(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bordinin qorxaqlığına rəğmən...

Bordinin qorxaqlığına rəğmən...

“Nike” Premyer Liqası başladı - didərgin komandaların dəniz sahilindəki döyüşünü bir cümlə ilə belə ifadə etmək olar.
 
Stadionunda təmir işləri aparılan “Sumqayıt” eyni problem üzündən rəqiblərini bu meydanda qəbul edəcək “Neftçi” ilə görüşdə nominal ev sahibi idi. “Dalğa Arena” bir növ neytral meydana çevrilmişdi. Ona görə də Mərdəkanda kimisə ev sahibi saymaq olmurdu. Hətta azarkeş sayına görə bakılılar daha üstün idi. Baxmayaraq ki, tribunalarda çox az tamaşaçı vardı.
 
Çempionatı Topaz yox, “Nike” Premyer Liqası adlandırmağımızın səbəbi isə başadüşülən olmalıdı. Hər iki komanda bu firmanın məhsullarını geyinmişdi. Hakimlər də nəhayət, yeni geyim dəsti görürdü, üstəlik, çempionatın oynanacağı toplar da “Nike”dan alınıb. Beləcə AFFA-nın baş katibi Elxan Məmmədov şəxsi biznesini açıq yarmarkaya çevirmişdi.
 
Hətta stadionun reklam lövhələrindən də yarışın Topaz Premyer Liqası olduğu anlaşılmırdı. Düzdü, bu şirkətin, eləcə də PFL-in banerləri var idi. Lakin qapı arxasında gizlədilən bu lövhələrlə müqayisədə çempionata və meydan sahibi komandaya dəxli olmayan, AFFA-ya pul qazandıran reklam lövhələri daha çox idi. Onlardan gələn pulun kimə nə qazandırdığını bilmirik, lakin çempionat matçını bəzəməsi qəbahətdi.
 
“Neftçi” belə oyunla nəinki çempion ola, hətta namizədliyə iddia edə bilməz. Lakin ilk oyunlar aldadıcı olur, ümid edək ki, bu, start həyəcanı ilə bağlıydı. Əks halda, azareşlər Roberto Bordini bağışlamaz.
 
Dünənki matçda bakılılar gözləniləndən xeyli pis, “Sumqayıt” isə yaxşı göründü. Qonaqların qələbəsi oyunun axarına uyğun olmayan ilk qol və rəqibin azlıqda qalması hesabına reallaşdı.
 
“Neftçi”nin rəngarəng və potensiallı xeyli oyunçusu var. Bəlkə də “Qarabağ”dan sonra ən yaxşı futbolçular məhz paytaxt təmsilçisindədi. Lakin debüt edən italiyalı məşqçi elə start heyəti seçmişdi ki, buna yalnız təəccüblənə bilərik. İndidən onun heyətdən doğru yararlanmadığını deməliyik.
 
Müdafiənin mərkəzindəki rotasiya anlaşılandı – Kiril Petrov cəzalı, Ruslan Abışov zədəliydi. Belədə Anton Krivotsyukun mərkəzdə oynadılması təbii qəbul olunmalıdı. Onunla yanaşı oynayan Slavko Braliç isə canlı bombadı. Topu oyuna daxil edərkən xeyli ləngiyən,bəzən riskli fərdi oyuna üstünlük verən legioner gec-tez komandanı pis vəziyyətdə qoyacaq. “Sumqayıt”ın hücum xəttinin yoxluğu üzündən problem görünmədi, amma daha ciddi rəqiblər bunu bağışlamayacaq. Rəhbərlik təcili olaraq müdafiəçi transferini yekunlaşdırmalıdı – Abışov 6 ay oynamayacaq, Petrovda sabit biri deyil.
 
Qapıçı Səlahət Ağayev çıxışlarda etibarsız idi. O, oyunu başlayarkən ləng hərəkət edir və məşqçini hirsləndirirdi. Bordinin qapıçı məşqçisinə etirazı da bununla bağlıydı. Lakin qolkiper “ölü”sü də təhlükə olan Əfran İsmayılovun əla zərbəsini dəf edərkən günahlarını yudu.
 
İlk yarıda “Sumqayıt”ın əla oyunu, xüsusilə Əli Babayev və Aleksey İsayevin orta sahədə dominantlıq etməsi qonaqlara çətinlik yaratdı. Tezliklə milliləşdiriləcəyi gözlənilən bu cütlük komandanın mühərriki rolunu oynayırdı və əla anlaşırdılar. Onlara diqqət etmək vacibdi, milli üçün əla namizədlərdilər. Bu 2 futbolçu irəlidə səviyyəli hücumçu olmamasına rəğmən, “Neftçi”nin müdafiəsinin mərkəzində boşluq tapa bilirdilər. Standart vəziyyətlər zamanı bakılıların cərimə meydançasında xaos hökm sürürdü.
 
