(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
BATE-nin baş məşqçisi: “Kiminlə oynadığımızı yaxşı bilirik”

BATE-nin baş məşqçisi: “Kiminlə oynadığımızı yaxşı bilirik”

“Qarabağ” təcrübəli və keyfiyyətli komandadır. Son illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Komandaya Qurban Qurbanov kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Şansların bərabər olduğunu düşünürəm”. 

Futbolinfo.az xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirəcəkləri ilk oyundan əvvəl deyib. 

37 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. 

- Son həftələrdə komandanız uzaq səfərlər edib. Bu işinizə mənfi təsir edəcək?
- Avrokuboklarda çıxış edən hər bir komanda bu cür şərtlərə hazır olmalıdır. BATE Finlandiyadan gəlsə də, bu, bizə problem yaratmayıb.

- BATE HİK-lə görüşdə yaxşı çıxış etmədi. Bu, rəqibi qiymətləndirməməklə bağlı idi, yoxsa öz oyunuzu nümayiş etdirə bilmədiniz?
- Hər ikisini qeyd edərdim. Evdə qolsuz heç-heçə qeydə alındı. Səfərdə isə 2 qol vuraraq mərhələni adladıq.

- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib ki, ilk matçı Bakıda keçirmək BATE üçün üstünlükdür. Bununla razısınız? 
- Bunu demək çətindir. Bizim də ilk matçı evdə keçirdiyimiz vaxtlar olub. Lakin “Qarabağ”ın kapitanı ilə razılaşmamaq mümkün deyil. Çünki təcrübəli futbolçudur. 

- “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hansı oyunları izləmisiniz? 
- Hamısını. İşimiz budur.

- Pro kurslarında Aftandil Hacıyev və Ayxan Abbasovla bir yerdə olmusunuz. Onlardan hansısa məlumat almısınız?
- Təbii ki, əlaqə saxlamışam. Amma tam başqa mövzuda. Onlar mənə hədiyyə gətirmişdilər. Bununla bağlı məsələdir. 

- Bakıda sizi hansı nəticə qane edir? 
- Oyuna ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticə bizim üçün məqbuldur. 

- Cütün qalibi “Qarabağ” olmasa, bizim üçün sürpriz sayılacaq. Bəs siz keçə bilməsəniz, bunu faciə kimi qəbul edəcəksiniz?
- Təbii ki, uğursuzluq olacaq. Qarşımıza qoyulan məqsəd bacardıqca irəli getmək və qrupa düşməkdir.

- Pley-off mərhələsində PSV-nin düşməsi motivasiyanıza mənfi təsir etmədi ki?
- Bu barədə danışmaq tezdir. Hazırda yalnız “Qarabağ” haqqında düşünürük.

- Azərbaycandan fərqli olaraq, Belarusda çempionat başlayıb. Bu sizin üçün üstünlükdür? 
- “Qarabağ” yaxşı təlim-məşq toplanış keçib. Həmçinin avrokubokda 4 oyun keçirib. Bu həftə çempionat da start götürəcək. Komandaların hansı çempionatda iştirak etdiyini nəzərə alsaq, avrokubok görüşlərinin tam fərqli atmosferdə keçəcəyini söyləyə bilərəm. (Report)


 
tarix: 06-08-2018 19:21


 
Xəbər lenti
25.03.2019

01:50   Hollandiya Almaniyaya, Xorvatiya Macarıstana uduzdu

24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az