(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

“Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

“Sabah” pis başlayıb. Yeni mövsüm start götürməsə də, debutant indidən büdcəni xərcləyib qurtarır.
 
Cavid İmamverdiyevin transferinə xərclənən yarım milyon manatın araşdırılması bitməmiş indi də Saşa Stamenkoviç, Erik Ramos kimi veteranlara qucaq açıldığı bəlli olur. Heç kim də hesabat vermir: onlara nə gərək var? “Neftçi”nin sıxıb suyunu çıxardığı bu oyunçuların “istifadə müddəti” çoxdan bitib, əcəba, “Sabah” onlarda nə görüb?
 
Menecerlərin pul yemək həvəsi simvolik adı “Sabah” olan klubu dünənə göndərir. Və görünən odur ki, klub rəhbərliyindən də kimlərsə onlarla əlbirdi, kimdən necə qazanmaq lazım olduğunu yaxşı bilirlər. Adını “dəfələrlə “Neftçi”ni çempion edən futbolçular” qoyub, yaxşı pul siləcəklər. Heç kəs də onların hansı durumda olduğunu araşdırmayacaq. Çempionatın gedişində hər şey ifşa olunanda menecerlər pulunu çoxdan almış olacaq, onların klubdakı şərikləri də təcrübəsizliklərini bəhanə edib günahı vasitəçilərin üstünə atacaq.
 
Hələ klubun strukturu müəyyənləşməyib, idarəçilər bilinmir, hansısa sualımıza kimdən cavab alacağımızı bilmirik. Fürsətdən istifadə edənlər kimi gəldi baş məşqçi Elşad Əhmədova sırıyır. Yəqin onun da hansısa marağı var ki, klub strategiyasına, yəni SABAHa uyğun olmayanların transferinə razılıq verir.
 
Bu gün ortaya çıxan xəbər isə klubda idarəçiliyin baş-ayaq olduğunu sübut etdi. Futbolçu ilə müqavilə bağlanır, 2 həftə sonra həmin əcnəbi qovulur. Səbəb göstərilmir, açıqlama verilmir. Əcəba, niyə? Zədəliydisə, hazırlığı qane etmirdisə, niyə transfer edilirdi; hər şey qaydasındadısa, niyə yola salırsız?
 
Yosip Baliç müsahibəsində müəyyən məqamlara aydınlıq gətirib, amma klubda hamı lal olub. Yəqin günahkardılar. Elşad Əhmədovun tələbi ilə müqavilə pozulub, məşqçi səbəbi demir. Bəlkə də gözlərinin rəngi çox qara imiş, ya da saçlarının daranma tərzi “Sabah”a uyğun deyilmiş...
 
Xorvat yarımmüdafiəçi özünə haqq qazandırıb: “Baş məşqçi belə istədi. Əvvəlcə 2 illik müqaviləyə qol çəkdim. 2 həftədən sonra məşqçi məni istəmədi. Sonra xitam müqaviləsinə qol çəkdim. Baş məşqçi dedi ki, guya onun oyun üslubuna uyğun gəlmirəm. Əgər bəyənmirdilərsə, onda mənimlə niyə müqavilə bağlayırdılar? Amma mən buna inanmıram. Yəqin ki, başqa səbəbi var idi. Onun bu qərarını eşidən klub nümayəndələrinin hamısı şoka düşmüşdü. “Sabah” yaxşı klubdu, amma onun baş məşqçisi ikinci divizion səviyyəsindədi. O, nə məşqçi kimi, nə də insan kimi yaxşı biri deyil. Üstəlik, təcrübəsizdi. Heç komandadakı legionerlərlə də normal münasibət qura bilmir” (sportlife.az).
 
Maraqlıdı ki, klub futbolçuya kompensasiya da ödəyib. Xorvat yalnız bundan sonra müqaviləyə xitam verməyə razılaşıb.
 
Deməli, klubun pulu indidən dağıdılmağa başlayıb. Menecer qazanıb, futbolçu qazanıb, bəlkə məşqçi də qazanıb. Şəxsən məndə şübhə var ki, o, menecerlə futbolçunu götürüb, sonra yola salacağı ilə bağlı əvvəldən razılıq əldə edib, kompensasiyani da bölüşdürüb. Yoxsa qəfil vidanın səbəbi nə ola bilər ki?
 
