(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Tələs, Zaur, tələs!

Tələs, Zaur, tələs!

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun saytımızı görən gözü yoxdu. Kluba gəldiyi gündən ulduzumuz küsüb.
 
Futzal təsərrüfatını futbola dəyişsə də, özü dəyişməyib. Zalda gizli qalan hərəkətlərini böyük futbolda ifşa edirik, o isə narahat olur, hər şeyi zor gücünə, inadkarcasına həll etmək istəyir. Biz haqlı inadkar, o isə həm suçlu, həm inadkar. Halbuki haqlı tənqidlərdən nəticə çıxarsa, nə şəkli bizim manşetləri bəzəyər, nə də münasibətlərimiz Mətbuat Şurasının iclas salonunda həllini tapar.
 
Hörmətli Zaur bəy, səhvləriniz var və siz də tənqidlərdən nəticə çıxarmaq əvəzinə, üzüyoxuşa sürürsüz. Özünüz bilərsiz, amma tutduğunuz yol yanlışdı. Mətbuat sizə düşmən deyil, Azərbaycanı, futbolumuzun inkişafını, əmin-amanlığı da sizdən az istəmirik. Neqativ tonlu yazılar yazmaq, əsəb korlamaq, öz əsəblərimizi də zorlamaq xoşumuza gəlmir.
 
Yəqin Mətbuat Şurasının qərarı kefinizi açmadı, amma heç olmasa, indi ayılın. Ümid edirik, heç olmasa, indi anladız ki, biz qərəzli deyilik, səhv yolda olan sizsiz. Hamı doğruları yazdığımı təsdiq etdiyi zamanda niyə inad edirsiz, bəlkə dayanıb ətrafınıza baxasız, niyə belə duruma düşdüyünüzü düşünəsiz? Axı, özünüz də məntiqsiz adam deyilsiz, hadisələri analiz etmək qabiliyyətiniz var.
 
Şuranın qərarı bizim uğurlu müdafiəmiz idi. Deməli, barrikadanı düzgün qurmuşuq, müdafiədə boşluğumuz yoxdu, haqq mübarizəsindəyik. Bəs, siz hücum taktikanızın niyə uğur gətirmədiyini düşünürsüzmü?
 
Cənab Axundov, illərdi futbol camiəsindəsiz. Yəqin ki, hələ uzun illər də bu sahədə olacaqsız. Bizim də idman jurnalistikasından daha yaxşı bacardığımız bir şey yoxdu. Deməli, hələ uzun illər birgə addımlayacağıq. Dalaşa-dalaşa, barışa-barışa. Amma biz kimsəyə düşmən deyilik və bunu zamanla görmüsüz.
 
“Keşlə”nin şübhəli oyunlarla bağlı mübarizəsində siz vardız və yanınızdaydıq. Hər xəbərimizi təsdiqləyirdiz, hadisələrin inkişaf ssenarisini yazırdıq, doğrulurdu. Günahkarların tapılmasında hamımızın rolu oldu, problem qismən yoluna qoyuldu. O vaxt da haqqın yanına idik, indi də. Siz hər dəfə fərqli cəbhədə olursuzsa, bunun günahı bizdə deyil, öz hərəkətlərinizə baxın.
 
Zaur bəy, hər nə qədər sizi 4 vəzifəyə layiq bilməsək də, bu şərəfə layiq görülmüsüzsə, deməli, nüfuz sahibisiz. Amma maraqlıdı: axı, siz niyə başqasının məsləhəti ilə oturub-durursuz? Öz ağlınız, məntiqiniz, mühakimə qabiliyyətiniz var, icraçı direktorunuz Rəmiş Malıyevin məsləhətinə nə ehtiyac? Bu adam başqa cəbhənin adamıdı və dostlarını, onların maraqlarını sizdən də, “Keşlə”nin maraqlarından da çox düşünür. Onun əli ilə sizi bizimlə üz-üzə qoyduqlarını görmürsüzmü?
 
Bu, həmin Malıyevdi ki, sizin kadrınız deyil, “Keşlə”yə sizə nəzarət üçün göndərilib. O sizi Rauf Əliyev qalmaqalında da pis vəziyyətdə qoymuşdu. AFFA boyda təşkilatın hüquqşünası olsa da, orta savadlı bir futbolçu ilə mübarizədə məğlub oldu. Sizi Raufu heyətə qaytaracağınıza inandırdı, vəd verdiz, yalançı çıxdız, nüfuzunuz zədələndi.
 
Daha neçə olay, Yuri Maksimovla müqavilə qalmaqalı və s. İndi də jurnalistlərdən şikayət etmək ideyası. Siz həmin müraciətə qoşma kimi göndərilən yazılara baxmısızmı? Hamısında AFFA izi var. Malıyev aşkar şəkildə sizin əlinizlə himayədarı, baş katib Elxan Məmmədovu müdafiə edir və sizdən bu oyunda alət kimi yararlanır. Belə aqibət ən azı cüssənizə yaraşmır.
 
