sənan Qurbanov da çalışmalı, bəzi risklər etməlidi. Sürəti artırmaq, daha səliqəli oynamaq mümkün olsa, revanş çətin deyil.
 
Ötənmövsümkü heyətdən də zəif
“Keşlə” üçün bəlkə də hər şey bitib. “Qəbələ” kimi, bu komanda da “cırtdan” ölkə təmsilçisinə biabırçı hesabla uduzdu. 1:4 əvəzinin çıxılması çətin nəticə kimi görünür.
 
Əslində, bakılılar avrokubokla daha öncədən vidalaşıb. Komandanın hazırlığa gec başlaması, heç bir ciddi transfer etməməsi fiaskonun xəbərçisi idi. Klubun rəhbəri Zaur Axundov Azərbaycan daxilində hökm sahibi ola bilər, amma onun metodları Avropada keçmir. Avropa Liqasında uğur əldə etmək üçün işi düzgün qurmalısan.
 
Baş məşqçi Yuri Maksimovu qınaya bilməyəcəm. Ukraynalı ötən mövsüm sınıq-salxaq heyətlə titul qazandı. Hələ ötən il ona çoxlu vəd verilmiş, heç biri yerinə yetirilməmişdi. Amma çalışdırıcı minimumla maksimuma nail oldu. Avropada isə cırığa yamaq vurmaqla podiuma çıxmırlar.
 
Yəqin ki, Maksimov yenə heyətdən gileylənəcək, Axundovun onu aldatdığını dilə gətirəcək. Lakin bunlara dözmək onun da doğru əməl sahibi olmaması deməkdi. Vədlər reallaşmırsa, özünü biabır etmək yox, çıxıb getmək lazımdı.
 
Malta “Baltsan”ı ilə matçın start heyətinə baxanda bəlli olur i, Zaur bəy növbəti dəfə yalan danışıb, büdcəni artırmayıb. Heyətdə Azər Salahlıdan başqa heç bir yeni oyunçu yoxdu, əksinə, kuboku qazananlardan bir neçəsi ya yola salınıb, ya da zədə üzündən kənarda qalıb. Yaşı 40-a çatan Denis Silva, aradabir parlayan Vaqif Cavadov, ayağı top tutmayan Ebrima Sohna, ötən mövsümdə qola həsrət qalan hücumçu (!) Andre Klennon və digər sıradan oyunçularla avrokubokda qapazaltı olmağa məhkumsan. Hansısa menecerin sırıdığı Miloş Bosançiç ehtiyatda qalırsa, bu legionerin ümumiyyətlə, alınma səbəbi maraqlıdı. Pul yeməkdisə, onu mərhələ adlamaqla da, bacarmaq olardı. Bu, həm də büdcənin zənginləşməsi demək olardı.
 
Uğursuz start, əla finiş
Yaxşı ki, qara gecəni aydınladan klubumuz tapıldı. “Qarabağ” kimi “Neftçi” də mövsümə uğurlu start verdi. Baxmayaraq ki, hər şey çox pis başlamışdı.
 
Bakılıların müdafiə qurğusu möhkəm deyil. “Uypeşt” bunu ilk ciddi hücumundaca sübut etdi. Amma “Neftçi” tez ayıldı. “Qəbələ”dən daha çox maaş vermək hesabına “oğurlanan” Baqali Dabo həm özünün, həm də baş məşqçi Roberto Bordinin debütünü əlamətdar etdi. O, dubluna görə rəqib qapıçıya da minnətdar olmalıdı – birincidə topu Dabonun önünə qaytardı, ikincidə assisent Rəhman Hacıyevə “ötürmə verdi”.
 
“Neftçi” macarları adlasa, buna görə Emin Mahmudova minnətdar olacaq. Məhz bu oyunçunun son dəqiqələrdəki qolu ciddi üstünlük yaratdı. Bununla belə, arxayınlaşmaq olmaz. Nə “Proqres”, nə də “Baltsan” “Uypeşt”ə tay deyil. “Neftçi”nin rəqibi daha güclüdü və bakılıların ləng müdafiə xəttini tar-mar edə bilərlər. Bizimkilərin cavab oyunu üçün əsas silahı əks-hücumlar olacaq. Komanda ikinci nömrə kimi daha yaxşıdı və sürətli cinah oyunçuları təhlükə mənbəyidi.
 
Biri səfərdə olmaqla 2 qələbə və biri evdə olmaqla 2 məğlubiyyət – avrokubok mövsümü yaxşı başlamayıb. Qaliblərin yaxşı büdcəli komandalar olduğunu nəzərə alsaq, deməli, pul çox şey deməkdi.
 
FƏRİD

 
tarix: 13-07-2018 09:15


 
Xəbər lenti
20.09.2018

01:25   A Seriyasının təxirə salınmış oyununda heç-heçə

00:57   ÇL: “Real” qələbəylə, MS məğlubiyyətlə başladı

19.09.2018

23:56  “Qarabağ”la oyunda favorit olduğumuzu düşünmək düzgün olmaz”

22:32  Qurbanov: “Üstünlük onların tərəfindədi, çünki...”

20:16  “Qarabağ” - “Arsenal” matçı 50 manata!

19:54  Musayev vurnuxur, Məmmədov izləyir

19:11  Milli oyunçusundan tərbiyəsizlik: 0:7-yə görə…

17:55  Azərbaycan millisi ilk oyunda məğlub oldu

17:48  “Qarabağ”ı məğlub etmək istəyirik”

16:53  “Zirə” ilə “Neftçi”nin 13-cü dueli

16:14  Emin üçün 55 dəqiqə və 3 xal

15:29  “Arsenal”ın 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

14:35  “Çelsi”dən 5 illik imza

13:38  “Beşiktaş”ın hücumçusu rəsmən BƏƏ klubunda

13:16  “Qarabağ”ın Lissabon səfəri - VİDEO

12:56  Berluskoni İtaliyada klub aldı

12:38  “Yuventus”un futbolçusuna ağır cəza

12:03  Serezo üçün dərs

11:57  ÇL: İlk oyun günündə vurulan qollar - VİDEO

11:25  Azərbaycan millisi bu gün ilk oyununa çıxır

11:04  “eTopaz”da günün canlı oyunları

10:57  Vaqner meydan oxudu: “Qurban Qurbanovun casusu deyiləm”

10:49  Rafinyanın erkən qol arzusu

10:44  Morato üçün təhlükəli komanda

10:39  "Qarabağ"ın adı böyük olmasa da..." - "Sportinq"in yarımmüdafiəçisi

10:30  İker Kasilyas ÇL-də yeni rekorda imza atdı

10:00  “TOPAZ”DA BU GÜN

09:32  Messidən yeni rekord

00:57  ÇL: “Qalatasaray”dan darmadağın, “Liverpul”dan qələbə

00:26  PFL-dən müsabiqə

00:15  “Qarabağ"ın zədəlilərindən son xəbər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az