Klub rəhbərliyi ağıllı adamlardısa, məşqçidən bu addımın səbəbini soruşmalı, həmin kompensasiyanı təkbaşına qərar verən Əhmədovun maaşından tutmalıdı. Elşad bəyin kefi belə istəyib deyə kluba niyə zərər dəysin ki?
 
Klubda idarəçiliyin həvalə edildiyi Maqsud Adıgözəlovun səriştəsiz, təcrübəsiz biri olduğunu deyərkən, elə bu məqamları əldə əsas tuturduq. Əhmədov kimi illərin “qurd”u, transfer oyunlarında saç ağartmış menecerlər üçün bu icraçı direktoru barmağa dolamaq adi haldı. Təəssüf ki, klubun sponsorları da “oyunlar”a seyrçi qalır.
 
Bildiyimizə görə, klubun sahibi Mikayıl Cabbarovdu, o isə idarəçiliyi xalası oğlu Balaş Qasımova tapşırıb. Balaş bəy yeni təyin olunduğu İTV-də çox məşğuldu və klubu uşaqlıq dostu Adıgözəlova həvalə edib. Bu cavan oğlanın hələ klub idarə edəcək səviyyədə biri olmadığını hər ötən gün sübut edir.
 
CAVAD

 
tarix: 18-07-2018 19:40


 
Xəbər lenti
20.08.2018

12:36   “Neftçi”nin 52 ay gözlədiyi seriya

12:20   “Sabah”ın ilk “faciə”si, “Sumqayıt” yüzü ötdü

12:06   İlk dubl, iki yubiley

11:44   Eminsiz “Kalmar”dan səfər qələbəsi

11:20   Frederiko: “Neftçi”də ilk qolumu vurduğuma görə çox şadam”

11:03   “Ayntraxt” Mahmudovsuz məğlub oldu

10:56   Nazirin gözü önündəki biabırçılıq

10:37   “eTopaz”da günün canlı oyunları

10:21   Quliyev 1, “Rostov” 4 qol vurdu

10:12   Əfranın dualarıyla qazanılan matç

10:00   “TOPAZ”DA BU GÜN

09:51   1000 manatlıq qələbə

09:36   Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

09:28   Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

09:11   Milli məşqçilərinin gözü önündə

09:00   Ceyms Adeniyi: “Neftçi”dən daha yaxşı oynadıq”

02:26   Marsel “Olimpik”i səfərdə uduzdu

02:14   “Real” da ilk oyunda qalib gəldi

01:56   MY uduzdu, MS 6 qola sevindi

01:26   Millimizdən 4 qol - “Nəticə bizi aldatmamalıdı”

01:17   “İnter” məğlubiyyətlə, “Roma” qələbə ilə başladı

00:57   “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

00:40   “Sumqayıt” “Sabah”ı qol vurmasına peşman etdi - VİDEO

00:28   “Neftçi” Super Liqanı 3-cü pillədə başa vurdu

00:15   Qoran Paratski: “Oyunu rahat şəkildə bitirməliydik”

19.08.2018

23:21  Elşad Əhmədov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

23:02  Nazim Süleymanov: “Bundan da yaxşı çıxış edə bilərik”

22:22  “Sumqayıt”dan darmadağın, “Neftçi”dən ikinci qələbə

21:56  “Neftçi”dən ardıcıl 2-ci qələbə - VİDEO

21:47  Sənan Qurbanov: “Hər kəs səhv edə bilər”

21:36  Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

20:34  Ramil Şeydayev yeni klubunda debut etdi

16:45  Super Liqa klubundan daha 2 transfer

15:29  Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35  “Qalatasaray”dan daha bir transfer

14:09  Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31  UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19  Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01  Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31  Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00  Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31  Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Paşayevin klubundan ilk məğlubiyyət

02:10  “Barselona” qələbə ilə başladı

01:45  “Monako” büdrədi, PSJ qalib gəldi

01:30  “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14  London derbisində “Çelsi” sevindi

01:00  İtaliya çempionatı da başladı

00:43  “Fənərbaxça” uduzdu

00:25  Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az