(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Keşlə”nin baş məşqçisi: “Onun mövqeyinə 2 futbolçu gətirəcəyik”

“Keşlə”nin baş məşqçisi: “Onun mövqeyinə 2 futbolçu gətirəcəyik”

“Keşlə” serbiyalı yeni baş məşqçisi Mladen Milinkoviçin rəhbərliyi altında 2-ci yoxlama oyununda da 0:2 hesabı ilə uduzdu. 

Futbolinfo.az xəbər verir ki, “Neftçi”dən sonra Topaz Premyer Liqasında digər rəqibi “Qəbələ”dən bu məğlubiyyəti alan Azərbaycan Kubokunun qalibinin yeni çalışdırıcısı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- “Keşlə”ni çıxardığınız ikinci yoxlama oyununda da eyni hesabla uduzdunuz. Bu matç sizə nə verdi?
- Komanda daha yaxından tanış olmaq imkanı qazanıram. Bu dəfə də müəyyən informasiyalar topladım. 10 gündü komandayla işləyirəm və görmək istəyirəm ki, komanda dediklərimi nə qədər mənimsəməyi bacarıb. Həm də ən əsası, baxmaq istəyirdik ki, Sezar Meza Kollinin gedişindən sonra bizə onun mövqeyinə əvəzləyici lazımdı, yoxsa bunu daxili ehtiyat qüvvəsi hesabına vəziyyətdən çıxa bilərik.

- Hansı nəticəni çıxardınız?
- Sezarın mövqeyinə yeni futbolçu cəlb edəcəyik.

- Konkret namizəd var?
- 2-3 futbolçuya baxırıq. Onlar arasında seçim edəcəyik. Ancaq rəsmi müqavilə imzalamayanadək ad çəkməyəcəyik.

- Bunlar son klubunuz “Kukesi”dəndi?
- Yox. Nə “Kukesi”dəndi, nə də ümumiyyətlə, Albaniyadan.

- Ancaq Albaniya mətbuatı hələ “Qarabağ”la matç öncəsi “Kuesi”nin 2 futbolçusuyla danışıqlar aparmaq üçün Bakıda onunla görüşdüyünüzü yazmışdı. Hətta görüşdən çəkilən fotoda keçmiş futbolçunuz, hazırda “Qəbələ”də oynayan Rauf Əliyev də vardı...
- Yox. Bu, adi görüş və ordan çəkilən foto idi. Məni sadəcə, həmin futbolçularla görüşə dəvət etmişdilər. Oturub söhbətləşdik. Başqa heç bir şey yoxdu.

- Həmin fotoya əsasən belə qənaətə gəldik ki, Raufla aranızda artıq problem yoxdu...
- Onunla nə Albaniyada problemim vardı, nə də burda. Həmin Albaniya mətbuatı yazmışdı ki, guya Raufun ünvanına xoş olmayan söz demişəm. Ancaq belə şey olmayıb. Müsahibəmdə demişdim ki, Rauf yaxşı futbolçudu, sadəcə, Albaniya futboluna və buradakı həyata adaptasiya ola bilməyib. Bu, futbolda ilk belə hal deyil. Hətta yüksək səviyyəli futbolçular başqa ölkədə çıxış edəndə adaptasiya ola bilmilər. Bunun nəticəsində fərqli ölkədə oyunları, karyeraları alınmır.

- Belə söz-söhbət də gəzir ki, sizi “Keşlə” rəhbərliyinə burda çalışan həmyerliniz Aleksandr Karakliç məsləhət görüb...
- Yox. Prezidentimizin Serbiyada dostu var və o, namizədliyimi təklif edib. Karakliçə də belə serbiyalı məşqçinin olduğunu deyiblər. Soruşublar ki, tanıyırsanmı, necə məşqçidi. O da məni tanıdığı üçün fikirlərini bildirib və sonda təyinat reallaşıb.

- Özünüzə tanıdığınız köməkçi gətirmək fikriniz varmı?
- Buna ehtiyac görmürəm. Məşqçilər korpusumuz, yetərincə köməkçim var. Əsas ona görə bu etmək istəmirəm ki, geniş heyəti sevmirəm. Bir-iki futbolçu da dəvət edəcəyik, onunla heyətimiz tam komplektləşəcək.

