(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
"Hər gün 2-3 nəfər prokurorluğa çağırılır"

"Hər gün 2-3 nəfər prokurorluğa çağırılır"

"Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. Divizion təmsilçilərindən 6-sı yarışa qatılmalıdı. Gələn həftə püşkatma mərasimi olacaq. Əgər hansısa komanda yarışda olmasa, deməli, az-çox adı danışılmış oyunlarda hallanıb" - bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
 
O, Topaz Premyer Liqada yeni mövsümünün bugünkü püşkatmasında sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- “Binə” və İmişli klubunun rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirəm. 30-35 yaşlı futbolçular I divizionda nə futbola, nə də özlərinə xeyir verirlər. 20-22 yaşlı oyunçu artıq özünə həyat qurmalıdır. Bilməlidir ki, ya futbolçudur, ya da özünə başqa sənət tapsın. Transfer vaxtı futbolçuların tanışları o qədər zəng vururlar ki. İzah edə bilmirsən ki, bu, futbol oynaya bilmir. Oğluma da dedim ki, get, işinlə məşğul ol. Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə. Halbuki onun da adı danışılmış oyunlarda hallanır. Amma fikirləşmir ki, ondan futbolçu olmaz. Əvvəlki vaxt gedib, indi pul yoxdur.
 
- Yenə bəzi futbolçular “qara işlər”ə davam edir. Onlar qorxmurlar?
- Düşündük ki, 20 yaşlı oyunçu bu işə getməz. Ən azı gündə 2-3 nəfər prokurorluğa çağırılır. Yəqin ki, səsi çıxacaq. Bu, dövlətin adına ləkədir. UEFA-dan gələn məktubları özümə təhqir bilirəm. Bu yol kişi yolu deyil. Gedib daş daşısınlar, kişi kimi pul qazansınlar.
 
- “Xan Lənkəran” 1 milyon manatlıq büdcə göstərsə də, diviziona buraxılmadı...
- Bu məsələni İcraiyyə Komitəsində qaldırdım. Yeni gələn klubların ən uzun ömrü 2 ay olur. İstəmirik, çempionatın səviyyəsi daha da düşsün. Qərara gəldik ki, 1 il öz hesabına oynasın, görək Regional Liqada çıxış edə biləcəkmi? Ondan sonra I diviziona götürülər.
 
- AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, komanda 3 il Regional Liqada çıxış etməlidir. Belə olan halda hansı ağıllı iş adamı futbola pul yatırar?
- Axı, bunlar 1 nəfərdən asılı deyillər. İmkanları olsaydı, onları I diviziona qəbul edərdik. Şübhəli məqam var ki, belə qərara gəlinib. “Binə” ötən il gəldi, indi də dağıldı, getdi. “Xan Lənkəran”dan heç bir təminat gəlməyib. Gəlsə və bəlli olsa ki, klubu maliyyələşdirən, əziyyət çəkən insan var, bu, başqa məsələ. Elxan müəllim qanunla hərəkət edir. Regional Liqada da az pul xərclənmir. Kim futbola pul yatırmaq istəyirsə, onun qarşısı alınmır.
 
- Bildiyimizə görə, iki nəfər maliyyə ayırmaq istəyib, lakin AFFA-dan mane olublar.
- Bunu eşitməmişəm. Ötən il bir nəfər çox danışırdı. Ancaq sonra məlum oldu ki, maliyyə buraxan  o deyil.
 
- “Topaz”ın sponsorluğundan qazanılan məbləğ nə qədərdi?
- 600 min manat. Bu, bizim birillik büdcəmiz deyil.
 
- Bu yay hakimlərimizin toplanışı olmadı. Bunun fəsadları olmayacaq?
- İnanıram ki, olmayacaq.
 
- Hakimlərin qonorarının artımı nəzərdə tutulub?
- Aldıqları hələ çoxdur. Bir oyuna 700 manat az deyil.
 
- Birinci divizionun yayımı olacaq?
- Premyer Liqanı “CBC Sport” yayımlayacaq. Amma I diviziona söz vermirəm. Buna çalışacağıq.
 
- Berti Foqtsun vaxtında olduğu kimi, yenə çempionatda 2-3 həftəlik fasilə olacaq?
- Bu il millinin oyunlarını üst-üstə gəlsək, 2 ay fasilə olacaq. Amma maksimum 1 həftəlik fasilələr olacaq. Təki nəticə qazanılsın. Çempionat da milliyə görə keçirilir.
 
FƏRİD

 
tarix: 27-07-2018 12:51


 
Xəbər lenti
20.02.2019

13:46   Messi İnyestaya çatdı

13:24   Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09   Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42   Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21   Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:10   “Sevilya” “Latsio” ilə üz-üzə - YENİLƏNİR

12:01   “Hələ də şansımız qalır”

12:00   “Yuventus” “Atletiko”ya, MS “Şalke”yə qarşı - YENİLƏNİR

11:54   Kovaç heç-heçədən məmnundu

11:47   “Rubin” Balayevə qol vura bilmədi

11:37   Valverde azarkeşlərdən dəstək gözləyir

11:29   Klopp nəticədən razı deyil

11:15   “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00   Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48   Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43   Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32   Riberi 100-ə çatdı

10:26   Suares sonuncu dəfə 2015-də qol vurub

10:17   “Yuventus” hücumçusunu satdı

10:03   Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

09:47   Əli Babayev polislərimizi ələ saldı

09:35   “Barselona” Lionda qol vura bilmədi - VİDEO

09:25   “Liverpul”un “Bavariya” ilə heç-heçəsi - VİDEO

09:19   Şeydayev Səmədovun gəlişinə sevinir

09:12   Qurbanovun olduğu siyahıda Yurçeviçin tozu da yoxdu

09:00   Azərbaycan millisində azərbaycanlı niyə oynasın ki?

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az