(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Həminki “Qarabağ”

Həminki “Qarabağ”

Heç nə dəyişməyib – həmin “Qarabağ”dı. Dünənki oyuna görə də bədbinliyə qapılmağa dəyməz.
 
Ağdamlılar Çempionlar Liqasının ilk təsnifat mərhələsində yaxşı görünmədi. Hətta “Olimpiya” təmsilçimizlə müqayisədə daha arzulu, daha istəkli görünür, daha çox təhlükə yaradırdı. Lakin mərhələni keçən ilk oyunda qələbə qazanmış “Qarabağ” oldu. Sloveniyada yeganə qolla üstün olan təmsilçimizə evdə qolsuzluq da bəs etdi.
 
Bəlkə də nəvaxtsa bu, “Qarabağ”ın başını ağrıdacaq durumdu. Lakin belə taktika düzgündü və ağdamlılar oyundan-oyuna artırır, matçlar sıralandıqca forma yığır. “Rudar”, “Düdelanj”, “Streymur” kimi zəif rəqiblər də “Qarabağ”la matçlarda 2 məğlubiyyət görməyib. Qurban Qurbanovun yetirmələri ümumi nəticəyə hesablanan taktika ilə ilk mərhələni aşır.
 
“Olimpiya” mümkün rəqiblər arasında ən çətini olduğundan bu dəfə fiasko da yaşana bilərdi. Lakin səbrlə davranan “atlılar” yenə büdrəməkdən qaça bildi. “Kukesi”ylə matçlarda çempionumuzun daha yaxşı olacağına əminik.
 
ÇL-in qrupunda oynamış “Qarabağ” üçün bəlkə də dünənki oyun bağışlanmaz idi. Bununla belə, razılaşaq ki, bütün mövsümü bir matça qurban vermək olmaz. Dünən komanda formasının zirvəsində olsaydı, eniş həlledici matçlara təsadüf edəcəkdi. Ondansa yüksələn qrafiklə irəliləmək daha məqsədəuyğundu.
 
Əsas odur ki, baş məşqçi Qurban Qurbanov, futbolçular, klub rəhbərliyi vəziyyətin fərqindədi, durumu idarə edir, perspektivi düşünürlər. Yeni futbolçular heyətə uyğunlaşmaq dövrünü keçirir, toplanışdakı ağır yükləmələr yavaş-yavaş aradan qalxır. Hələ heyətin tam komplektləşmədiyini də nəzərə almalıyıq. Ağdamlılar daha 2-3 oyunçu almalı, xüsusilə hücum xəttini gücləndirməlidi. O zaman “Qarabağ” əvvəlki əzəmətinə qayıdacaq.
 
Komandanın “ağır” olduğu aşkar görünürdü. Yaxşı ki, Bədavi Hüseynov, Donald Gerye və başqa 1-2 oyunçu ən kritik məqamlarda açıqları qapada bilirdi. Komanda oyunu alınmayanda fərdlər önə çıxması normaldı. Əsas odur ki, komanda oyun tərzinə sadiqdi, aparıcı oyunçuların gedişi çox şeyi dəyişməyib. Bəli, yeni Riçard Almeyda tapmaq çətin olacaq, meydanın mərkəzində əvvəlki dominantlıq yoxdu. Amma “Qarabağ” yenə də lazım olanda rəqibi topsuz qoya bilir.
 
Qurbanovun işi çoxdu. Hələ də transferi mümkün olmayan hücumçunu seçmək mümkün olmur. Bəyənilənlərin heç biri Azərbaycana gəlmək istəmir, məşqçi də hər yoldan keçənə güvəənmək niyyətində deyil. Təkcə Mahir Mədətovla da davam etmək mümkünsüzdü. Lakin etiraf edək ki, “Kukesi” “Olimpiya”dan da zəifdi və hətta indiki heyətlə də irəliləmək mümkündü. 3-cü mərhələdki rəqiblər üçün isə daha güclü heyətin olması vacibdi. “Qarabağ” həm tələsməli, həm də səhv etməməlidi.
 
FƏRİD

 
tarix: 19-07-2018 11:03


 
Xəbər lenti
12.12.2018

11:22   Çempionlar Liqasının son oyunları “Topaz”da

11:00   “Monako” “Borussiya”ya da uduzdu - VİDEO

10:45   “İnter” pley-off şansını belə əldən verdi - VİDEO

10:30   Milli komanda Məşqçilər Komitəsinə tapşırılsın!

10:15   “Barselona” “Tottenhem”lə “sülh bağladı” - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   “Liverpul” “Napoli”ni tək qolla üstələdi - VİDEO

09:20   “Qalatasaray” “Portu”ya uduzsa da… - VİDEO

09:00   Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

02:03   “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

08:45  Reynaldo təkzib etmədi: “Bir şey olacaq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az