(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

Bu gün Lüksemburqda tam fərqli “Qəbələ” görə bilərik. Çünki evdəki məğlubiyyəti tribunadan izləyən Cvid Hüseynov meydanda olacaq. Kapitan futbolçuları toparlayıb, həlledici döyüşə aparmalıdı.
 
- “Proqres”ə gözlənilməz məğlubiyyətin səbəbi nə idi?
- Birincisi, xeyli uşaq səhvləri etdik.  Bu da komandaya təsir edirdi. Həm də rəqib təsadüfi qollar vurdu.
 
- Evdə 0:2 hesabı ilə uduzsanız da, rəqib futbolçular hələ də “Qəbələ”ni favorit görür...
- Real baxsaq, rəqibin həm Avropada təcrübəsi azdır, həm də səviyyə baxımından “Qəbələ” ilə eyni tərəziyə qoyula bilməz. “Proqres”in üzvləri də bunu dərk edir və belə açıqlamalar verirlər. Amma heç bir halda bu açıqlamalar bizi arxayınlaşdıra bilməz. İlk oyundakı səhvləri təkrarlamaq lazımdır. Səhvlərimizin ucbatından çox pis vəziyyətə düşdük. Özümüz öz işimizi çətinə saldıq. Futbol tərəfdən necə baxırsan bax, biz onlardan üstünük. Sadəcə, indi futbolda kağız üzərində favorit olsan da, heç nə dəyişmir. Hər şeyi meydanda göstərmək lazımdır. O üstünlüyü meydanda sübut etmək lazımdır ki, nəticə qazanasan. Ona görə çalışacağıq ki, öz oyunumuzu düzəldib layiqli qələbə qazanaq, mərhələ adlayaq.
 
- Komandanın bir neçə əsas üzvünün getməsi, sənin meydanda olmamağın nəticəyə təsir edən amil kimi qiymətləndirildi...
- Bununla razılaşmıram. Birmənalı şəkildə deyirəm ki, mən və ya başqa kimsə olmasa belə, yenə “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi. Biz qalib gəlməli və evdə yaxşı nəticə qazanıb hər kəsi sevindirməli idik. Yenə deyirəm ki, içi mənqarışıq heç bir futbolçunun yoxluğu nəticəyə təsir etməməli idi.
 
- Voislav Stankoviç meydanda olmayacaq. Bu, hər hansı çətinlik yarada bilər, ya yenə eyni fikirdəsən ki, istənilən halda qalib gəlməliyik...
- Eyni fikirdəyəm. Stankoviç çox yaxşı və bizim üçün vacib futbolçudur.  Amma meydanda kim olursa-olsun, biz layiqli qələbə qazanmalıyıq. Gücümüzü ortaya qoyub bu mərhələni keçməliyik.
 
- İlk oyundan sonra baş məşqçiniz Sənan Qurbanov söz verdi ki, ikinci oyunda daha yaxşı “Qəbələ” görəcəksiniz. Kapitan azarkeşlərə qələbə sözü verirmi?
- Bilirsiz ki, söz vermək çətindir. Allahın işinə qarışmaq istəmirəm. Sadəcə, qələbə qazanmağı özümüzə borc bilirik və bunu azarkeşlərə borcluyuq. Allah bizə kömək olsun. Çalışacağıq ki, qalib gələk və ümumi hesabda mərhələ adlayan tərəf olaq.
 
- Düşünmürsən ki, heyət kasaddır və bu, sizə Avropa meydanlarında uğur qazanmağa əngəl olacaq?
- Əlbəttə ki, Avropa Liqasında irəli getmək istəyərdik. Amma transfer işlərinə qarışa bilmərəm. Sadəcə, bir futbolçuyam. Əgər daha çox mərhələ keçsək, transfer lazım olacaq. Lakin bu da klubun işidi.
 
- İnanırsan ki, komanda ən azı 3-cü mərhələyə qədər gedəcək?
- Hələ bu mərhələni keçək, sonrasına baxacağıq.
 
- Zədən tam sağalıb?
- Tam sağalıb.
 
AĞA

 
tarix: 19-07-2018 09:53


 
Xəbər lenti
16.10.2018

00:45   Millətlər Liqası: İspaniya İngiltərəyə uduzdu

15.10.2018

23:25  “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı

22:27  İsrafilovdan qol ötürməsi, komandasından qələbə

21:27  Ramil Şeydayev Rusiyada cərimələndi

20:26  Eratın komandası “Borussiya” ilə bacarmadı

18:33  “Neftçi” məşqləri bərpa etdi

18:24  “Qəbələ” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır

18:02  Qvineya yığmasının üzvü “Neftçi”də - FOTO

17:25  5 liqada 3584 futbolçu

17:12  Bakıda AÇ-2020-nin oyunlarına hazırlıqla bağlı tədbir keçirildi

16:39  Əsgərov dubl etdi, komandası 6 qola sevindi

16:28  “Vorskla” da ermənini Bakıya gətirməyəcək

15:35  Sabiq “Xəzər Lənkəran”lı “Dinamo”nun baş məşqçisi oldu

14:55  Topaz Premyer Liqasında 8-ci turun oyun cədvəli

14:46  “Qarabağ”ın rəqibinin futbolçusu milli karyerasını bitirdi

14:12  Tovuzda uşaq istismarı: gec gələn tribunada soyunur

14:05  Riçard Almeyda yenidən zirvədə

13:25  Birinci Divizionda 7-ci tur: Oyunların vaxtı açıqlandı

13:04  Yığma komandada baş məşqçi istefası

12:55  “Azərbaycan millisi qocadır” - “Qarabağ”a rəqib olan futbolçu

12:28  “Topaz”: İspaniyaya yarımfinal üçün bir xal lazım

12:25  Hoqq Kosovonu daha şanslı sayır

12:19  "Mənə o yaşda Mahirdən güclü azərbaycanlı futbolçu adı çəkin!"

12:14  Mahmudov millidən ayrıldı

12:07  Ruslar millimizin bəxtsizliyindən yazır

11:50  Qurbanlıq Mahir

11:21  Türkiyə Rusiyaya belə məğlub oldu - VİDEO

11:00  Şotlandiya - Portuqaliya matçında 4 qol - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  İtaliya Polşaya belə qalib gəldi - VİDEO

09:30  Millimizin rəqiblərindən hərəyə 1 qol, 1 xal - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az