(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rəfiyevin futbol bazarı

Rəfiyevin futbol bazarı

Əhali sayına görə ölkənin ikinci şəhərinə çevrilib Sumqayıt. Yarım milyona yaxın insan yaşayır burada.
 
2 stadionu var, amma didərgindi, Premyer Liqanın yeni mövsümünə başlamaq üçün yer axtarır. Birində təmir gedir, o birisi SSRİ vaxtı beynəlxalq miqyaslı yarışları, müstəqillik dönəmində avrokubok oyunlarını qəbul etsə də, indi yiyəsiz, baxımsızdı. Meydanı o qədər yaxşıdı ki, şəhərin eyniadlı komandası burada məşq edir, amma oyuna çıxması, rəqib qəbul etməsi üçün şərait yoxdu, hamı 1000 nəfərlik qondarma arenanın təmirdən çıxmasını gözləyir.
 
Bu şəhər futbol diyarı olub. SSRİ-nin müxtəlif yığmalarına Avropa, dünya çempionları verib, ötən əsrin  sonlarında millimizə saysız oyunçular bəxş edib, əksər iddialı klubların heyətindən sumqayıtlı kimsə xali olmayıb, medallar uğrunda oynayanlarda mütləq bir neçə sumqayıtlı olub. İndi isə milli komanda nədir, hətta klubun özündə yerli uşaqlar barmaqla sayılacaq qədərdi.
 
“Sumqayıt” klubu indi ələbaxan yetimə oxşayır. İllərdi mövcudluğundan bir qrup insandan başqa kimsə xeyir görmür. Yerli camaatın nakam sevgilisidi, məhəllə komandasından o yana keçə, böyüyə bilmir. Milli komandalarımıza ehtiyat qüvvə hazırlayan klub kimi təqdim edilir, amma kimsə burada yetişmir, milliləşənlərin baza klubudu. Əvəzində menecerlər, prezidentlər yetişdirib, transfer edirlər.
 
İndi də burada Riad Rəfiyev bazar açıb. Klub prezidenti sayılan növcavan “Sumqayıt”ı pulgətirən obyektə çevirib, başını açıb pul qazanır. Komandaya onun və rəhbərlikdə təmsil olunan 1-2 nəfərin müştərisi olmayan kimsə yaxın düşə bilməz. Transferlərdən gələn menecer haqqı da özlərinindi, maaş da müştərilərinin. Pul isə dövlət müəssisəsindən havayı gəlir – qalır onu bu şəkildə bölüşdürmək.
 
Dolandırır, dolanırlar, heç kim hesabat istəmir, yarım milyon əhalinin yeganə əyləncəsi olan komandanın nəticələri vecə deyil. Ötən mövsüm 3-cü pillədə qəbul etdiyi komanda avrokuboka vəsiqəni cibindən çıxarıb başqasına verdi, amma o, yenə də postundadı. Nə qınayan oldu, nə narazı qalan.
 
Adamlı adamdı, arxasında AFFA-nın baş katibi Elxan Məmmədov, SOCAR-ın və assosiasiyanın vitse-prezidenti Elşad Nəsirov var. Ona görə də istədiyini edir, pulunu qazanır, payları çatdırır, qorunur.
 
“Sumqayıt” bir müddət öncə Dmitri Nağıyevi transfer etmişdi. Rəfiyevin sahibi olduğu menecer şirkətinin müştərisi “kimyaçılar”a gəldiyi kimi də getdi. “3R Sports Management” (3 R – Rəfiyev Riad Rasim oğlu) onun “Sumqayıt”a gəlişinə görə də qazandı, Portuqaliyanın aşağı dəstə təmsilçisinə getməsinə görə də. Qazanmayan təkcə “Sumqayıt” oldu. Utanmaz-utnmaz açıqlama da verdilər ki, milli komanda naminə təmənnasız yola salıblar. Hansı milli komanda? Heç Dmitrinin səviyyəsi milliyə uyğundumu? O yalnız rahat pul qazanmaq üçün milliləşdirilib. Səviyyəsi olsaydı, Ukraynada qalıb oynayardı, dağılan Vyana “Qarabağ”ına getməzdi.
 
Ümumiyyətlə, bir klub bu gün aldığı oyunçunu sabah başqasına niyə bağışlasın ki? Bəs, klubun maraqları?
 
