(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

Avropa Liqasının I təsnifat mərhələsində "Baltsan”ı öz meydanında 2:1 hesabı ilə məğlub edən "Keşlə” Maltadakı məğlubiyyət (1:4) üzündən mübarizəni dayandırıb. Bakıda baş tutan matçdan sonra jurnalistlərin suallarını cavablandıran paytaxt klubunun qapıçısı Kamran Ağayev rəqibi zəif komanda adlandırıb.
 
- Səfərdə böyük hesabla (1:4) uduzmağınıza baxmayaraq, sizin mərhələ adlayacağınıza inananlar var idi. Bunu gerçəkləşdirə bilməməyinizin səbəbi nə idi?
- Biz orda gic-gic qollar buraxdıq. Elə səhvlər oldu ki, rəqibin hücumçuları mənə heç bir şans vermədi. "Ağzımın içindən” qollar vurdular. Hansı səbəblərdən belə alındı, bilmirik. Bu gün isə oyunun gedişində çox qol imkanlarımız oldu, bəxtimiz gətirmədi. Son dəqiqələrdəki yorğunluqdan da istifadə edib qol vurdular. İnsan yorulanda səhv edir. Çünki biz onlardan ikiqat çox hərəkət edirdik. Qol vurmağa çox həvəsli idik. Sona yaxın yorulduq, nəticədə də qol buraxdıq.
 
- Rəqib sanki bura futbol oynamağa yox, yerdə sürünməyə gəlmişdi...
- Belə deyək də. "Keşlə” mərhələ adlasaydı, növbəti rəqibi də keçmək şansı var idi. Amma "Baltsan” kimi komandanın UEFA turnirində oynaması dəxlisiz bir şeydir. Sadəcə, səfərdə heç nədən 4 qol buraxdıq. Orda buraxılan qollar, müdafiənin zəif çıxışı belə sonluğa gətirdi.
 
- Buraxılan qol epizodunda Məmməd Quliyev nə etmək istəyirdi?
- Gənc futbolçudu, robot deyil. Səhvsiz adam olmur. Mən də səhv etmişəm. Tərdən əli sulanmışdı, autu yaxşı ata bilmədi.
 
- Rəqib oyunu çox gecikdirsə də, "Keşlə”nin futbolçuları heç bir etiraz etmirdi. Həmin anlarda hamı sizdən hərəkət gözləyirdi...
- Nə edə bilərəm ki? Mən də belə şeylər etmişəm. Fikirləşirdim ki, hakim əsas vaxta 6 dəqiqə əlavə edər. Amma bunlar bəhanə olmamalıdı. Biz burda deyil, Maltada qələbə qazanmalı idik.
 
- Növbəti mərhələyə hansı komanda layiq idi?
- Siz özünüz qiymət verin. Biz orda da bu cür oynayırdıq. Sadəcə, rəqib orda əks-hücumlardan maksimum yararlandı.
 
- Son dəqiqələrdə 3-cü qolun vurulacağına inanırdınızmı?
- Əlbəttə ki, inanırdım. Komandama yenə də inanıram. "Keşlə” klubu da olsa, Azərbaycanı təmsil edirik. Komandada kapitan sarğısını daşıyıram. Nə deyirəmsə, qanundu. Bu gün 3 qol vura bilərdik. Bu komandanı "Keşlə”yə rəqib görmürdüm. "Baltsan” bizim çempionatın autsayderindən də zəifdi. Sadəcə, futbolçuları individual cəhətdən güclü idi. Amma futbol kollektiv idman növüdü. Bu gün də əlimizdən gələni etdik. Deməli, qismət deyil. Biz alnımızın təri ilə Qəbələdə ölkə kubokunu qazanmışıq. Ancaq "Baltsan”ı keçə bilmədiyimiz üçün Azərbaycan xalqından üzr istəyirəm. Yəqin ki, tənqidlər olacaq. Oyunun elə anları olurdu, uşaqlara yalvarırdım ki, özünüzə inanın. Çox istərdim ki, mərhələ keçək. İnşallah, Azərbaycan futbolunun durumu yaxşılaşar, komandalarımızın sayı artar. Həyat davam edir. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışmalıyıq. Əsas odu ki, futbol oynaya bilirik, "Baltsan” kimi deyilik. Belə təsadüfi qələbə bir dəfə olur. Onlar qələbə qazanmadı, biz uduzduq.

 
tarix: 20-07-2018 10:01


 
Xəbər lenti
18.02.2019

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az