Biz sizə dost deyilik, heç düşmən də deyilik. Sadəcə, eyni camiədəyik və futbolun müxtəlif istiqamətlərində varıq. Bizim işimiz təbliğatdı, tənqiddi, sizin işiniz düzgün idarəçilik, inkişafın təmin edilməsi və s. Biz düşmən olsaydıq və peşəkarlığa tüpürsəydik, sizi gözdən salmaq üçün hər yola əl atardıq.
 
Vaqif Cavadovu hansı səbəbdən komandadan göndərmək istədiyinizi, amma bunu niyə məşqçinin əli ilə etməyə çalışdığınızı bilirik. Məlum Antalya olaylarından da incə məsələdi. Arxayın olun, o səbəbə “adi məişət olayıdı” deyib, ürəyimizə kilidləmişik. Futbola dolayısı ilə dəxli olsa da, daha çox şəxsi məsələdi. Amma əmin olun ki, biz yazmasaq da, Malıyev o informasiyanı əvvəl-axır mətbuata çıxaracaq. Ətrafınızdan ehtiyatlı olun, kənarda düşmən axtarmayın.
 
Sizinlə kiçik bir döyüşün qalibi kimi danışmaq xoş deyil. O məğlubiyyətə sizi bacarıqsız sərkərdələriniz məcbur etdi. Topsuz-tüfəngsiz bizlər sizin məkrinizdən yabayla, dəryazla müdafiə olunduq. Haqq nazilsə də, üzülməz və biz o nazik iplə ilk təhlükədən qurtulduq. Ayılın və daha qalmaqallı məsələlərdən yox, futboldan danışaq.
 
Daha məşhur kinodan sitatı təkrarlamayacağıq, əksini deyəcəyik: tələs, Zaur, tələs! Ayılmağa və sizi səhv istiqamətə yönəldənləri tanımağa.
 
FƏRİD
 
P.S.: Sizə qarşı qərəzli olmadığımızı sübut etmək üçün daha bir fakt deyək, araşdırın. “Keşlə”yə yaxşı oyunçu kimi sırınan Miloş Bosançiçi bir də tibbi müayinədən keçirdin. O zaman linzalı bu oğlanın görmə qabiliyyətindəki qüsura şahid olacaqsız.

 
tarix: 08-08-2018 13:05


 
Xəbər lenti
20.08.2018

11:03   “Ayntraxt” Mahmudovsuz məğlub oldu

10:56   Nazirin gözü önündəki biabırçılıq

10:37   “eTopaz”da günün canlı oyunları

10:21   Quliyev 1, “Rostov” 4 qol vurdu

10:12   Əfranın dualarıyla qazanılan matç

10:00   “TOPAZ”DA BU GÜN

09:51   1000 manatlıq qələbə

09:36   Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

09:28   Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

09:11   Milli məşqçilərinin gözü önündə

09:00   Ceyms Adeniyi: “Neftçi”dən daha yaxşı oynadıq”

02:26   Marsel “Olimpik”i səfərdə uduzdu

02:14   “Real” da ilk oyunda qalib gəldi

01:56   MY uduzdu, MS 6 qola sevindi

01:26   Millimizdən 4 qol - “Nəticə bizi aldatmamalıdı”

01:17   “İnter” məğlubiyyətlə, “Roma” qələbə ilə başladı

00:57   “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

00:40   “Sumqayıt” “Sabah”ı qol vurmasına peşman etdi - VİDEO

00:28   “Neftçi” Super Liqanı 3-cü pillədə başa vurdu

00:15   Qoran Paratski: “Oyunu rahat şəkildə bitirməliydik”

19.08.2018

23:21  Elşad Əhmədov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

23:02  Nazim Süleymanov: “Bundan da yaxşı çıxış edə bilərik”

22:22  “Sumqayıt”dan darmadağın, “Neftçi”dən ikinci qələbə

21:56  “Neftçi”dən ardıcıl 2-ci qələbə - VİDEO

21:47  Sənan Qurbanov: “Hər kəs səhv edə bilər”

21:36  Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

20:34  Ramil Şeydayev yeni klubunda debut etdi

16:45  Super Liqa klubundan daha 2 transfer

15:29  Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35  “Qalatasaray”dan daha bir transfer

14:09  Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31  UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19  Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01  Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31  Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00  Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31  Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Paşayevin klubundan ilk məğlubiyyət

02:10  “Barselona” qələbə ilə başladı

01:45  “Monako” büdrədi, PSJ qalib gəldi

01:30  “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14  London derbisində “Çelsi” sevindi

01:00  İtaliya çempionatı da başladı

00:43  “Fənərbaxça” uduzdu

00:25  Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az