(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

“Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

“Keşlə”də cizgi filminin növbəti seriyası çəkilir. Personajlar həminkilərdi...
 
Gülməli vəziyyətdi, məsul şəxslər danışdıqca özlərini ifşa edir, qanunsuz hərəkərlərini gün işığına çıxarırlar. Bəlli olur ki, əksər klublarımızda olduğu kimi, “Keşlə”də də idarəetmə adında bir şey yoxdu. Müşahidə Şurası da bir nəfərdi, prezident də, kəsəsi, hökumət də.
 
Üzrlü hesab edin – hərdən “Keşlə”dən danışarkən çaşıb “klub” sözünü işlədirəm. Amma AFFA-nın baş katibi Elxan Məmmədovun təbirincə desək, “Keşlə” klubdan çox komandaya bənzəyir. Təkhakimiyyətlilik, bir nəfərin cibinəbaxma, feodal ənənələri və s.
 
Baş məşqçi Yuri Maksimovun növbəti, lakin bu dəfə qəbul olunan istefasından sonra ara qarışıb, məzhəb itib. Malta “Baltsan”ı ilə revanş matçı ərəfəsində oyun unudulub, daxili müharibə gedir. Hamı özünü təmizə çıxarmağa, 1:4-ü başqasının boynuna yıxmağa çalışır.
 
İstefa reallaşan kimi Maksimovun verdiyi açıqlama qığılcım idi. Cavab atəşi bu gün şura sədri Zaur Axundovdan gəldi.
* Necə olur ki, ortaq məxrəcə gəlirik, komandayla təlim-məşq toplanışı keçir, Maltada oyuna çıxarır və sonra deyir şərtlər qane etmir?! Yaxud deyir ki, müqaviləm yox idi. Bakıya gəldi və 1-2 gün sonra Türkiyəyə yollandılar. Ordan da Maltaya. Mümkündürmü ki, onu aldadıb müqavilə imzalamayaydıq?
* Nə heyətə, nə taktikaya, nə hazırlıq prosesinə klub rəhbəri olaraq müdaxilə etməmişəm. Ancaq sən Malta klubuna səfərdə 1:4 məğlub olursansa, mənim haqqımdı ki, bunun səbəblərini soruşum, hesabat tələb edim. Sən nə özünü, nə də məni təmsil edirsən. Sən Azərbaycanı təmsil edirsən və nəticəyə görə məsuliyyət daşıyırsan. Hesab 1:3, 1:4 olduqdan sonra məşqçi oyuna müdaxilə etmir, dönüş yaratmaq üçün heç bir əvəzetməyə əl atmırsa, mən onun işindən necə razı qala bilərəm?
* Bəli, məğlubiyyətdən sonra Maksimovla görüşdüm, hesabdan narazı qaldığımı bildirdim. O da doğrudu ki, mənə müqaviləni misal çəkdi. Dedim ki, imzalanmış müqavilən seyfdədi. Ancaq mənə maraqlıdı, 1:4-ün buna nə dəxli var? Pablo Podionu gözümçıxdıya saldı ki, bu futbolçunu təyinatımdan əvvəl gətirmişdiniz, yola saldıq. Yaxşı, Herve Tçamini kim gətirmişdi? Özü bəyənib, istəyib, biz də almışıq. İndi atıb ehtiyata, üzünə də baxmaq istəmir. Amil Yunanov ötən mövsüm çempionatımızda ən çox qol vuran futbolçulardan biri oldu. Əbəs yerə deyil ki, Qurban Qurbanov onu milli komandaya cəlb etməyə başladı. Onu da biz öz kefimizlə almamışıq. Təklif etdik, bəyəndi və transfer olunmasını istədi. İndi deyir Amil hazır deyil. Yaxşı, bəs, komandanı təlim-məşq toplanışına niyə aparmışdın? Futbolçunu kim hazırlamalı idi? Bu, məşqçinin işidi də!
* O, nə danışır mənə maraqlı deyil. Komanda 1:4 məğlub olubsa, bunun hesabatını tələb etmək mənim hüququmdu. Bəli, Maltadan əlverişli nəticəylə dönsəydik, ayrılıq olmaycaqdı.
* Finaldan 20 gün əvvələ qayıtmaq istəyirəm. Bunu heç yerdə deməmişdim. Komandayla iclas keçirirdim. Qalxdı ayağa ki, gedirəm, mən burda qala bilmərəm. Otağımı tərk etdi. Artıq planlarımızı Maksimovsuz qururduq. Lakin 1 saat sonra otağıma girib üzr istədi. Dedi ki, arada özümdə olmuram, nə etdiyimi bilmirəm. Əlbəttə, hələ onda bağışlamaya bilərdim. Lakin qarşıdan final matçı gəlirdi, istəmədim ki, daxili ab-hava pozulsun. Həmin dövr üçün düzgün qərar verdiyimi düşünürəm. Ancaq mövsüm başa çatdıqdan sonra... Bəli, etiraf edirəm ki, Maksimovu saxladığıma görə peşmanam.
 
