(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sumqayıt”ın prezidenti komandasının qapısına vurulan qola sevinir - FOTOFAKT

“Sumqayıt”ın prezidenti komandasının qapısına vurulan qola sevinir - FOTOFAKT

Həyasızlığın, qudurğanlığın ən pik həddi. Bu insanlar faktiki ölkənin yiyəsi olduqlarını demək istəyirlər. İctimai qınaq, mətbuatın tənqidləri də veclərinə deyil. Təki qazancları azalmasın.
 
İş o həddə çatıb ki, hamı onların bu işlə məşğul olduğunu bilir. Onlar isə nəinki gizlətmir, təkzib etmir, əksinə, qanunsuz əməllərinin reklamı ilə də məşğuldular.
 
“Sumqayıt”ın ilk çempionat matçına hücumçusuz çıxmasının səbəbi aydındı. 3 ay ərzində normal forvard tapa bilməyən klubun rəhbərliyinin başı şəxsi biznesə qarışıb. Klubun menecer-prezidenti Riad Rəfiyev “Sumqayıt”a ayırmalı olduğu zamanını Ramil Şeydayevə, Araz Abdullayevə və digər müştərilərinə klub axtarmağa həsr etmişdi. İndi isə baş məşqçi Nazim Süleymanov “hücumçum yoxdu” deyib, fəryad edir. Yəqin, 1-2 məğlubiyyətdən sonra istefaya göndəriləndə də günahkar Riad yox, elə o sayılacaq.
 
Rəfiyev öz qazancına görə “Sumqayıt”ı arxa plana atıb. Bu adam prezident olsa da, daha çox menecerliklə məşğuldu və bütün Sumqayıt əhalisini barmağına dolayıb. Ona tapşırılan market-klubdan pulunu qazanır, nəticələr isə vecinə də deyil.
 
Rəfiyev vaxtının çoxunu sahibi olduğu “3R Sports Management” şirkətinə sərf edir. Klub prezidenti kimi rəsmən menecerliklə məşğul olması qadağan edildiyindən, qondarma rəhbərlər qoyub, işi isə özü görür, qazancı özü götürür. Ən maraqlısı odur ki, klub prezidentinin çempionatda rəqibləri olan əksər komandalarda futbolçusu var - “Qarabağ”da, “Sabah”da, “Səbail”də; “Sumqayıt”da şirkəti ilə müqaviləsi olmayan kimsə oynaya bilməz; “Neftçi”də isə 5-6 belə futbolçusu var.
 
Və ilk turun “Sumqayıt” – “Neftçi” oyunundan sonra “3R Sports Management”in sosial şəbəkədəki səhifəsində Emin Mahmudovun qolu paylaşılıb. “Futbolçumuz Emin Mahmudovun “Sumqayıt”a vurduğu qol” başlığı ilə gedən xəbərdə Rəfiyev müştərisinin uğuruna sevinir. Bu qolun prezidenti olduğu kluba vurulması isə vecinə də deyil. Çünki 10 min manat “paket” aldığı “Sumqayıt”la müqayisədə Emin ona daha çox faiz verir. Təsəvvür edin, həmin oyunda Namiq Ələsgərov və Rəhman Hacıyev də qol vursaydı, Rəfiyevin sevinci üçqat olardı.
 
Sumqayıtlı azarkeşlərin özünə əziyyət verib Mərdəkana getdiyi bir zamanda komandanın qələbəsi onlardan başqa heç kimə lazım deyil. Rəfiyevə isə ümumiyyətlə, gərək deyil, ona klubunun yox, müştərilərinin uğuru daha vacibdi. “Sabah”la oyunda da belə olacaq, “Səbail”lə də, “Qarabağ”la da.
 
FƏRİD

 
tarix: 12-08-2018 14:17


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az