“Sumqayıt”da yalnız Rəfiyevin və himayədarlarının maraqları var. Komandaya bu yay gələnlərin siyahısına baxın: Sərdar Sərdarov, Arif Daşdəmirov, Əfran İsmayılov, Elvin Məmmədov, Şəhriyar Əliyev, Yusif Nəbiyev, Murad Xaçayev, Aleksey İsayev, Əli Babayev, Qvanzav Maqomedov – hamısı Riadin müştəriləridi. “3R Sports Management”in “Feysbuk” səhifəsinə və saytına baxıb əmin ola bilərsiz. Ən maraqlısı, Qvanzav kimi divizion klubuna yararsız birinin buraya gətirilməsidi.
 
Sərdar Sərdarov, Arif Daşdəmirov, Murad Xaçayev, Aleksey İsayev, Əli Babayev, Qvanzav Maqomedov və baxışda olan Andrey Popoviç – hamısı milliləşənlərdi və milli komandalarımzda heç vaxt söz sahibi olmayıblar. Və bunlardan əksəriyyəti başqa ölkə vətəndaşıdı. Məsələn, həmin Əli Babayev İsrail pasportu daşıyır, amma söz düşəndə “Sumqayıt”da legionerlərə qadağa olduğunu deyirlər. Bəs, bu uşaqlar kimdi? Biri “Şaxtyor”dan, digəri “Zenit”dən gətirilib. Səviyyələri olsaydı, Ukrayna, Rusiya klubları niyə onlardan imtina edirdi? Sumqayıt komandası, Azərbaycan millisi Rəfiyev üçün oyuncaqdı, bazarını qurub pul qazanır.
 
Əksər dağıstanlılar kimi bu futbolçulara da milli pasport veriləcək və artıq gələn il onların heç biri kiməsə lazım olmayacaq. Necə ki, indi heyətdə olan Mehdi Cənnətov (əslində, Canetov) hətta əvəzedici qapıçı kimi də yararlı deyil. Bu uşaqlar azərbaycanlı balalarının qarşısını alır – həm səviyyələri yoxdu, həm də dayday hesabına sumqayıtlı yeniyetmələrin yerini tuturlar.
 
Riadın futbolçu biznesinin sərhədləri “Sumqayıt”la məhdudlaşmır. Prezident kimi menecerliyinə qadağa olduğundan sahibi olduğu şirkətə formal fiqurlar qoyub, alverini davam etdirir. Çempionatda rəqibi olan “Səbail”ə oyunçu yerləşdirib, “Sabah”a məsləhət verib, “Keşlə”yə Elnur Cəfərovu göndərib, “Neftçi”də Rəhman Hacıyev, Namiq Ələsgərov, Emin Mahmudov və Kvame Karikari (şərikli), “Qarabağ”da Vaqner da Silva (şərikli), eyni zamanda Araz Abdullayev məhz ondan məsləhət alanlar, ona faiz qazandıranlardı.
 
Görəsən, “Sumqayıt” bu komandalarla üz-üzə gələndə Rəfiyev kimə azarkeşlik edəcək? Və ya kim zəmanət verə bilər ki, bu oyunçular hansısa qara əməliyyatın iştirakçısı olmayacaq? Hətta bu olmasa da, heç bir fövqəlbacarığı olmayan Rəfiyevin qazancını hesablayın: futbolçuları sayın və onların hər birinə görə orta hesabla aylıq 1000-1500 manatı üst-üstə gəlin. “Sumqayıt”da paketlə aldığı 10 min manatlıq vəzifə maaşını da nəzərə alsaq, ayda 25-30 min. İndi bu pulu ayda 200-300 manata göz dikən 100-120 müəllim, həkim, alim arasında bölün.
 
Sumqayıtın yarım milyona yaxın əhalisi var. Onlarla veteran futbolçu işsizlikdən əziyyət çəkir, ortada qalıblar. Klub isə hamisi güclü olan, ancaq cibini düşən bir uşağın ümidinə qalıb. Yəni Sumqayıtda bu işi daha yaxşı görə biləcək, komandaya həqiqətən can yandıracaq bir nəfər yoxdumu? Yoxsa daydaysızdılar?
 
FƏRİD

 
tarix: 06-08-2018 10:34


 
Xəbər lenti
22.07.2019

12:37   “Napoli”ni “Benfika”ya dəyişdi

12:16   295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:30   “Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - YENİLƏNİR

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:10   “Qarabağ”ın potensial rəqibi məlum olur - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az