(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Roberto Bordin: “Buna hazır olmalıyıq”

Roberto Bordin: “Buna hazır olmalıyıq”

“Bakıdakı kimi çətin oyun olacaq. İlk görüşü 2 top fərqli üstünlüklə başa vursaq da, rəqibin güclü olduğunu və bizi çətin oyununun gözlədiyini bilmirik”.

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib. Daha sonra italiyalı mütəxəssis yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb:

- Hava şəraiti bu dəfə oyununuza necə təsir edə bilər?
- İlk oyunda hava şəraiti çox isti idi. Bu, hər iki komandaya çətin idi. Bu dəfə isə sərindi və tərəflər istədikləri kimi oynaya biləcəklər.

- İlk görüşdə "Neftçi" rəqibini hansı komponentdə üstələdi və sabahkı görüşdə eyni motivasiya ilə oynamaqda problem varmı?
- Vurduğumuz qol bizə yaxşı mənada təsir etdi və qələbə qazandıq. Bu qələbə bizim motivasiyamıza təsirini göstərə bilər.

- "Uypeşt"dən sürpriz gözləyirsiz?
- Bilmirəm nə sürpriz ola bilər. Əminəm ki, rəqib doğrudan da güclü oynayacaq və biz buna hazır olmalıyıq.

- İlk görüşdə müdafiənin mərkəzində Ruslan Abışovla Kirilo Petrovun çıxışı sizi qane etdi?
- Onlar həqiqətən yaxşı oyun göstərdilər. Futbolçular həqiqətən də gözəl müdafiə olundular. Bütün komandanın çıxışını bəyəndim.

- Sabahkı oyunda Kvame Karikaridən yararlanmağı düşünürsüz?
- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdı. Kimin oynayacağına matç günü qərar verəcəyik.

- İlk oyunla müqayisədə cavab görüşündə start heyətdə çoxmu dəyişiklik gözlənilir?
- İlk "11-liy"i indidən açıqlamaq düzgün olmazdı. Amma Karikari, Emin Mahmudov və digər futbolçuların hamısı sabahkı oyuna hazırdılar. (Report)


 
tarix: 19-07-2018 02:19


 
Xəbər lenti
19.12.2018

02:50   PSJ 1/4 finalda

02:30   “Mançester Siti” penaltilərlə yarımfinalda

02:07   “Borussiya”ya “Fortuna” zərbəsi

01:42   “Milan”dan “Bolonya” ilə heç-heçə

01:27   “Kan” “Tuluza”nı məğlub yola saldı

01:04   “Qalatasaray” növbəti mərhələdə

18.12.2018

23:20  “Səbail”in Türkiyədəki 3 rəqibi bəllidi

22:59  “Qızıl buts” yenə Messinin oldu - 5-ci dəfə!

21:51  “Qarabağ”dan Reynaldo ilə bağlı maraqlı VİDEO

18:10  “Neftçi” “Sumqayıt”la cavab matçına hazırlığı başa vurdu

17:24  Super Liqa klubunda ciddi itki

17:08  Prosineçki yığmamıza qayıdır? - Özü açıqladı

16:27  Türkiyədə ilin ən yaxşıları bəlli oldu

15:58  Messi Xavini geridə qoydu

15:33  “Neftçi” Mezzotero ilə yeni müqavilə bağladı

14:50  İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri"ni açıqladı - SİYAHI

14:33  MY Mourinyonu qovdu - RƏSMİ

14:02  AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

13:47  AFFA rəsmiləri Belarusda səfərdə olub

13:22  Azərbaycanlı məşqçilər Pro lisenziyasına qovuşdu

12:59  Kamran Ağayev və Zaur Axundova görə pul cəzası

12:36  AFFA bütün millilərə əcnəbi axtarır

12:27  1/4 finalın cavab oyunlarına hakim təyinatları açıqlandı

12:05  “Topaz”: İnzaqi ilə Qattuzo rəqib kimi, “Ştutqart”ın 13 illik “tilsimi”

11:42  “Keşlə”nin kubokda 25-ci məğlubiyyəti

11:24  “Neftçi” 75-ci oyunda “50”yə çatmadı 

11:01  Quliyevin dublu millimizə qələbə qazandırdı

10:32  Çempionlar Liqasında 1/8 finalın TƏQVİMİ

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Pepe “Beşiktaş”dan getdi - RƏSMİ

09:00  Kamran Ağayevin vərdişi

02:12  “Alaves”lə “Atletik”dən heç-heçə

01:39  “Latsio” “Atalanta”ya uduzdu

00:05  Ufuk Budak oynamadı, “Boluspor” xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az