(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA “Sabah”a Qurbanovu sədr göndərdi

AFFA “Sabah”a Qurbanovu sədr göndərdi

"Sabah” futbol klubunda Müşahidə Şurasının yaradıldığı rəsmən açıqlandı. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Müşahidə Şurasında 5 nəfər yer alıb.
 
Bunlar Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, futbol veteranı İqor Ponomaryov, "1news.az” saytının və "Bakinskiy raboçiy” qəzetinin rəhbəri Rəhman Hacıyev və sahibkarlar - Rauf Xəlilovla Yaqub Hüseynovdur.
 
Hüseynov 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək "Sabah”ın təsisçisdir. O, klubun sponsoru "Bridge Group of Companies” şirkətinin rəhbəridi.
 
Klubun açıqlamasınada yazılıb:
 
“AFFA-nın qərarına əsasən Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurası yaradılmalıdır. Bu ildən Premyer Liqada çıxış edəcək “Sabah” Futbol Klubunda da AFFA-nın tövsiyəsi və dəstəyi ilə Müşahidə Şurası yaradılıb.
 
Müşahidə Şurasının üzvləri klubun fəaliyyətində və ilbəil daha da inkişaf etməsi üçün görüləcək işlərdə yaxından iştirak edəcəklər. “Sabah” FK-nın əsas prinsiplərindən biri möhkəm bünövrə üzərində sağlam klub yaratmaqdır ki, Müşahidə Şurasının üzvləri də bu sahədə öz köməklərini göstərəcək, məsləhətlərini verəcəklər. Onlar müxtəlif qurum və şirkətlərlə işgüzar əlaqələrin qurulması, kluba yeni investorlar və sponsorların cəlb olunması istiqamətində əhəmiyyətli rol oynayacaqlar. Şura üzvləri eyni zamanda klubun inkişaf strategiyası üçün önəmli olan ideya və təkliflərini verəcəklər”.
 
Müşahidə Şurasının tərkibi aşağıdakı kimidi:
 
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini.
 
2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub. 2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
 
Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov “Sabah” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
 
İqor Ponomaryov - Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).
 
Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini “Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.
 
Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.
 
Rəhman Hacıyev - “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri.
 
2002-2008-ci illər aralığında MBASK sığorta şirkətində maliyyə sahəsində çalışıb. 2008-ci ildən “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəridir. O, ən böyük həvəskar futbol liqası olan MFL-in əsas təsisçisi və direktorudur.
 
Rauf Xəlilov - Sahibkar
 
2007-ci ildən “İSR Holdinq”də vitse-prezident vəzifəsində çalışır. Şirkətin fəaliyyət sahəsinə nəqliyyat, neft və neft məhsullarının satışı, otel işi, avtomobil biznesi daxildir. Azərbaycanda ən böyük satış şirkətlərindən olan “Zara” və “Massimo Dutti”nin səhmdarlarındandır. “İSR Auto” isə Azərbaycanda “Toyota” və “Lexus”, həmçinin, “Georgia Lexus” şirkətlərinin rəsmi dileridir. Dağ Xizək İdman Federasiyasının prezidentidir.
 
Yaqub Hüseynov - Sahibkar
 
“Sabah” Futbol Klubunun təsisçisi və Müşahidə Şurasının sədridir. Yaqub Hüseynov “Bridge Group of Companies”-in rəhbəridir. 1998-ci ildə “Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə “Bridge Group of Companies” şirkətlər qrupunu və “Bridge Plaza” biznes mərkəzini təsis edib.

 
tarix: 09-08-2018 17:12


 
Xəbər lenti
20.02.2019

15:16   Kumanın yeni iş yeri məlum oldu

14:48   “Yuventus”da ciddi itki

13:46   Messi İnyestaya çatdı

13:24   Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09   Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42   Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21   Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:10   “Sevilya” “Latsio” ilə üz-üzə - YENİLƏNİR

12:01   “Hələ də şansımız qalır”

12:00   “Yuventus” “Atletiko”ya, MS “Şalke”yə qarşı - YENİLƏNİR

11:54   Kovaç heç-heçədən məmnundu

11:47   “Rubin” Balayevə qol vura bilmədi

11:37   Valverde azarkeşlərdən dəstək gözləyir

11:29   Klopp nəticədən razı deyil

11:15   “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00   Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48   Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43   Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32   Riberi 100-ə çatdı

10:26   Suares sonuncu dəfə 2015-də qol vurub

10:17   “Yuventus” hücumçusunu satdı

10:03   Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

09:47   Əli Babayev polislərimizi ələ saldı

09:35   “Barselona” Lionda qol vura bilmədi - VİDEO

09:25   “Liverpul”un “Bavariya” ilə heç-heçəsi - VİDEO

09:19   Şeydayev Səmədovun gəlişinə sevinir

09:12   Qurbanovun olduğu siyahıda Yurçeviçin tozu da yoxdu

09:00   Azərbaycan millisində azərbaycanlı niyə oynasın ki?

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az