(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Dəhşətli cümə axşamı

Dəhşətli cümə axşamı

Dəhşətli gecə, qara cümə axşamı idi. Son dəfə Avropa Liqasında bütün klublarımızın mübarizəni ilk mərhələdəcə dayandırmasını hətta xatırlamıram.
 
Rəqiblər də münasib idi. Xüsusilə “Keşlə” və “Qəbələ”yə “cırtdan” ölkə təmsilçilərinin rəqib düşməsi ümid verirdi. İndiyədək mərhələ adlamamış Malta “Baltsan”ı, eləcə də Lüksemburq “Proqres”i klublarımızın dişinə görə idi.
 
Amma rəqibin zəifliyi heç nəyi dəyişmədi. Çünki bizim klublarda problem daha ciddi idi. “Keşlə” və “Qəbələ” özü-özünü büdrətmək üçün hər şey etdi.
 
“Keşlə”də klubdaxili ab-hava bu uğursuzluğu şərtləndirirdi. Klub rəhbərliyi ilə baş məşqçi Yuri Maksimovun “siçan-pişik oyunu” komandanın başında çatladı. Müqavilə davası, heyətin gücləndirilməməsi, ilk oyuna barmaqarası yanaşılması fiaskonu reallaşdırdı.
 
“Qəbələ” isə məhəllə komandasına çevrilir. Evdəki yenilgi məhz bunun təzahürü idi. Lüksemburqda vəziyyəti dəyişmək olardı və bunun üçün imkan da yaranmışdı. Lakin matçın son dəqiqələrində Təmkin Xəlilzadənin yersiz qırmızı vərəqəsi, baş məşqçi Sənan Qurbanovun özünü uşaq kimi aparıb meydana çıxması və qovulması revanşı mümkünsüz etdi.
 
Yəqin ki, rəhbərlik Qurbanovun təyinatına görə peşmandı. Zaman göstərdi ki, o, Roman Qriqorçukun yanında yalnız “ikinci” olmağa öyrəşib və rəhbər xarizması yoxdu. Tezliklə Samir Abasovun ona xələf olduğunu eşitsək, təəccüblənməməliyik. Klub başbilənləri komandada təcili islahat aparmasa, Premyer Liqada da ciddi problemlə üzləşəcəklər. Çünki heyətlə, ab-havayla bağlı da ciddi problemlər var.
 
Ölkə futbolu sürətlə ötən əsrin 90-cı illərinə qayıdır. 8 komandalı çempionat, futbolun bir qrup insanın monopoliyasında olması, iş adamlarının qaçaq salınması əvvəl-axır fəsadını göstərməliydi. Bu rəqabətsiz mühitdə yalnız “Qarabağ” illərlə yığdığı təcrübə hesabına hələ də ayaqdadı. Amma bu komandanın da xarabalıqdakı tək çiçək kimi inkişafı mümkün deyil. Ölkə rəhbərliyi səviyyəsində müdaxilə olmasa, AFFA başbilənləri ölkəmizdə futbolun axırına çıxacaq.
 
“Neftçi” haqda ayrı yazımız olacaq. Bu komandanın dərdi başqadı.
 
FƏRİD

 
tarix: 20-07-2018 10:27


 
Xəbər lenti
18.02.2019

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az