(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”ni dünənində kölgələnənlər

“Neftçi”ni dünənində kölgələnənlər

Denis Silva, Saşa Stamenkoviç, Bahodir Nasimov, Erik Ramos... 5-6 il öncənin “Neftçi”si yadınıza düşdü, deyilmi? O vaxt çempionluqları sıralayan, Avropa kuboklarında qrupa düşmək cığırını açan möhtəşəm heyətin üzvlərindən danışırıq.
 
Denis ovaxtdan Bakıda qalıb, “İnter”i (indiki “Keşlə”) çiynində daşıyanlardandı, Bahodir də bugünlərdə qayıdıb. O yandan da “Sabah” dünənə möhtacdı – Saşa çoxdan düşərgədədi, Erik də təyyarədən təzə düşüb. Ötən illərdə Nikolas Kanalesi də “Neftçi”yə qaytarmışdılar.
 
Flavinyo və Bruno Bertuççi karyerasını bitirib, amma Karlos Kardozo, Julius Vobay və başqalarını axtarıb tapmaq olar. Ovaxtkı “Neftçi”nin üzvü Cavid İmamverdiyev üçün yarım milyon xərcləyən “Sabah” bu oyunçuları da gətirsə, təəccüblənmərik.
 
Təsadüf deyil, klubların tapşırıldığı səriştəsiz südəmərlər illərdi heç nə bacarmır, yumurtaları lax çıxır, ona görə sələflərinin izi ilə getməyə cəhd edirlər. Sınaqdan çıxmış, özünü sübut etmiş əcnəbilərə qucaq açırlar. 31, 32, 35 yaşında... Halbuki onların hamısı indi ayaq sürüməklə, müftə pul qazanmaqla məşğul olacaq. Zamanında əla idilər, indi isə solğun kölgələrində daldalanmaq istəyənlər var.
 
Bu, “Keşlə”nin, “Sabah”ın rəhbərliyinin bacarıqsızlığının nümunəsidi. “Neftçi”də dizi zədələnən Bahodir üçün futbol çoxdan bitib, amma indi onun topal ayağı da rəqabətsiz Premyer Liqa üçün dəyərlidi. Zaur Axundova Mahir Şükürovu, İqor Mitreskini də təklif etsən, indi harda olduqlarını soruşmadan “gəlsin” deyəcək. Çünki futbolda gördüyü bu adlar olub, imkanı olsa, Qurban Qurbanova da forma geyindirmək istəyər.
 
“Sabah” rəhbərliyi də həmçinin. “Neftçi” Avropa Liqasında qrupa düşəndə indi vəzifə sahibi olan bu uşaqlar gözünü döyüb, həsəd aparırdı. İndi özləri oyunçu seçməyi bacarmır, xatirələri canlandırırlar. Ya bu insanlar ağılsızdı, ya da çempionatımızın səviyyəsi həqiqətən veteranlar arasında dostluq matçları səviyyəsinə enib. Tahir Süleymanovu da çağırın, onların oyunlarını idarə etsin. Onların hamısını bu şəxs bir komandada birləşdirmişdi, dillərindən anlar. Bacarığından, təcrübəsindən faydalanmır, düşmən gözüylə baxırsız, heç olmasa, bu adla ayağına gedin.
 
Başqalarının illər öncə əkdiyi ağacların meyvəsini dərib, altında kölgələnməklə iş olmaz. Bir neçə ildən sonra sizdən hansı miras qalacaq?
 
CAVAD

 
tarix: 18-07-2018 10:21


 
Xəbər lenti
18.02.2019

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az