(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Paratski: “Neftçi” 1-ci yer uğrunda mübarizə aparmalıdı”

Paratski: “Neftçi” 1-ci yer uğrunda mübarizə aparmalıdı”

“Neftçi”nin yarımmüdafiəçi Qoran Paratski klubun rəsmi saytına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, yeni mövsümün startını səbirsizliklə gözləyən futbolçu Xorvatiya milli komandasının Dünya çempionatında uğuru ilə bağlı sualları da cavablandırıb:

- Sabah yeni mövsüm start götürəcək. İlk oyun öncəsi necə hisslər keçirirsiz?
- Sözün düzü, artıq çempionatın başlanmasını gözləyə bilmirəm. İstəyirəm, tez başlasın. Çox çalışmışıq. Nəhayət, Premyer Liqanın ilk oyununa çıxıb, azarkeşlərimizi sevindirmək istəyirik.

- Hesab etmək olar ki, Avropa Liqasındakı uğursuzluq artıq unudulub?
- Təbii ki, Avroliqa ilə bu qədər tez vidalaşmağı planlaşdırmamışdıq. "Uypeşt” üzərində Bakıdakı qələbədən sonra düşünürdük ki, növbəti mərhələyə keçə bilərik. Deməzdim ki, arxayınlaşmışdıq. Sadəcə, Budapeştdəki gecə bizim gecəmiz deyildi. O oyunu unudub, bütün fikirlərimizi çempionata yönəltmişik. Premyer Liqada uğurlu çıxış üçün köklənmişik.

- "Neftçi”nin əsas hədəfləri nə olmalıdı?
- Hər oyunda meydanda can qoymaq, qələbə üçün vuruşmaq. Birinci yer uğrunda mübarizə aparmalıyıq. Heç bir proqnoz verməyəcəm, gəlin, məqsədlərimizə pillə-pillə çataq.

- İlk turda rəqibiniz olacaq "Sumqayıt” necə təsir bağışlayır?
- Rəqibin bəzi görüşlərinə baxmışıq. Kompakt oynayırlar. Səbrli olmalıyıq və öz oyunumuzu oynamalıyıq.

- Doğma Xorvatiyadan tutmuş ekzotik Yeni Zelandiyaya qədər bir neçə klubda çıxış etmisən. "Neftçi”ni bu komandalardan fərqləndirən əsas amil hansıdı?
- Məncə, azarkeşlər. Onlar komandanı çox sevməklə yanaşı, klubun tarixinə hörmətlə yanaşırlar. "Neftçi” Azərbaycanın ən böyük klubudu. Bunu hər gün hiss edirəm.

- Ötən həftə "Qarabağ”ın Çempionlar Liqasındakı görüşünü stadiondan canlı izləyirdin. Rəqibin oyununa baxırdın, yoxsa həmvətənin Filip Ozobiçi dəstəkləyirdin?
- Biz Filiplə dostuq, vaxtı ilə bir yerdə oynamışıq. Amma əsas məqsədim "Qarabağ”ın oyununu izləmək idi. Çünki "Qarabağ” bizim çempionatda əsas rəqibimizdi. Fürsətdən istifadə edib, rəqibin oyununu seyr etməyə getmişdim. Yeri gəlmişkən, biz "Qarabağ”la qarşılaşanda Ozobiçlə olan dostluğumuz 90 dəqiqə ərzində heç bir əhəmiyyət daşımayacaq.

- Xorvatiya futbolu üçün fantastik bir yay oldu. Milli komandanız Dünya çempionatının finalına yüksəldi. Xorvatiyalı futbolçu olmaq, dünyanın ikinci futbol ölkəsini təmsil etmək necə bir hissdi?
- Mən bu hissi sözlə ifadə edə bilmərəm. Fantastik hissdi. Xorvatiyada futbolu çox sevirlər. Əbəs yerə demirlər ki, Xorvatiyada 4 yüz min məşqçi yaşayır. İstedadlı futbolçularımız da çoxdu.

- Dünya çempionatının finalçılarından kimləri şəxsən tanıyırsız?
- Bir neçə futbolçunu şəxsən tanıyıram, amma İvan Striniçlə daha yaxından tanışam. Onunla Xorvatiyanın U-19 yığma komandasında oynamışıq.


 
tarix: 10-08-2018 17:30


 
Xəbər lenti
20.08.2018

11:03   “Ayntraxt” Mahmudovsuz məğlub oldu

10:56   Nazirin gözü önündəki biabırçılıq

10:37   “eTopaz”da günün canlı oyunları

10:21   Quliyev 1, “Rostov” 4 qol vurdu

10:12   Əfranın dualarıyla qazanılan matç

10:00   “TOPAZ”DA BU GÜN

09:51   1000 manatlıq qələbə

09:36   Qurbanovun cəsarətsizliyi, 2 fərdi səhv və hər şey “Neftçi” üçün

09:28   Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

09:11   Milli məşqçilərinin gözü önündə

09:00   Ceyms Adeniyi: “Neftçi”dən daha yaxşı oynadıq”

02:26   Marsel “Olimpik”i səfərdə uduzdu

02:14   “Real” da ilk oyunda qalib gəldi

01:56   MY uduzdu, MS 6 qola sevindi

01:26   Millimizdən 4 qol - “Nəticə bizi aldatmamalıdı”

01:17   “İnter” məğlubiyyətlə, “Roma” qələbə ilə başladı

00:57   “Qalatasaray” evdə, “Beşiktaş” səfərdə sevindi

00:40   “Sumqayıt” “Sabah”ı qol vurmasına peşman etdi - VİDEO

00:28   “Neftçi” Super Liqanı 3-cü pillədə başa vurdu

00:15   Qoran Paratski: “Oyunu rahat şəkildə bitirməliydik”

19.08.2018

23:21  Elşad Əhmədov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

23:02  Nazim Süleymanov: “Bundan da yaxşı çıxış edə bilərik”

22:22  “Sumqayıt”dan darmadağın, “Neftçi”dən ikinci qələbə

21:56  “Neftçi”dən ardıcıl 2-ci qələbə - VİDEO

21:47  Sənan Qurbanov: “Hər kəs səhv edə bilər”

21:36  Roberto Bordin: “Şerif”in uğurunu istəyəcəyəm”

20:34  Ramil Şeydayev yeni klubunda debut etdi

16:45  Super Liqa klubundan daha 2 transfer

15:29  Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35  “Qalatasaray”dan daha bir transfer

14:09  Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31  UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19  Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01  Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31  Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00  Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31  Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Paşayevin klubundan ilk məğlubiyyət

02:10  “Barselona” qələbə ilə başladı

01:45  “Monako” büdrədi, PSJ qalib gəldi

01:30  “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14  London derbisində “Çelsi” sevindi

01:00  İtaliya çempionatı da başladı

00:43  “Fənərbaxça” uduzdu

00:25  Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az