(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
"Sabah"a niyə AFFA-dan pul ayrılır?

"Sabah"a niyə AFFA-dan pul ayrılır?

AFFA İcraiyyə Komitəsinin son iclasında verilən qərarlardan biri də Topaz Premyer Liqasının sonuncusunun liqanı tərk etməsi, yerinə Diviziondan bir klubun qalxması haqda idi.

Ondan əvvəl liqaya gələn və tərk edən olmurdu deyə, bu absurd qərar da özlüyündə qərar görkəmini almışdı. Sonuncu yeri tutan "Kəpəz"i Divizionun çempionu olan  "Xəzər"in əvəzləyəcəyi gözlənsə də, nə ki çempion, nə ki bürünc mükafatçı, heç dördüncü də yox, beşinci yeri tutmuş "Sabah" gətirildi. Bəli, məhz gətirildi. Niyəsini izah edək...

İdman prinsiplərinin pozulduğu bu prosesi məhz AFFA-nın baş katibi Elxan Məmmədov yönəltdi...

Baş katib İK-nın toplantısından sonrakı brifinqdə medianın "üzünə duraraq" "Sabah"ın müstəqil klub oluğunu, Diviziondan yalnız onlara lisenziyanın verilməsinə də məhz bu amilin səbəb olduğunu açıqlamışdı. Ancaq yalan deyirdi. "Sabah" artıq açıqlayıb, "Bridge Group of Companies" adlı şirkətdən başqa AFFA da maliyyə dəstəyi verəcək. AFFA deyəndə, yəni SOCAR.

OK, baş katib, bəs "Sabah" müstəqil klub idi?

Bəs siz lisenziya təsdiqinin dərc olunacağını bildirmişdiniz?

Niyə aldatdınız ictimaiyyəti?

Ümumiyyətlə, ictimaiyyət demişkən, bu qədər anormallıqlar içində, əcəba, niyə reaksiyalar yox səviyyəsindədi?

Baş katibin açıq-aşkar yalanlarına göz yummaq nədən qaynaqlanır?

Olmaya siz ifşalar edəndə sizi hansısa yaxın kluba, yaxın şirkətə həvalə edib, maliyyə təminatınızı yaxşılaşdırıb deyə, ona qarşı çıxış etmək istəmirsiniz?

Elədir, bəli.

Ancaq siz də dəvəquşu misalı, başınızı quma soxub, gizləndiyinizi zənn etməməlisiniz. Danışmayan, öz mənfəəti naminə susan futbol ictimaiyyətinin nümayəndələri, prosesləri manipulyativ şəkildə, Məmmədovun siyasətinə uyğunlaşdıraraq təqdim edən KİV-lər də daha ifşa edilməlidir/ediləcək.

Baş katib müstəqil və ictimai fikir formalaşdıran hər kəsi bu cür yollarla "zərərsizləşdirməkdədi". Medianın da böyük əksəriyyəti beləcə basdırılıb. Yalnız biz - çox az sayda elektron KİV bu prosesdə Elxan Məmmədovun təbəəliyinə getmədik, getmərik də. Biz daim bu insandan mediaya haqqı olduğu formasiyanın tətbiqini tələb etdik, edəcəyik də. Bizim istəyimiz doğru idarəçilikdir. Nəyisə susmağımız qarşılığında edəcəklərsə, bundan ilk gündən imtina etmişik...

Bəs Məmmədov bu qədər özbaşınalığı rahatca necə edə bilir? Qaşısını ala bilmirlərmi? - deyə özünüzə sual edəndə və yazılanları anlamayanda bilin ki, bu şəxs etdiklərinə görə AFFA-nın və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirova güvənir.

Nəsirov ölkə baçısı İlham Əlievlə yaxındır. O, futbol aləmində gözə görünməyən, ancaq daim daxili iddiaları olan personadı. Baş katib də, bir növ, onun danışan dili, hərəkət edən ayağı kimidir.

Rövnəq Abdullayevin də baş katibin ictimai narazılıqlar yaradan idarəçilik xətaları qarşısında susqun olması məhz Nəsirovla toqquşmaq istəməməsidir. Onlar üçün futbol münasibətləri pozacaq qədər vacib bir şey deyil.

Olmasın...

Ancaq SOCAR-ın maliyyəsi sizinçün nədir? Öz yaxınınızda olanlara klub yaratmaq imkanı tanıyın, saxta yollarla ölkə çempionatına buraxın, sonra da SOCAR-ın büdcəsindən bu klubun saxlanmasına pul ayırın.

Bu, hansı hüquqi baza ilə tənzimlənir?

Futbol aləmi bir Elxan Məmmədovun "boz kardinallığı" ilə dolaşığa salınıb, nə danışmaq istəyənlər danışa bilir (yuxarıda səbəbi oxu), nə də alternativ qüvvələr meydana çıxıb, təşəbbüsü ələ ala bilir.

Belə gedişat hara aparır?

İcraiyyə Komitəsinin üzvlərinədir sual, siz müzakirə edib, qərar vermisiniz ki, "Sabah" elitaya buraxılsın. Bu qərarı Elxan Məmmədovun brifinqdə ictimaiyyətə sırıdığı yalanlarla iclasda da sizi inandırması nəticəsində vermisiniz. İK-nın üzvləri birbaşa Məmmədovun çıxışlarının təsirinə niyə düşür?

Çünki o şəxslərin əksəri sırf futbol adamı deyillər və hərəsinin öz işi, öz məşğuliyyəti kifayət qədərdir.

Hətta dəfələrlə eşitmişik ki, İK-nın iclaslarında açılan müzakirələrdə üzvlərin yarısı bilmir nə desin. Onların fikrini də Məmmədov öz istədiyi kimi yönəldib, qərarların öz istəyinə uyğun verilməsinə nail ola bilir.

Azərbaycan futbolunun bu üsulla idarə edilməsi normal deyil. İK-ya mühüm səlahiyyətlər verilməsinin acı nəticələrini görürük. Orda olan Qurbanov, Tuayev kimi futbol adamlarının da bəzən müzakirələrdə dərinə getsə belə, prosesə təsir edə bilmədiyini bilirik.

Çox anormallıqlar sadalamaq olar və zamanla sadalanıb, yazılıb. Ancaq son - "Sabah" məsələsi artıq həyəcan təbili çalmağa vadar etməlidir. Sualımız AFFA prezidenti Rövnəq Abdullayev və mühüm səlahiyyət sahibi olan İK-ya ünvanlanıb: bu cür absurdluqların ölkə futbolunu hara apardığını bilirsiniz? Abdullayev, siz səlahiyyətəri Məmmədova həvalə edib, ona müstəsna hüquqlar verməklə səhv etdiyinizin fərqindəsiniz?

İctimai narazılıq başınızda çatlayanda gec olmasn. Baş katibin manipulyasiya fiquru kimi bu qədər azad hərəkət etməsi qəbuledilməzdir. Buna futbol ictimaiyyətinin susması da mənəvi cinayətdir. Birbaşa AFFA prezidenti Rövnəq Abdullayevin artıq ciddiyə almalı olduğu bir məqamdır.

Elçin Cəlilov, Futbolpress


 
tarix: 19-07-2018 17:14


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az