(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Nəcəfov: “Əvəzedicilərin I Divizionda oynaması faydasızdı”

Nəcəfov: “Əvəzedicilərin I Divizionda oynaması faydasızdı”

Xəbərdarsınız ki, İcraiyyə Komitəsinin ötən ay keçirdiyi iclasda Topaz Premyer Liqası (TPL) komandalarının əvəzedicilərinin çempionatı ləğv edildi. Və TPL-in əvəzedicilərinin I Divizionda iştirakı məqbul bilindi. Ancaq buna ilk ciddi etirazı "Qəbələ" etdi. Bu məsələlər ətrafında yekun qərar verilməyənədək "Neftçi" də etirazçılar sırasındaydı, ancaq bu gün gündəmə şok effekti ilə daxil olan xəbər budur: "Qəbələ" əvəzedici komandasının I Divizionda iştirak etməsinə razı deyil.

Futbolinfo.az xəbər verir ki, bu qərara səbəb kimi klubun əlavə maliyyə itkisinə uğraması göstərilib.

İctimaiyyətdə ciddi narahatlığa səbəb ölkədə yenicə oturuşmuş, komanda halından klub halına keçiddəykən daha bir klubun iflasa uğrayacağı təhlükəsidir.

Bəs "Qəbələ" rəhbərliyi vəziyyəti necə şərh edir? Klubun vise-prezideni Fariz Nəcəfov "FutbolPress"in suallarını cavablandırıb:

- Fariz bəy, gündəmdə şok effekti yaradan qərarı səbəbi nədir?
- Səbəb klubun əlavə maliyyə itkisinə getmək istəməməsidir.  Biz peşəkar klubuq və hər addım müəyyən plana əsaslanır. Klubun illik, mövsümlük planları odur ki, bu plana bütün detallarla yanaşı maliyyə kiteriyası da qeyd edilir. İndi AFFA İcraiyyə Komitəsi qərar verir ki, əvəzedicilərin çempionatı ləğv edilsin,  komandalar öz əvəzedicilərini I Divizionda iştirakını təmin etsin. Biz bu məsələ haqda hələ Kublar Komitəsinin may ayındakı iclasında açıq şəkildə çıxış etmişdik - "Qəbələ" əvəzedicilərini I Divizionda oynatmayacaq. Çünki onadək artıq bizim bütün planlar hazırlanmışdı, büdcə də ona uyğunlaşdırılmışdı. Ancaq iyulda qərar verilir ki, əvəzedicilər yarışı ləğv edilsin və komandalar I Divizionda iştirak etsin. Bizim də buna imkanımız yoxdur.

- İmkanın olmamasını büdcənin əvvəlcədən müəyyənləşdirilməsiylə əsaslandırdınız. Əlavə çox xərc tələb olunur?
- Əlbəttə, böyük miqdarda xərc tələb edir. Biz Bakıda məskunlaşmış klub deyilik ki, oyunçular evindən çıxıb məşqə getsin, qayıtsın evinə və yalnız hansısa bölgə səfəri olanda (O da artıq yox kimidir - red.) yol xərcimiz olsun. Bizim bütün baza və infrastruktur bölgədədir. Və belə bir komandanın saxlanması bir neçə dəfə əlavə maliyyə yükü deməkdir. "Qəbələ" buna getmək fikrində deyil, çünki başqa istiqamətlərdə xeyli maliyyə məsrəfimiz var, həm də biz bunu faydasız hesab edirik. Bu haqda da əvvəlcədən fikrimizi açıqlamışdıq.

- Faydasızlığını izah edərdiniz...
- Bizim əvəzedicilərin heyətini əsasən 19 yaşlılardan ibarət komandanın üzvləri təşkil edirdi. Bir neçə futbolçu da əsas komandadan olurdu. İndi I Divizionda iştirakçün əlavə komanda saxlamlıyıq, formalaşdırmalıyıq. Bununçün də əlavə xərc laızmdır ki, o da planımızda yox idi. Bu məqamda bu qərar bizi hazırlıqsız yaxaladı. Biz hazır deyilik. Bir tərəfdən də, U-19 Gənclər liqasında iştirak edir. Yəni o komandanın, demək olar, tamamını akademiyamızın yetirmələri təşkil edir və onların iştirak etdiyi bir yarış var. Yenidən eyni komandanı başqa yarışda yükləmək işin ziyanına olar. Həm də I Divizionda iştirak edən komandaların meydançaları baxımsız vəziyyətdədir, hər oyunda ciddi zədə riskləri və s. varkən biz hansı məntiqlə bu çempionata qatılaq? Yenə qeyd edirəm, bu haqda fikirlərimizi may ayında açıq şəkildə bildirmişdik, ondan əvvəl də çıxışlarımızda vurğulamışıq ki, əlavə xərclər həddən artıq çoxdur və əsassızdır, ümumi işin irəli getməsinə səbəb yaratmır. Ona görə də "Qəbələ"nin əvəzedicilərini I Divizionda oynatmağı həm idman faydası baxımdan, həm maliyyə itkiləri səbəbindən etibarsız hesab etdik. AFFA-ya, PFL-ə müraciət ünvanladıq, bu təklifimizi dəyərləndirsinlər.

