(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Çempiona 38 milyon dollarlıq mükafat

Çempiona 38 milyon dollarlıq mükafat

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının finalında Xorvatiyaya qalib gəlməklə tarixində ikinci dəfə dünya çempionu adını qazanmış Fransa millisinin qazanacağı mükafatın məbləği açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, FİFA Fransa Futbol Federasiyasına 38 milyon dollar mükafat ayıracaq.

Qeyd edək ki, DÇ-2018-in ümumi mükafat fondu 400 milyon dollar idi. FİFA mükafat bölgüsünü hələ 2017-ci ilin oktyabr ayında açıqlamışdı. Məhz həmin bölgüyə əsasən finalda Fransaya 2:4 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənən Xorvatiya yığmasına 28 milyon dollar ayrılacaq. 3-cü yeri tutan Belçika yığması 24 milyon, 4-cü olan İngiltərə millisi isə 22 milyon dollar gəlir əldə edəcək.

Mübarizəni 1/4 finalda dayandıran Rusiya, İsveç, Braziliya və Uruqvay yığmaları hərəyə 16 milyon dollar mükafat əldə edəcəklər.

1/8 finalda uduzan kollektivlər (İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya, Yaponiya) hərəyə 12 milyon, qrup mərhələsinin hər bir iştirakçısı isə 8 milyon dollar irəli düşəcəklər.


 
tarix: 16-07-2018 12:19


 
Xəbər lenti
12.11.2019

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az