(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Boğulan Azərbaycan futbolu

Boğulan Azərbaycan futbolu

Müzakirələr gedir...

Qol, budaq, yarpaq... Heç ağac da yada düşmür. Ağacın kökü isə çoxdan unudulub, unutdurulub...

BATE məğlubiyyəti müzakirə edilir. Oyundan sonra fikir bildirməyə nə var ki?!

İctimai nəzarət deyilən anlayış var. Belaruslular komanda sayılmırdı, "bomba" partlayandan sonra BATE "bomba" komanda olub artıq...
Oyun günü səhər 9-da axşam 21.00-da başlayacaq görüşün hansı məcrada keçəcəyini geniş təhlil etmişdim...

Azarkeş emosional fikirini bildirə bilər. Bu onun haqqıdır. Digərləri buna yol verməməlidir. Elə cəmiyyət arasında üzdən yanaşmanın da səbəbləri budur. Əksər azarkeşləri yanlış düşüncəyə təhrik edən, dərin təhlillər aparmaq əvəzinə futbolda olan problemləri "unutduran"lardır. Bəzi mütəxəssislər də futbolun problemlərini "unudub" "bomba" partlayışından sonra "bomba" fikirlərlə necə oynamaq lazım olduğunu bildirirlər... 
İlk görüş bitib artıq. Tutarlı analizlər oyundan öncə olmalı idi. Bunun üçünsə məsuliyyət, təhlil qabiliyyəti lazımdır. Belədə azarkeş də eyforiyaya qapılmaz, reallığı nəzərə alar, ümumi fikir yaranar və "Qarabağ"a, məşqçi, futbolçulara da müsbət təsiri dəyər, daha ayıq tərpənərdilər. "Fikirlərim birdən düz çıxmaz" düşüncəsi, 1-2 cümlə ilə millət niyə aldadılır?! Oyundan sonra isə "bağ belə, bostan belə" nağılları başlanır...

XXI-ci əsrdə yaşayırıq. Bir çox azarkeşlərin real duruma uyğun fikirləri bəzi futbolda olanların "təhlil"lərindən daha samballı, daha möhtəşəmdir. Belə fikirləri oxuyaraq sabaha ümid daha da artır. Deməli müasir azarkeşlərin əksəriyyəti futbolu bilir, yaxşını pisdən ayırd edir, futbolun ümumi durumunu gözəl anlayırlar. Və bunları kömək olmadan, öz təfəkkürləri ilə edirlər. Təsəvvür edin, futbola münasibət, doğru yönləndirmə olsaydı necə olardı?!
Futbol, ümumi təhlil qalıb kənarda, indi də bir səhv epizodun üstündə hamı qarışıb bir-birinə.

Birində qılınc, digərində xəncəl.

Epizodda səhv olmasaydı, futbol düzələcəkdi?!

Görüş 90 dəqiqə oynanılır, bir səhvi qollarla da cavablandırmaq olur...

Azərbaycan futbolunda yerini səhv salanlar isə qazandıqları milyonlarla istirahətə çıxıblar.

Dünən "Qarabağ"ı önə çəkib "futbolumuz inkişaf edir" deyənlərə elə cəmiyyət arasında belə "müzakirə"lər lazımdır. Yoxsa BATE-nin heyətinin 90% yerli futbolçulardan ibarət olması müzakirələri sərf etməz. "2005-2015 Dövlət Proqramı" qəbul ediləndə 5-10 yaşlı uşaqlar artıq 18-23 yaşlarındadır. Görəsən Azərbaycan futboluna yatırılan vəsaitin neçə faizi ilə Belarusun yerli futbolçuları 25 min azarkeş önündə, legionerlərdən ibarət komanda qarşısında at oynadırdılar. O azarkeşlər ki, 1-2 manata bilet alıb 30 qəpiklik metro, avtobus dərdi çəkirlər. Belaruslu yerlilər meydanda at oynatsın, 10 ildən çoxdur futboldakı "səhv"lər isə qazandıqları milyonlarla istirahətdə at çapsınlar. 

"Qəbələ" əvəzedicilərini ləğv edib mənasız "konsepsiya"ya üsyan etsin, "Qarabağ" daxil heç bir klub dəstək verməsin. "Şura"laşmış futbolumuzu Malta, Lüksemburq, Macarıstan klubları top əvəzi çiləsin, millət də ümidlə "Sevilya", PSV-ni arzulasın... 

Azərbaycan futbolu "boğulur", nəfəs ala bilmir artıq. Səhv edənlər problem deyil, bilərəkdən qlobal səhvləri "görməmək" problemdir. Yarpaq, ən yaxşı halda qol-budağın müzakirələri "sərfəlidir". "Epizod"lara başlar qarışsın, ağacın kökü yaddan çıxsın. 

Bölgə torpaqları da artıq şoranlaşıb, bar verən ağac əvəzinə kol-kos bitir. "Şoran"lıqda var-dövlət sahibi olanlar isə palma ağacları ətrafında öz keflərindədirlər.

Azərbaycan futbolunun problemləri bir oyunun epizodik səhvlərində deyil, münbit futbol torpaqlarını şoranlığa çevirənlərdədir.

Qarşıdan payız gəlir. Bir azdan müzakirə etməyə heç yarpaq da qalmayacaq, hamısı saralıb yerə töküləcək... 

TAHİR SÜLEYMANOV


 
tarix: 09-08-2018 21:14


 
Xəbər lenti
16.12.2018

00:55   “Reyms” “Strasburq”a qalib gəldi

00:31   “Mançester Siti” də evdə sevindi, “Tottenhem” də

00:02   “Bavariya”dan darmadağın, “Borussiya”dan qələbə

15.12.2018

23:26  “Qalatasaray” liderlə heç-heçəyə razılaşdı

22:21  “Sumqayıt” “Neftçi”ni belə şoka saldı - VİDEO

21:50  “Zirə”yə ilk oyunda 1 qol bəs etdi - VİDEO

21:40  “Arxayınlaşsaq, cəzalana bilərik”

21:36  Roberto Bordin: “Bizim üçün mərhələ adlamaq çətin olacaq”

20:58  “Neftçi” “Sumqayıt”a uduzdu, “Zirə” “Səbail”ə qalib gəldi

19:58  Samir Abasov: “Qalib gəlsək də, vəziyyətimiz ürəkaçan deyil”

19:43  Aftandil Hacıyev: “Onun bu qədər vərəqə alması təsadüf ola bilməz”

16:27  Finalda uduzdular, baş məşqçi ilə vidalaşdılar

15:35  Millimiz yoxlama matçında uduzdu

15:00  AFFA Ceyhun Sultanovla bağlı qərarını dəyişdirdi

14:27  Ziya Əzizov oynamadı, komandası məğlub oldu

13:35  UEFA-dan “Milan”a sərt cəza

13:04  “Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama

12:32  “Fənərbaxça”ya görə AFFA-nın təklifindən imtina etdi

12:00  Turin derbisi, "Liverpul"un lider kimi ilk sınağı və daha nələr həftəsonu "Topaz"da

11:30  UEFA erməniləri cərimə etdi

11:00  Afrikada ilin ən yaxşı futbolçusu açıqlandı

10:30  UEFA “Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  “Traktorsazi” Təbrizdə uduzdu

02:15  “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47  “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37  “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04  Avroliqada son turun ən yaxşı oyunçusu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az