Qonaqların dayaq bölgəsi də bərbad idi. Soni Mustivar formada deyil, Rəşad Eyyubov isə sabiq komandasıyla görüşdə nə istədiyini bilməyən biri kimiydi. Orta sahədəki bu anlaşılmazlığı kapitanlıq sarğısını ələ keçirən Emin Mahmudov unutdurmağa çalışsa da, əsl çarəni Qoran Paratski tapdı. Fasilədən sonra Mustivarı əvəzləyən legioner dayaq bölgəsini nizamladı, oyunu cinahlara yaymaqla müdafiəni rahatladı. Hər iki qolun yaradıcısı olan Tural Axundov bu bölgəyə çəkildikdən sonra isə “Sumqayıt”ın hücumları səngidi.
 
“Neftçi”nin üçlü hücum xətti pis deyildi. Amma Rəhman Hacıyev və Namiq Ələsgərovla bakılılar daha təhlükəli olardı. Bordinin seçiminə hörmətlə yanaşırıq, bununla belə, məşqçinin qorxaq taktik olduğunu deməliyik. O, xətlərarası əlaqəni tam qura bilməyib, futbolçuların fərdi bacarığına ümid edir.
 
Roberto ikinci hissənin əvvəlində Elvin Sərkərova da şans vermək istəyirdi. Ömər Buludovu meydana buraxmaqla cavanlara ümid etdiyini göstərməsi yaxşı idi. Lakin daha bir gənc artıq risk olardı. Həm də bu futbolçu 5 müdafiəçili sistemdə mərkəz üçlükdə yer almalıydı. Hücumçusuz oynayan “Sumqayıt”a qarşı belə qorxaq futbol, müdafiəyə qapanmaq yersiz idi. Əksinə, “Neftçi” hücumda əla oyunçuları varkən ön xəttdə basqı etməli, rəqibi  üstünə çəkməməli idi.
 
Robertonu bu dəyişiklikdən Vurğun Hüseynov xilas etdi. “Sumqayıt”ın kapitanının yersiz qırmızı vərəqəsi “Neftçi”nin planlarını dəyişdi və hesab arasındakı fərqin artmasına səbəb oldu. Mövsümdə topa ilk toxunan şəxs olan Emin oyunda son nöqtəni qoyan adama çevrildi.
 
Bordin mətbuat konfransında oyundan narazı olduğunu etiraf etdi. Klub rəhbərliyi də açıqlamalarında eyni fikri təsdiqlədi. Lakin növbəti turda “Qəbələ” ilə oyunda etiraflar işə yaramayacaq. Məşqçi heyətdən daha düzgün istifadə etməli, hücum futbolu oynayan əsl “Neftçi”ni göstərməlidi. Yoxsa azarkeşlər bu komandanı sevməyəcək.
 
FƏRİD

 
tarix: 12-08-2018 12:39


 
Xəbər lenti
19.06.2019

16:57   Avroliqada 2-ci təsnifat mərhələsinin bütün cütləri

16:20   “Qəbələ”, “Neftçi” və “Səbail”in Avroliqadakı potensial rəqibləri bəlli oldu

15:46   “Keşlə” yeni transferini rəsmən açıqladı

15:39   Stuxlik: “UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır”

15:22   Azərbaycanlı hakimlər KONKAKAF turnirinə təyinat aldılar

15:17   “Keşlə” braziliyalı futbolçu transfer edir

15:05   “Qarabağ” “Partizani”yə uduzsa…

14:50   Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri

14:32   “Keşlə” sabahdan məşqlərə başlayır

14:12   “Qarabağ”ın potensial rəqibi də məlum oldu

14:10   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

14:08   “Sumqayıt”da yeni müqavilə

13:50   Hollandiya klubundan “Keşlə”yə: Bu gün müqavilə imzalanır

13:43   “Psixoloji olaraq turu keçəcəyimizə inanıram”

13:36   Xorvat futbolçu “Keşlə” ilə müqavilə bağlamağa gəlir

13:00   Braziliya Venesuela ilə bacarmadı

12:43   “Neftçi”nin rəqibini yaxından tanıyaq - VİDEO

12:34   “Sumqayıt”ın futbolçusu 27 yaşında karyerasını bitirdi

12:27   “Kəpəz” başsız qaldı

12:26   “Zirə”nin yay hazırlıq planı açıqlandı

12:12   Meza Kolli “Səbail”ə qarşı oynamayacaq

12:04   Koçuk qayıtdı

11:57   Lilay “Qarabağ”ı təriflədi

11:44   "Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

11:32   "Sabah" hazırlığa başladı

11:24   Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

11:15   Hacıyev üçün ən güclü rəqib

11:07   Platini azadlığa buraxıldı

11:00   Portuqaliyalı futbolçu Super Liqa klubunda

10:41   Fransa klubundan Super Liqaya transfer - RƏSMİ

10:20   Bir ailədən 4 nəfər - “Neftçi”nin rəqibi

10:00   “Səbail”in rəqibi 750 minlik keçidə hazırlaşır

09:45   Türkiyəli hücumçu Fransa klubunda

09:34   Super Liqaya çıxardığı klubu elitanı tərk edənə dəyişdi

09:17   “Bahalı yox, yaxşı olan qələbə qazanır”

09:00   20 il öncə başlayan yol – I yazı

08:30   “Real” 45 milyon avroluq transferini təqdim etdi

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az