(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məhv edilən sabah: AFFA-nın limitinə uyğun sayda futbolçu yoxdu

Məhv edilən sabah: AFFA-nın limitinə uyğun sayda futbolçu yoxdu

AFFA İcraiyyə Komitəsinin iclasında tarixi qərar qəbul olundu. Düzdü, bu qərarı “doğru” təyini ilə ifadə edə bilməyəcəyik, amma artıq strategiya seçilib, yol müəyyənləşib.
 
Geriyə yol yoxdu, ən azı bir il bu qərarın nəticələrini görəcəyik. Yalnız bu müddətdən sonra geriyə neçə addım atıldığını, bu qərarın hansı fəsadlara yol açdığını anlayacağıq.
 
Komitənin iclasında qərar qəbul edildi ki, I divizionla Premyer Liqa klublarının əvəzedici heyətlərinin yarışı birləşdirilsin, vahid çempionat keçirilsin. Bu qərarın ən pis tərəfi yarışın uşaq liqası səviyyəsinə endirilməsi, ciddi yaş limitinin qoyulmasıdı. Fayda görməyəcəyimiz indidən bəlli olsa da, AFFA başbilənləri burnunun dikinə hetdi, komitə üzvləri lazımsız qərar verdi.
 
Hələlik “Qəbələ” ayılıb. Bölgə təmsilçisi bu yanlış yolu getməməyi lazım bildi, perspektivsiz layihəyə görə xərcə düşməyə gərək görmədi. “Qırmızı-qaralar”ın diviziona komanda buraxmamaq qərarı AFFA-nın planlarına zərbə vursa da, yeni konsepsiyanın ləğvinə səbəb olmadı. Assosiasiyadan idarə olunan digər klublar düşünmədən bu qərara “baş üstə” deməyi lazım bildi.
 
Bəs, klublarımız bu qərara hazırdımı? Onlar yeni layihənin faydalılığını hesablayıbmı?
 
Qərara görə divizion komandaları 4 sərbəst, 6 nəfər 1998-ci il təvəllüdlü və cavan, 1 nəfər isə 2001-ci il təvəllüdlü futbolçu ilə oynamalıdı. Start heyəti üçün müəyyənləşdirilən bu limit bəzi hesablamaları aparmağımızı gərəkdirir.
 
Start heyətdə 6 futbolçu olacaqsa, əvəzetmələri, zədəliləri, cəzalıları nəzərə alaraq, klublar minimum bunun 2 qatı qədər, yəni 12 futbolçunu iştirak ərizəsinə salmalıdı. Yarışa 14 komandanın qatılacağını nəzərə alsaq, 168 oyunçu lazımdı. Lakin bu, minimum həddir, say 180-190 civarında olmalıdı. 2001-ci il təvəllüdlü bir futbolçunun da oynayacağını nəzərə alsaq, klublar azı 3 belə futbolçunu heyətə qatmalıdı. Kimsə zədəli, cəzalı ola bilər və belə olanda həmin limitə düşən futbolçunu əvəzləmək lazım gələrkən problem yaşanmasın. Deməli, daha 42 oyunçu gərəkdi. 168-in üzərinə 42-ni gələrkən 210 belə oyunçunun lazım olduğunu görürük.
 
Limitə uyğun gələn bu qədər yeniyetmə varmı? Ötən mövsüm əvəzedicilərin yarışında və I divizionda oynayan klubların iştirak ərizələrinə baxdıq və məlum oldu ki, 170 nəfər 98-ci il təvəllüdlü və daha cavan olan oyunçunun adı siyahıya düşüb və az qala yarısı ya oynamayıb, ya da bir neçə matçda meydana çıxıb. Onların arasında 20-ə yaxını 2001-ci il təvəllüdlüdü ki, bu da lazımi sayda futbolçunun olmaması deməkdi. 168 yer üçün təqribən 150 futbolçu var.
 
Ötən mövsüm iştirak ərizəsinə adı düşən 1998-ci il təvəllüdlü və daha cavan oyunçuların klublar üzrə sayı:
 
Əvəzedicilər
Qarabağ – 27
Qəbələ - 20
Neftçi - 20
Keşlə - 17
Zirə - 16
Sumqayıt - 15
Səbail - 14
Kəpəz - 14
Cəmi: 143
 
Divizion klubları
Turan Tovuz - 9
Zaqatala - 4
Sabah - 4
MOİK - 3
Xəzər - 2
Qaradağ Lökbatan - 1
Şüvəlan - 1
Binə - 1
Mil Muğan - 1
Ağsu – 1
Cəmi: 27
 
Təsəvvür edin, AFFA 140 minlik futbol ailəmizin olduğunu bildirir, təbliğ edir, amma 98-ci il təvəllüdlü və daha gənc olan 200 nəfəri ortaya çıxara bilmirik. Deməli, o siyahı qondarmadı, yalandı, sabun köpüyüdü.
 
Bu yaş dövrü elədi ki, keçid mərhələsidi, futbolçuların taleyinin həll olunduğu zamandı. Yəni bu oyunçuların böyük qismi bu yaşda istedadını göstərə bilmir, sıradan çıxır, onların da bəziləri inadkar olduqları təqdirdə sonradan yenidən səhnəyə qayıdır. Deməli, seçim, uşaqlara diqqət daha həssas olmalıdı, ən yaxşılar ələnməlidi.Lakin bu limitlə bağlı vəziyyət elədi ki, klublar bütün oyunçuları – səviyyələrindən asılı olmayaraq – oynatmağa məcburdu.
 