Buna cavab olaraq, Maksimov geniş müsahibə verdi.
* Klubda vəziyyət dözülməz idi. İlkin razılıq əldə olunsa da, müqavilə hələ imzalanmamışdı. Halbuki bunu vaxtında etmək lazım idi. Hətta təlim-məşq toplanışına da müqavilə bağlamamış getdik. Görünür, Avroliqa oyununu gözləyirlərmiş. “Baltsan”la oyundan sonra Zaur Axundovdan müqavilə barədə soruşdum. Qarşıma şərt qoymağa başladılar. Mənə dedilər ki, Vaqif Cavadovla Fuad Bayramovu qovsan, müqavilə bağlayacağıq. Mən isə dərhal komandanı bir araya yığıb iclas keçirdim və vəziyyəti onlara izah etdim. Həmin futbolçulara isə bildirdim ki, mən sizi komandadan göndərmək istəmirəm. Ona görə də özüm “Keşlə”dən getməklə bağlı qərar verdim.
* Niyə belə olduğunu özüm də bilmirəm. Hər şey hazır idi, bütün şərtlərdə razılığa gəlmişdik. Hətta mənim başqa təklifim var idi. Öz ölkəmin iddialı komandalarının birindən dəvət almışdım. Bütün sənədlərimi yığdım ki, məni saxlamasalar, gedəcəyəm. Hələ Bakıda toplanış vaxtı bu barədə soruşdum. Bildirdim ki, Türkiyəyə gedəcəyik və mənimlə hələ müqavilə imzalanmayıb. Dedi ki, narahat olma, gedənə kimi hər şey həllini tapacaq. Türkiyəyə toplanışa getdik, yenə sözləşmə yoxdur. İkinci dəfə klubun idman direktoru Rəmiş Malıyevə yaxınlaşdım. Soruşdum ki, müqavilə məsələsi nə yerdə qaldı? Avropa Liqasında oyuna çıxacağıq, ortada heç nə yoxdur. Zaur Axundova zəng vurdu, o isə dedi ki, qoy, birinci oyunu keçirək, həll edərik. Gördüm ki, vəziyyət pisdir, bildirdim ki, komandanı məşqə çıxarmıram. Ümumiyyətlə, bu şərtlərlə işləyə bilmərəm. Bu vaxt Rəmiş Malıyev ikinci dəfə Zaur Axundova zəng vurub danışdı. Sonra isə mənə zəng edib dedi ki, biz belə bir qərar qəbul etdik. Müqavilə bağlamaq istəyirsənsə, Vaqif Cavadovla Fuad Bayramovu komandadan göndər. Soruşdum ki, nə qədər vaxtım var. Dedilər ki, axşama kimi. Komanda ilə danışdım, dedim ki, mənimlə bu şərtlə müqavilə bağlamaq istəyirlər.
* Onlar qarşıma belə bir şərt qoyanda düşündüm ki, əsas heyətin 2 aparıcı üzvünü komandadan necə qova bilərəm? Mənə dedilər ki, biz səni istefaya göndərsək, idman prinsiplərinə zidd hərəkət etmiş olacağıq. Yaxşısı budur, özün çıx de ki, istefa vermişəm. Beləcə qərar qəbul etdim və komandadan ayrıldım.
* Nəyə görə 2 aparıcı futbolçunu komandadan qovmalıyam? Mən belə münasibətə layiq deyildim. Sizə bir məsələni dəqiq deyim, “Keşlə”yə baş məşqçi lazım deyil, çünki orada bu işi görən biri var. Yəqin, kimi nəzərdə tutduğumu başa düşdünüz.
* Mən “Keşlə”də qalıb işləmək istəyirdim. Amma sonradan qarşıma şərt qoymaları xoşuma gəlmədi. Mən nəticəyə birbaşa cavabdeh olan şəxsəm. Ona görə də aparıcı futbolçuları komandadan göndərə bilmərəm.
* Ukraynadan komandaya heç bir futbolçu gətirməmişəm. Bu işlərlə Zaur İsmayılov məşğul olurdu. Futbolçuları göstərirdilər, mən də sistemə uyğun gəlib-gəlmədiyini deyirdim. Bütün transferlər bu cür olub. Transfer məsələsində heç kimi aldatmamışam. Zəif futbolçular təklif olunub, amma götürməmişəm. Əgər həmin legionerlər azərbaycanlı uşaqlardan zəifdirlərsə, rəqabət olmayacaqsa, niyə almalıyam?
 
