(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Yarım milyonluq transfer oyunu

Yarım milyonluq transfer oyunu

Cavid İmamverdiyevin qəflətən “Sabah”da peyda olması aydın səmada şimşək effekti verdi. Görəsən, nə oldu ki, “Qarabağ”ın razı sala bilmədiyi “Sumqayıt” birdən-birə liderini debütanta buraxmağa razılaşdı.
 
Futbolinfo.az bu transferlə bağlı ilginc məlumatlar alıb. Sən demə, Cavidin transferindən bir qrup şəxs əməlli-başlı irəli düşüb. Bu səbəbdən satan da razıdı, alan da. Amma “satan və alan” deyərkən klublardan danışmayacağıq. Müəyyən adamların şəxsi maraqları daha önəmli olub.
 
Mənbəmizə inansaq, “Sabah” bu transfer üçün 500 min manatından keçib. “Qarabağ”ın 100 min təklif etdiyini, futbolçu ilə birillik müqaviləsi qalan “Sumqayıt”ın bunun ikiqatını tələb etməsini nəzərə alsaq, indi bu rəqəm adamı şoka salır. Əcəba, niyə?
 
“Sabah”ın büdcəsindən çıxan bu pulun “Sumqayıt”a hansı formada çatdığını bilmirik. Ancaq deyilənə görə, debütantın sponsorları bu transferin perspektivinə inandırılıb. Guya ki, bu oyunçunu almaq lazımdı ki, sonradan onu 4-5 milyona satmaq olsun. İmamverdiyevin adının Rusiya klubları ilə yanaşı hallandırılması, sonradan bunun boş şaiyə olmasının üzə çıxması təsadüf deyilmiş. “Sabah”ın himayədarlarını inandırmağa çalışıblar ki, bu futbolçunu mütləq almaq lazımdı – onu yüksək qiymətə satmaq olacaq. Menecer dəstəsi mətbuata yalan informasiya ötürərək Cavidi dəyərli biri kimi reklam edib.
 
Cavidlə üçillik müqavilə imzalanması da bu məqsədlədi. Yəqin razılaşarsız ki, hansısa azərbaycanlı ilə bu qədər uzunmüddətli müqavilə təsadüfi hallarda reallaşır. Deməli, “Sabah” rəhbərliyinin başına ağıl qoyan menecerlər məhz bunu düşünüb. Ancaq onu deməyiblər ki, xarici klublara gedən həmyerlilərimiz adətən sərbəst futbolçu olduğu halda transferləri reallaşır. Heç kim bizimkilər üçün transfer haqqı ödəmir. “Sabah” rəhbərliyi bunu başa düşəndə gec olacaq.
 
“Sabah”ın büdcəsindən yarım milyon çıxıb, ancaq onun hansı hissəsinin “Sumqayıt”ın hesabına köçdüyü bəlli deyil. Çünki ortada vasitəçilər var və onlar məbləği bu qədər şişirdiblər ki, öz cibləri də dolsun.
 
Cavidin meneceri “3R Sports Management”in sahibi Riad Rəfiyevdi. Bu möhtərəm həm də “Sumqayıt”ın prezidentidi. Qalanını, yəni, transfer əməliyyatının təfərrüatını özünüz düşünün. Bu məbləğin ən azı yarısının Rəfiyev və onun “Sabah”dakı şərikləri arasında bölüşdürülmədiyini kimsə sübut edə bilməz. Çünki sübut etmək üçün rəsmi sənədləri açıqlamaq lazımdı.
 
Bu məbləğ təkcə transfer haqqıdı. Cavidin özünə də 15 min manat maaş veriləcək. İmamverdiyevin qaça-qaça “Sabah”a getməsinin də səbəbi budur.
 
“Sabah”ın büdcəsindən əridilən puldan maraqlı olan bütün tərəflərə pay çatıb. Ona görə də hamı razıdı. Debütantın himayədarları isə Cavidin real qiymətindən və bu transferdəki riskdən xəbərsizdi. İmamverdiyev bu qədər səviyyəli biri idisə, yerli oyunçu üçün qapı-qapı gəzən “Qarabağ”, “Qəbələ” və “Neftçi” onu əldən buraxardımı?
 
Gördüyünüz kimi, üçillik müqavilə yarım milyonun izini itirmək üçün imzalanıb. Amma bundan “Sabah” yox, bir qrup adam qazanacaq. Ümid edirik, debütantın sponsorları ən azı araşdırmağa gərək duyacaq.
 
CAVAD

 
tarix: 13-07-2018 15:47


 
Xəbər lenti
25.03.2019

11:41   "Bütün rəqiblər bizə qarşı 200 faiz güc qoyur"

11:30   Xorvatiya Macarıstana belə uduzdu - VİDEO

11:24   Şmeyxellə Kompani

11:00   Almaniyanın Hollandiya zəfəri - VİDEO

10:30   Uels Slovakiyanı tək qolla yendi - VİDEO

10:21   “Azərbaycanı məğlub etməsək...”

10:14   Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

10:00   Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

09:44   Türkiyə Moldovaya, Fransa İslandiyaya qarşı - YENİLƏNİR

09:37   İsrail – Avstriya matçında 6 qol - VİDEO

09:30   Rusiyadan Qazaxıstana 4 cavabsız qol - VİDEO

09:15   Qana yığmasının hücumçusu "Sabah"da

09:00   Azərbaycan Litva ilə üz-üzə - YENİLƏNİR

02:31   Əliyar Ağayevin oyununda 2 qol, 5 “sarı” - VİDEO

01:50   Hollandiya Almaniyaya, Xorvatiya Macarıstana uduzdu

24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az