(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nəbiyev limitdən narazıdı: “Futbolçuların 70-80 faizi çöldə qalıb”

Nəbiyev limitdən narazıdı: “Futbolçuların 70-80 faizi çöldə qalıb”

"Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev qol.az-a müsahibəsində maraqlı məqama toxunub. Divizionda oynayacağı dəqiqləşməyən komandanın çalışdırıcı limitdən razı deyil.
 
Nəbiyev limitin fəsadlarından bəhs edib: “1995-2000-ci illər aralığında uşaqların çoxu 16, 17, 18 yaşlarında Premyer Liqada oynayırdılar. Hətta bu şeylər 2004-2005-ci ilə qədər davam etdi. Amma sonradan legionerlərin Azərbaycana çox axını, klubların sayının azalması 21-26 yaş arası yerli uşaqların Premyer Liqa klublarında oynamaq şanslarını azaltdı. Onlar güclə əsas heyətə düşürdülər. Amma siz bir neçə il öncə futbolu atmış oyunçuların keyfiyyətinə də baxın, indikilərin də. Söhbət gənc nəsillərdən gedir. Limit yerli futbolçular üçün mənfi haldır. Çünki 1995, 1996 və 1997-ci il təvəllüdlü uşaqlar, ötən mövsüm divizionda oynayan futbolçuların 70-80 faizi bugünkü gündə çöldə qalıblar. Çox istərdik ki, 1996-1997-ci il təvəllüdlülər Premyer Liqada olduğu kimi gənc futbolçu sayılsınlar. Amma federasiya qərar verdi ki, divizionda 1998, 1999, 2000 və 2000-ci il təvəllüdlü futbolçuların 7-si əsas heyətdə oynamalıdır. Təbii ki, bizim üçün çətindir. Elə futbolçu var ki, 23-24 yaşından sonra təcrübə yığır, hətta milli komandaya qədər gedib çıxırdı. Amma indi fikirləşin ki, 21 yaşlı futbolçu bayırda qalacaq, heç kimə lazım olmayacaq. Onun əlindən futboldan başqa heç bir iş gəlmir. Divizionda 6 klubun iştirak edəcəyini nəzərə alsaq, hərəsinə 8-9 futbolçu lazım olur. Bu da digərlərinin futbolsuz qalmağına səbəb olacaq. Bu qərarına gələcəkdə müsbət və ya mənfi nəticələrə gətirib çıxaracağı barədə heç nə deyə bilmərəm. Hər şeyi gələcək göstərəcək. Amma hazırkı durum budur ki, həm o futbolçular, həm də divizion klubları üçün çox çətindir”.

 
tarix: 09-08-2018 13:30


 
Xəbər lenti
22.07.2019

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:10   “Qarabağ”ın potensial rəqibi məlum olur - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az