(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

Yığma komandamızın futbolçusu Dəniz Yılmaz çoxdandı məşqçilərin diqqətindən kənar qalıb. Dəvət aldığı zaman da ciddi nə iləsə yadda qalmayan milliləşdirilmiş futbolçu hazırda yeni mövsümə hazırlaşır. Türkiyə “Gənclərbirliyi”nin hücumçusu Qurban Qurbanovun onu heyətə salacağına ümid edir.
 
AFFA-nın 3 il danışıq apardığı, sonda pul qarşılığında razı saldığı futbolçu Robert Prosineçkinin vaxtında debüt etmişdi. Elə son olaraq da xorvat məşqçiylə dalaşdığından üstündən xətt çəkilib. Lakin o, dəvətə yenə ümid etdiyindən həmin münaqişəni gizlətməyə çalışır.
 
- AFFA-dan son zamanlar sizinlə maraqlanan kimsə var?
- Yox, heç kim mənimlə maraqlanmadı. Sonuncu dəfə millidən getdiyimdən bəri heç kim bir şey soruşmadı.
 
- Bəlkə, Robert Prosineçki ilə aranızda Almaniya oyun zamanı baş verən problem səbəb olub?
- O zaman aramızda heç bir ciddi problem olmamışdı. Yəni ortada heç nə yox idi. Bu barədə çox danışmaq da istəmirəm.
 
- Prosineçki ilə həmin matçdan sonra hər hansı danışıq oldumu?
- Heç vaxt danışmadıq. Nə o, mənimlə əlaqə saxladı, nə də mən onunla. Aramızda heç bir danışıq da olmadı.
 
- Qurban Qurbanov sənin matçlarına baxmaq üçün gəldi və yaxud səninlə əlaqə saxladı?
- Yox,  mənimlə maraqlanmadı. Heç bir matça gəldiyini xatırlamıram.
 
- Milli komandanın oyunlarını izləyirsən?
- Əlbəttə. Oyunlar olanda baxmağa çalışıram.
 
AĞA

 
tarix: 18-07-2018 12:26


 
Xəbər lenti
18.02.2019

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az