Limit tələbinə görə komandalar ən yaxşılara deyil, hamıya şans verəcək. Belədə səviyyə aşağı enəcək, hətta istedadlılar da it-bata düşəcək. Bu yarışda inkişaf, irəliləmək mümkünsüzdü. Ölkədə olan azsaylı istedadlı gənclər də bu minvalla sıradan çıxacaq. Ən pisi odur ki, növbəti mövsüm yeni limit tələbinə görə bu uşaqlar ümumiyyətlə, lazımsıza çevriləcək. Hər il yenilənmə olacağından, növbəti mövsüm 1999-cu ildə doğulanlar şans qazanacaq, Premyer Liqada məhdud komanda sayı üzündən bu uşaqlar ora yüksələ, heyətə düşə bilməyəcək və məhv olacaqlar.
 
Ümumiyyətlə, limitin belə kütləvi tətbiqi çempionatın səviyyəsinə ciddi şəkildə zərbə olacaq. Futbolçuların məcburiyyətdən divizion klublarına doldurulması digər komandalara da zərər verəcək. U-19 və U-17 liqalarında oyunçu çatışmazlığı olacaq, orada da yalnız istedadlılara deyil, hamıya şans veriləcək. Belədə nəinki inkişaf olmayacaq, əksinə, az-çox seçilənlər də geriləyəcək.
 
Limitin tamamilə lazımsız olduğunu da demirik. Belə qadağa hələ SSRİ dövründə də olub. Amma o zaman yalnız ikinci liqada 2 gəncin məcburiyyətdən oynadılması tələbi var idi, daha güclü liqalarda buna ehtiyac duyulmurdu. Belədə inkişaf da təbii yolla gedir, Anatoli Banişevski 20 yaşında dünya çempionatında qol vururdu. Futbolçunun istedadı varsa, onu süni şəkildə irəli itələməklə oda-alova atır, məhv edirik. Bacarığı olan mütləq həyatda yerini tapacaq, ona şərait yaratmaq lazımdı. Daha belə yox, təbii üsulla.
 
AFFA bu konsepsiyası ilə hər il yüzlərlə uşağın həyatını məhv edəcək. Onlar onsuz da təhsildən yayınıblar, sabah yaşları limitə uyğun gəlməyəndə iş yeri tapmayacaq və ortada qalacaqlar. Deməli, bu limit potensial cinayətkar ordusunun yaranmasına xidmət edir. Hələ gev deyil, ən azı limitə nəzər yetirmək, onu yumşaltmaq olar.
 
FƏRİD

 
tarix: 08-08-2018 10:51


 
Xəbər lenti
16.10.2018

11:20   “Qəbələ” - “Neftçi” matçı FİFA referisinə tapşırıldı

11:10   “Sumqayıt” - “Sabah” matçının stadionu dəyişdirildi

11:00   6 qolluq heç-heçə - VİDEO

10:31   Bosniyalıları sevindirən dubl - VİDEO

10:12   “eTopaz”da günün canlı oyunları

10:00   Sayılmayan, yada düşməyən qol...

09:30   İspaniya - İngiltərə matçında 5 qol - VİDEO

09:11   Halldorssonlu İslandiya İsveçrəyə də uduzdu - VİDEO

09:00   GÜNÜN SUALI: “CBC Sport” klublara pul ödəyirmi?

08:30   Azərbaycan Norveçə qarşı - YENİLƏNİR

00:45   Millətlər Liqası: İspaniya İngiltərəyə uduzdu

15.10.2018

23:25  “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı

22:27  İsrafilovdan qol ötürməsi, komandasından qələbə

21:27  Ramil Şeydayev Rusiyada cərimələndi

20:26  Eratın komandası “Borussiya” ilə bacarmadı

18:33  “Neftçi” məşqləri bərpa etdi

18:24  “Qəbələ” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır

18:02  Qvineya yığmasının üzvü “Neftçi”də - FOTO

17:25  5 liqada 3584 futbolçu

17:12  Bakıda AÇ-2020-nin oyunlarına hazırlıqla bağlı tədbir keçirildi

16:39  Əsgərov dubl etdi, komandası 6 qola sevindi

16:28  “Vorskla” da ermənini Bakıya gətirməyəcək

15:35  Sabiq “Xəzər Lənkəran”lı “Dinamo”nun baş məşqçisi oldu

14:55  Topaz Premyer Liqasında 8-ci turun oyun cədvəli

14:46  “Qarabağ”ın rəqibinin futbolçusu milli karyerasını bitirdi

14:12  Tovuzda uşaq istismarı: gec gələn tribunada soyunur

14:05  Riçard Almeyda yenidən zirvədə

13:25  Birinci Divizionda 7-ci tur: Oyunların vaxtı açıqlandı

13:04  Yığma komandada baş məşqçi istefası

12:55  “Azərbaycan millisi qocadır” - “Qarabağ”a rəqib olan futbolçu

12:28  “Topaz”: İspaniyaya yarımfinal üçün bir xal lazım

12:25  Hoqq Kosovonu daha şanslı sayır

12:19  "Mənə o yaşda Mahirdən güclü azərbaycanlı futbolçu adı çəkin!"

12:14  Mahmudov millidən ayrıldı

12:07  Ruslar millimizin bəxtsizliyindən yazır

11:50  Qurbanlıq Mahir

11:21  Türkiyə Rusiyaya belə məğlub oldu - VİDEO

11:00  Şotlandiya - Portuqaliya matçında 4 qol - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  İtaliya Polşaya belə qalib gəldi - VİDEO

09:30  Millimizin rəqiblərindən hərəyə 1 qol, 1 xal - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az