(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”: 13-cü start

“Qəbələ”: 13-cü start

Topaz Premyer Liqasında bu həftə start götürəcək 2018/19 mövsümü “Qəbələ”nin tarixində 13-cü olacaq.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” indiyədək Azərbaycan çempionatının yüksək liqasında 12 dəfə çıxış edib. Güclülər dəstəsində 12 il öncə - 2006-cı ildə debüt edən “Qəbələ” arxada qoyduğu müddətdə 5 dəfə mükafatçılar sırasına düşüb. Bu uğurları ardıcıl qazanan komandanın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

“Qəbələ” əvvəlki 12 mövsümdə 364 oyun keçirib. Bu matçlarda komanda 152 qələbə qazanıb, 94 heç-heçə edib, 118 dəfə uduzub.

12 çempionat ərzində 209 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Onlar arasında mütləq rekord Ürfan Abbasova məxsusdur - 152 oyun. Daha iki futbolçu çempionatda 100 matç səddini adlayıb. Legionerlərdən Dodo 131, Viktor Mendi 112 qarşılaşmaya çıxıb.

“Qəbələ”nin qollarına 91 futbolçu imza atıb. Onlardan başqa, 11 rəqib oyunçu da komanda ilə görüşlərdə avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın Premyer Liqadakı bombardiri Viktor Mendidir - 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. Karyerasını “Qəbələ”də davam etdirən futbolçular arasında lider Cavid Hüseynovdur. Komandanın kapitanı Premyer Liqada 14 dəfə qol sevinci yaşayıb.

“Qəbələ” 12 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox - 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur - 44 oyun. “Qəbələ”nin indiki baş məşqçisi Sənan Qurbanov 3 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib.

“Qəbələ” 12 mövsüm ərzində 23 müxtəlif rəqiblə qarşılaşıb. Cari mövsümdə bu rəqəm 24-ə çatacaq. Belə ki, Premyer Liqanın iştirakçılarından biri - “Sabah” yarışın debütantıdır.

“Qəbələ” əvvəlki 12 mövsümdən 6-na qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” yarışa 2 qolla başlayıb. 2015/16 mövsümündə bu qollar 1 xal gətiribsə, son iki turnirdə qələbə üçün yetərli olub.


 
tarix: 09-08-2018 16:25


 
Xəbər lenti
20.08.2018

11:03   “Ayntraxt” Mahmudovsuz məğlub oldu

10:56   Nazirin gözü önündəki biabırçılıq

10:37   “eTopaz”da günün canlı oyunları

10:21   Quliyev 1, “Rostov” 4 qol vurdu

10:12   Əfranın dualarıyla qazanılan matç

10:00   “TOPAZ”DA BU GÜN

09:51   1000 manatlıq qələbə

09:36   Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

09:28   Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

09:11   Milli məşqçilərinin gözü önündə

09:00   Ceyms Adeniyi: “Neftçi”dən daha yaxşı oynadıq”

02:26   Marsel “Olimpik”i səfərdə uduzdu

02:14   “Real” da ilk oyunda qalib gəldi

01:56   MY uduzdu, MS 6 qola sevindi

01:26   Millimizdən 4 qol - “Nəticə bizi aldatmamalıdı”

01:17   “İnter” məğlubiyyətlə, “Roma” qələbə ilə başladı

00:57   “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

00:40   “Sumqayıt” “Sabah”ı qol vurmasına peşman etdi - VİDEO

00:28   “Neftçi” Super Liqanı 3-cü pillədə başa vurdu

00:15   Qoran Paratski: “Oyunu rahat şəkildə bitirməliydik”

19.08.2018

23:21  Elşad Əhmədov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

23:02  Nazim Süleymanov: “Bundan da yaxşı çıxış edə bilərik”

22:22  “Sumqayıt”dan darmadağın, “Neftçi”dən ikinci qələbə

21:56  “Neftçi”dən ardıcıl 2-ci qələbə - VİDEO

21:47  Sənan Qurbanov: “Hər kəs səhv edə bilər”

21:36  Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

20:34  Ramil Şeydayev yeni klubunda debut etdi

16:45  Super Liqa klubundan daha 2 transfer

15:29  Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35  “Qalatasaray”dan daha bir transfer

14:09  Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31  UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19  Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01  Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31  Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00  Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31  Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Paşayevin klubundan ilk məğlubiyyət

02:10  “Barselona” qələbə ilə başladı

01:45  “Monako” büdrədi, PSJ qalib gəldi

01:30  “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14  London derbisində “Çelsi” sevindi

01:00  İtaliya çempionatı da başladı

00:43  “Fənərbaxça” uduzdu

00:25  Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az