(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
"Qəbələ"nin açıqlaması məntiqlidi"

"Qəbələ"nin açıqlaması məntiqlidi"

Hakimlər Komitəsi ilə Hakim İnspektorlar Komitəsinin birləşdirilməsi yeni müzakirə deyil. Ancaq bu və gündəmdəki başqa məsələlər haqda yenilik nədir - Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "FutbolPress"ə açıqlayıb.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Komitələrin birləşdirilməsi haqda yeni heç bir müzakirə və ya qərar yoxdur. Ümumiyyətlə, bu ərəfələrdə proseslərə ciddi təsir eləyən qərarların qəbul olunması uğurlu nəticə verməyə bilər. Hər bir məqamı ciddi ölçüb-biçib qərarlaşdırmaq vacibdir ki,  sonradan boşluqlar aşkara çıxmasın. Yalnız ən mükəmməl forma alan qərarları qəbul eləmək lazımdır.

- FIFA dərəcəli hakimlərimizin srasında dəyişikliyin gözləndiyi müzakirə edilir. Son mövsümü səhhətindəki problemlər və s. səbəblərdən yaxşı keçirməyən Ömər Paşayevi yaxşı performans göstərmiş Rauf Cabbarovun əvəzləyəcəyi deyilir.
- Rauf Cabbarov son mövsümdə əla hakimlik göstərdi. Öz üzərində çalışır, nəticələri də yaxşılaşır. Ancaq kiminsə FIFA hakimləri siyahısından çıxarılması gündəmdə deyil. Bu il dörd hakimin adı göndəriləcək.

- Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Rauf Cabbarov. Ancaq dörd namizədin adı göndərilsə də, üçünün təsdiq ediləcəyi gözlənilir. Belədə Öməri Raufun əvəzləyəcəyi...
- Onu indidən demək olmur. Dörd adın göndərilməsinə səbəb Əliyarın bu il I kateqoriyaya yüksəlməsidir. Güman edirik ki, bu məqamın təsiri ola bilər və Azərbaycana dörd yer verilər. Bu il olmasa belə, mütləq veriləcək.

- Bunu hakimliyin inkişafı kimi dəyərləndirmək doğrudur, yoxsa "bir güllə bahar"?
- Nə bir güllə bahar sayıram, nə də hakimliyin elə böyük inkişafı adlandırıram. Bu çox ağır prosesdir. İllərlə bu sahədəki problemlərlə mübarizə apardıq. Şükür ki, problemləri minimuma azaltmışıq. Əvvəllər mətbuatda hər gün hakimlikdə rüşvət problemindən yazılırdı, indi bu hallara, demək olar, rast gəlmirik. Son illər daha çox hazırlıq, zəif hakimlik məsələləri müzakirə edilir. Əsas odur ki, rüşvət olmasın, qalan problemləri həll eləmək olur.

- Anar Salmanov bugünkü çıxışında deyib ki, ölkə çempionatında cəmi 8 komanda oynayır. Buna görə o boyda PFL nəyə lazımdır? Sizə ünvanlayaq sualı, nəyə lazımdır?
- PFL nəyə lazımdır? Bu qurum yalnız 8 komanda üçün yaradılmayıb axı. I Divizion, ölkə kubokunun təşkili, keçirilməsi və sadalanası bir çox işləri məhz PFL görür. 10 ildir bu qurum var və faydasının nədən ibarət olduğunu futbol təsərrüfatndakılar görür. Bu qurum yaradılanda 8 komanda deyildi ki, indi belə bir fikir səsləndirilsin. Ölkə çemionatında klub sayının azalması PFL-in günahı deyil ki, bu məsələdə məhz PFL diqqət mərkəzinə çəkilsin. Bizim qurum klub yaradan, ya da ki klub dağıdan deyil, yarışların təşkilinə cavabdehdir. Bunu da ən yüksək səviyyədə, problemsiz görmüşük. Mən bu sözləri deməklə futbol camaatına kiçik hesabat verdim, həmişə də buna hazıram. Anar Salmanova cavab kimi demədim bunu. O, hakimlikdəki ciddi nöqsanlarına görə, bağışlanmaz səhvlərinə görə qovulub. Ona görə də PFL haqda acıqlı danışması təbiidir. Hətta bütün günahları da PFL-də görə bilər, təəccüblənmərəm.

- Gündəmin əsas məsələsi "Qəbələ"nin əvəzedici komandasının I Divizionda iştirakdan imtina etməsidir. Klub bununla bağlı AFFA və PFL-ə müraciət etdiyini açıqladı. Qərarınız nə olacaq?
- Müraciət şifahidir, yəni mən də olanlarla, deyilənlərlə mətbuat vasitəsiylə tanış olmuşam. Rəsmi heç bir sənəd yoxdur. Ancaq açıqlamalara baxmışam və haqlı hesab edirəm. Klub düşünür ki, əsas gücü 19 yaşlılardan ibarət komandaya qoyur və o komanda da müvafiq liqada iştirak edir. Diviziona birləşdirilən əvəzedicilərin çempionatında da bu komanda iştirak edirdi. İndi hesab edirlər ki, əvəzedicilərin çempionatı yoxdursa, eyni komandanı iki müxtəlif yarışla yükləməsinlər, əlavə komanda formalaşdırmağa da maddi cəhətdən hazır olmadıqlarının bildirirlər. Açıqlamalarında məntiqsiz heç nə görmədim. Ancaq məsələ ətrafnda müzakirələr olacaq. AFFA və PFL öz mövqeyini ictimaiyyətə açıqlayacaq.

- Qərarın nə olacağı vacib xəbərdir...
- Bilirəm, əlbəttə. İndidən heç nə demək olmaz. Bircə məsələ dəqiqdir ki, AFFA və PFL klublara qarşı deyil, onların yanındadır. Problem varsa, buna görə klubun üzərinə getmək yox, ciddi araşdırıb uyğun qərar qəbul etmək lazımdır. Çıxış yolu həmişə var.

- TPL-in startına lap az qaldı, I Divizionun püşkatması isə gecikir...
- Bu həftənin 4, ya da 5-ci günü Divizionun püşkü atılacaq.


 
tarix: 06-08-2018 13:38


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az