Bir evdə 6 ay yaşamış 2 kişinin, söz sahibinin sözləridi. Ən azı birinin yalan danışdığı dəqiqdi. İndiyədək Axundovdan belə hərəkətlər görmüşük, bu dəfə Maksimov da özünü yandırıb. Onun xüsusilə 2 futbolçu ilə bağlı dedikləri cəfəngiyyatdı. Cavadovu deyə bilmərəm, Bayramov klubda ən çox sevilən oyunçulardandı. Hətta rəhbərlik “Sabah”ın və başqa 2 klubun real təklifini geri çevirərək, Fuadı heyətdə saxlayıb. Məşhur danışılmış oyunlar olayında günahkarların cəzalanması üçün vacib məlumatlar verəndən sonra bu yarımmüdafiəçi rəhbərliyin sevimlisi olub.
 
Əlqərəz, qeybətə baş qoşmayaq, onsuz da ikisindən ən azı biri yalan danışır. Zaman özü həqiqəti üzə çıxaracaq və kimin maska taxdığına əmin olacağıq. Diqqətimizi çəkən fakt isə başqadı.
 
Həm Axundovun, həm də Maksimovun açıqlamasından bəlli olur ki, tərəflər arasında rəsmi müqavilə olmayıb. Zaur bəy hazır anlaşmanı seyfdə saxlayıb, amma məşqçi ona imza atmayıb. İmza atılmayıbsa, deməli, rəsmiləşməyib. Zatən imza olsaydı, Maksimov belə gedə bilməzdi, indi kompensasiya məsələsi gündəmə gələrdi. Deməli, ukraynalı Avropa Liqasının ilk matçına müqaviləsiz çıxıb.
 
Dəqiqi odur ki, Maksimovun müqaviləsi hələ ötən ay bitib və o, sonrakı müddəti “kişi sözü” ilə işləyib. Şifahi razılaşma olub və rəsmiləşmə üçün Bakıya dönüş gözlənilib. Lakin 1:4-dən sonra münasibətlər kəskinləşib və müqavilə seyfdə qalıb.
 
Özləri bilər, mənim üçün maraqlı olan “Keşlə”nin avrokubok üçün iştirak ərizəsinin necə təsdiq edilməsidi. AFFA hansı əsasla müqaviləsiz Maksimovun adının baş məşqçi kimi göndərilməsinə göz yumub? Assosiasiyadan və klubdan rəsmi cavab gözləyirik…
 
Bu, həm də lisenziya tələblərinin pozulmasıdı və buna baş katib Elxan Məmmədov göz yumub. Ola bilsin, iştirak ərizəsi saxta müqavilə ilə təsdiqlənib və UEFA aldadılıb. Məsələyə uzun illər AFFA-nın hüquqşünası kimi çalışan, indi də baş məsləhətçi kimi qurumdan “paket” alan “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev aydınlıq gətirsəydi, məmnun olardıq.
 
Əslində, Rəmiş bəyin hansı savada malik olduğunu hələ ötən yay görmüşdük. Rauf Əliyevlə bağlı olayda Axundovu da çətin vəziyyətə salan bu hüquqşünas sonda klubun futbolçuya uduzmasına şahidlik etmişdi. Hətta müqavilə mətninin mətbuata çıxarılmasına görə ağası olan baş katib onun qulaqlarını da çəkmişdi. İndi də bu olayda Malıyev qanunsuzluğa əl atıb və Məmmədovu da suçuna şərik edib.
 
Maksimov getdi, göndərildi, küsdü – bu, artıq önəmli deyil. Məsələ klub idarəçiliyindəki özbaşınalıqdadı və qabartdığımız problemə tərəflərin aydınlıq gətirməsini istəyirik. Əks halda, UEFA-ya göndərdiyimiz rəsmi sorğuya cavab alanadək səbr etməli olacağıq. Görək, qitə futbol qurumuna göndərilən iştirak ərizəsinə Maksimovun adı hansı əsasla salınıb?
 
Əlvida, Maksimov! Salam, Malıyev!
 
FƏRİD

 
tarix: 18-07-2018 09:00


 
Xəbər lenti
19.08.2018

15:29   Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35   “Qalatasaray”dan daha bir transfer

14:09   Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31   UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19   Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01   Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31   Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00   Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31   Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Paşayevin klubundan ilk məğlubiyyət

09:00   “Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az