- Belə çıxır ki, təkcə Sezarın çıxış etdiyi oyun qurucusu yox, başqa mövqeyə də futbolçu cəlb etmək fikrindəsiniz?
- Orta sahəyə oyunçular gətirməyimiz lazımdı. Heyətə cəlb edəcəyimiz hər iki futbolçu oyun qurucusu olacaq.  

- Yeni çempionatın starına 1 həftədən də az vaxtı qaldı. Siz də “Keşlə”yə gec gəldiyinizdən, hazırlıq keçməyə, komandayla yaxından tanış olmağa vaxtınız az olub. Maraqlıdı ki, belə çətinliklər olduğu halda, gözləntiniz nədi?
- Həqiqətən az vaxtım olub. Birgə işlədiyimiz müddətdə zamandan maksimum yararlanaraq çox şey görmək istəyirik. “Qəbələ”ylə matçda məşqdə etdiklərimizdən çox şeyi görə bildik. Bu, çox gözəldi. Ancaq elə şeylər də var ki, məşqdə bunun üzərində çalışmışdıq, ancaq qarşılaşmada alınmadı. Ümid edirəm ki, ilk 3 turda yaxşı nəticələrə imza atacağıq. Bundan sonra isə çempionatda böyük fasilə yaranacaq. Həmin 3 həftə ərzində bütün hər şeyi edəcəyik ki, komanda sentyabrda tam hazır olsun. Hesab edirəm ki, 1 aydan sonra komanda tələblərimə tam cavab verəcək. (Futbol11)


 
tarix: 05-08-2018 14:18


 
Xəbər lenti
20.08.2018

12:06   İlk dubl, iki yubiley

11:44   Eminsiz “Kalmar”dan səfər qələbəsi

11:20   Frederiko: “Neftçi”də ilk qolumu vurduğuma görə çox şadam”

11:03   “Ayntraxt” Mahmudovsuz məğlub oldu

10:56   Nazirin gözü önündəki biabırçılıq

10:37   “eTopaz”da günün canlı oyunları

10:21   Quliyev 1, “Rostov” 4 qol vurdu

10:12   Əfranın dualarıyla qazanılan matç

10:00   “TOPAZ”DA BU GÜN

09:51   1000 manatlıq qələbə

09:36   Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

09:28   Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

09:11   Milli məşqçilərinin gözü önündə

09:00   Ceyms Adeniyi: “Neftçi”dən daha yaxşı oynadıq”

02:26   Marsel “Olimpik”i səfərdə uduzdu

02:14   “Real” da ilk oyunda qalib gəldi

01:56   MY uduzdu, MS 6 qola sevindi

01:26   Millimizdən 4 qol - “Nəticə bizi aldatmamalıdı”

01:17   “İnter” məğlubiyyətlə, “Roma” qələbə ilə başladı

00:57   “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

00:40   “Sumqayıt” “Sabah”ı qol vurmasına peşman etdi - VİDEO

00:28   “Neftçi” Super Liqanı 3-cü pillədə başa vurdu

00:15   Qoran Paratski: “Oyunu rahat şəkildə bitirməliydik”

19.08.2018

23:21  Elşad Əhmədov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

23:02  Nazim Süleymanov: “Bundan da yaxşı çıxış edə bilərik”

22:22  “Sumqayıt”dan darmadağın, “Neftçi”dən ikinci qələbə

21:56  “Neftçi”dən ardıcıl 2-ci qələbə - VİDEO

21:47  Sənan Qurbanov: “Hər kəs səhv edə bilər”

21:36  Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

20:34  Ramil Şeydayev yeni klubunda debut etdi

16:45  Super Liqa klubundan daha 2 transfer

15:29  Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35  “Qalatasaray”dan daha bir transfer

14:09  Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31  UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19  Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01  Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31  Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00  Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31  Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Paşayevin klubundan ilk məğlubiyyət

02:10  “Barselona” qələbə ilə başladı

01:45  “Monako” büdrədi, PSJ qalib gəldi

01:30  “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14  London derbisində “Çelsi” sevindi

01:00  İtaliya çempionatı da başladı

00:43  “Fənərbaxça” uduzdu

00:25  Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az