- Təklif qəbul olunmasa..?
- Bütün vəziyyət detallı izah edilib, çatdırılıb və haqlı olduğumuz ortadadır.

- "Qəbələ"nin əsas heyətini hansısa təhlükə gözləyir?
- Heç bir təhlükədən söhbət gedə bilməz. Düzdü, əsas heyətin büdcəsi azaldılıb, ancaq bundan sonra heç bir probem ola bilməz, çünki büdcə təsdiqlənib, işlər də ona əsasən davam edir. Uşaq akademiyasının büdcəsi bir manat da azaldılmayıb. Əksinə, bütün diqqətimizi akademiyaya yönəltmişik. Çünki "Qəbələ"nin əsas məqsədi futbolçu yetişdirməkdir və bununçün də akademiyanın fəaliyyəti daim diqqətdə olmalıdır. Əsas komandanın isə tam formalaşdığını və çempionata hazır olduğunu görürük. Bundan sonra "Qəbələ" üçün hansısa maliyyə probleminin, yaxud arzulanmaz qərarın olmayacağı dəqiqdir.

- Akademiyadan əsas heyətə inteqrasiya da artıb...
- Çünki artıq zamanıdır. Öz məhsullarımızdan yararlanmaq vaxtıdır. Əsas heyət üçün əlavə xərcə düşüb legioner gətirməkdənsə öz yetirmələrimizi yoxlayırıq. Əsas heyətlə hətta U-17 komandamzdan məşq edənlər var. Sıx müşahidə altındadırlar və onların arasında seçilib, əsas heyətə dəvət edilənlər olacaq/ Bu proses daim olub, sadəcə, artıq daha sürətlənib.


 
tarix: 04-08-2018 14:18


 
Xəbər lenti
20.08.2018

12:06   İlk dubl, iki yubiley

11:44   Eminsiz “Kalmar”dan səfər qələbəsi

11:20   Frederiko: “Neftçi”də ilk qolumu vurduğuma görə çox şadam”

11:03   “Ayntraxt” Mahmudovsuz məğlub oldu

10:56   Nazirin gözü önündəki biabırçılıq

10:37   “eTopaz”da günün canlı oyunları

10:21   Quliyev 1, “Rostov” 4 qol vurdu

10:12   Əfranın dualarıyla qazanılan matç

10:00   “TOPAZ”DA BU GÜN

09:51   1000 manatlıq qələbə

09:36   Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

09:28   Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

09:11   Milli məşqçilərinin gözü önündə

09:00   Ceyms Adeniyi: “Neftçi”dən daha yaxşı oynadıq”

02:26   Marsel “Olimpik”i səfərdə uduzdu

02:14   “Real” da ilk oyunda qalib gəldi

01:56   MY uduzdu, MS 6 qola sevindi

01:26   Millimizdən 4 qol - “Nəticə bizi aldatmamalıdı”

01:17   “İnter” məğlubiyyətlə, “Roma” qələbə ilə başladı

00:57   “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

00:40   “Sumqayıt” “Sabah”ı qol vurmasına peşman etdi - VİDEO

00:28   “Neftçi” Super Liqanı 3-cü pillədə başa vurdu

00:15   Qoran Paratski: “Oyunu rahat şəkildə bitirməliydik”

19.08.2018

23:21  Elşad Əhmədov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

23:02  Nazim Süleymanov: “Bundan da yaxşı çıxış edə bilərik”

22:22  “Sumqayıt”dan darmadağın, “Neftçi”dən ikinci qələbə

21:56  “Neftçi”dən ardıcıl 2-ci qələbə - VİDEO

21:47  Sənan Qurbanov: “Hər kəs səhv edə bilər”

21:36  Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

20:34  Ramil Şeydayev yeni klubunda debut etdi

16:45  Super Liqa klubundan daha 2 transfer

15:29  Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35  “Qalatasaray”dan daha bir transfer

14:09  Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31  UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19  Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01  Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31  Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00  Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31  Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Paşayevin klubundan ilk məğlubiyyət

02:10  “Barselona” qələbə ilə başladı

01:45  “Monako” büdrədi, PSJ qalib gəldi

01:30  “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14  London derbisində “Çelsi” sevindi

01:00  İtaliya çempionatı da başladı

00:43  “Fənərbaxça” uduzdu

00:25  Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az