(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

“Neftçi” bu gün klubdaxili iclasa yığışır. Rəhbərlik Macarıstandakı uğursuzluqdan sonra futbolçu və məşqçi heyəti ilə bir araya gələcək. Fövqəladə bir şey gözlənilmir. Sadəcə, “Uypeşt”dən alınan sillənin səbəbləri müzakirə olunacaq.
 
Artıq Roberto Bordin bütün məsuliyyəti boynuna götürüb. O, futbolçularla danışıb və 0:4 hesablı məğlubiyyətin məhz özünün səhvi nəticəsində reallaşdığını etriaf edib. Baş məşqçi eyni zamanda futbolçulara da iradını bildirib, taktiki tapşırıqları düzgün yerinə yetirmədiklərini onların nəzərinə çatdırıb.
 
Bugünkü görüşdə əsasən qarşıdakı planlar müzakirə olunmalıdı. Keçmişlə yaşamaq heç nə verməyəcək, səhvlər olub, artıq sabaha baxmaq lazımdı. Macarıstan fiaskosu əla dərs oldu. Yeni mövsümün startı öncəsi bəlkə də “Neftçi”ni çempionluq mübarizəsinə motivasiya etmək üçün daha yaxşı üsul tapmaq olmazdı. İndi futbolçu və məşqçilər daha diqqətli, daha məsuliyyətli olacaq.
 
Azarkeşlərin zəifləmiş inamını yenidən qazanmaq, onlarla barışmaq üçün klubun başqa yolu da yoxdu. Məhz çempionluq yarışında olmaq, layiqli mübarizə aparmaq azarkeşlərin könlünü ala bilər. Fanatlar da sevimli klubunun yanında olmalı, növbəti dəfə inanmalıdı. Onsuz da indiki komanda “Sevilya”nı keçəcək səviyyədə deyil, heyət, oyun üslubu tam formalaşmayıb. İlk mərhələdəcə uduzmaq xoş deyil, lakin reallıqdı. Eyni aqibətlə “Qəbələ” və “Keşlə” də üzləşibsə, deməli, problem ümumi futbolumuzdadı, bir klubda deyil.
 
Amma klub da arxayınlaşmamalıdı. İlk səhv edildi, bunun sıralanması bağışlanmayacaq. Hamı əl-ələ verib mövsümün startına qalan qısa müddətdə problemləri yoluna qoymalıdı. Axsayan mövqelərə, xüsusilə Ruslan Abışovun da zədələnməsindən sonra ehtiyac duyulan müdafiənin mərkəzinə transferlər edilməli, döyüşkən komanda formalaşmalıdı. İdman direktoru Ceyhun Sultanov təkbaşına işləməməli, məşqçinin də fikirlərini dinləməlidi. İlk turlardan elə start götürülməlidi ki, azarkeşlərin narazılığına əsas olmasın.
 
Bordin və futbolçular “Uypeşt” biabırçılığını ancaq çempionluqla unutdura bilər. Klub rəhbərliyi, məşqçilər, futbolçular bunun fərqində olmalıdı və yəqin ki, fərqindədilər.
 
AĞA

 
tarix: 21-07-2018 10:32


 
Xəbər lenti
12.12.2018

11:47   “Qaradağ Lökbatan”ın qapıçısı milliyə çağırıldı

11:22   Çempionlar Liqasının son oyunları “Topaz”da

11:00   “Monako” “Borussiya”ya da uduzdu - VİDEO

10:45   “İnter” pley-off şansını belə əldən verdi - VİDEO

10:30   Milli komanda Məşqçilər Komitəsinə tapşırılsın!

10:15   “Barselona” “Tottenhem”lə “sülh bağladı” - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   “Liverpul” “Napoli”ni tək qolla üstələdi - VİDEO

09:20   “Qalatasaray” “Portu”ya uduzsa da… - VİDEO

09:00   Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

02:03   “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

08:45  Reynaldo təkzib etmədi: “Bir şey olacaq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az