qaynar xətt
“Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” də növbəti matçına çıxıb. Maltanın “Baltsan” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi səfərdə 1:4 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa ümid edirdi. Lakin Yuri Maksimovun istefasından sonra müvəqqəti olaraq Zaur İsmayılova həvalə edilən komandamızın çətin vəzifənin öhdəsindən gəlməsi ehtimalı çox az idi.
Paytaxt klubu dönüş yaratmaq üçün əlindən gələni edib. Amma qələbə qazanmasına rəğmən, iki oyunun nəticəsinə görə mübarizəni dayandıran tərəf "Keşlə" olub.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Milsami” (Moldova) - “Slovan” (Slovakiya) duelinin qalibi ilə mübarizə aparacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
19 iyul
Keşlə - Baltsan 2:1
Qollar: S.M.Kolli, 11-pen. S.Alxasov, 90+1 - A.Maydevaç, 90+6.
Qırmızı vərəqə: A.Maydevaç, 90+7.
İlk oyun: 1:4
Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya).
Bakı. “Dalğa Arena”.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Miloş Bosançiç, 10. Sezar Meza Kolli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, Vaqif Cavadov, 9. Amil Yunanov, 19. Azər Salahlı, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev.
Məşqçi: Zaur İsmayılov.
Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç, 11. Stiv Betsina (k), 15. Maykl Conson, 17. Alfred Effionq, 18. Uros Lyubomiraç, 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç, 99. Miloş Lepoviç.
Ehtiyat oyunçular: 1. Sin Montoff, 4. Castin Qrioli, 9. Lekao, 10. Sirac Arab, 14. Harri Askroft, 50. Andrey Maydevaç, 88. Sin Kipriot.
Baş məşqçi: Marko Miçoviç.
10:10 Lukaku satılır
10:01 “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”
09:52 Axundovun xilası naminə səhv...
09:41 Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”
09:31 Ozan Canın yoxluğunda komandası məğlub oldu
09:24 “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”
09:11 “Eştoril” Dadaşovsuz xal itirdi
09:00 Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”
02:08 PSJ 3 xalı tək qolla qazandı
01:56 “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu
01:40 “İnter”dən qələbə, “Napoli”dən xal itkisi
01:06 Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”
00:55 Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu
00:23 “Qalatasaray”dan səfərdə darmadağın
23:30 “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı
22:07 Daha üç komanda 1/4 finalda
21:04 40-cı heç-heçə
20:32 “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO
20:01 Qurban Qurbanovdan “Qəbələ”yə tərif
19:48 “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”
19:22 “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi
18:37 “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO
17:52 “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”
17:34 Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”
16:58 “Səbail” “Sabah”ı məğlub yola saldı
15:42 Bundesliqada yeni rekord
14:01 “Zirə”də 25-ci ölkə təmsilçisi
13:09 İsrafilovlu “Alkorkon” yenə uduzdu
12:08 “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da
11:18 Ufuk Budak oynamadı, komandası uduzdu
10:26 Dmitri Nazarov qələbəni kənardan izlədi
09:31 Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal
01:41 “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi
01:30 “Milan” “Atalanta”ya səfərdə qalib gəldi
01:14 Meydan sahibləri üçün növbəti uğurlu gün